Məhkəmə qərarları › İş №3(036)-688/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-688/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-688/2025 27.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X6 Xidmətinin baş inspektoru, polis baş leytenantı X3, Qanuni nümayəndə X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Xalıq oğlunun iştirakları ilə, xx.xx.2007-ci il tarixdə İmişli rayonunda anadan olmuş, subay, işləməyən, İmişli rayonu, Qaralar kəndində yaşayan - Şəxs Xalıq oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsindən daxil olmuş xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Xalıq oğlu 27 fevral 2025-ci il tarixdə saat 17:51 radələrində İmişli rayonu, Qaralar kəndi ərazisində idarə etdiyi “Vaz 21061” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə nəticələnən qərəzli hərəkətlər etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X6 Xidmətinin baş inspektoru, polis baş leytenantı X4 izahatında bildirdi ki, Şəxs Xalıq oğlu 27 fevral 2025-ci il tarixdə saat 17:51 radələrində İmişli rayonu, Qaralar kəndi ərazisində idarə etdiyi “Vaz 21061” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə nəticələnən qərəzli hərəkətlər etmişdir. Məhkəmə iclasında qanuni nümayəndə X1 iştirakı ilə Şəxs Xalıq oğlu izahatında bildirdi ki, o, 27 fevral 2025-ci il tarixdə saat 17:51 radələrində İmişli rayonu, Qaralar kəndi ərazisində idarə etdiyi “Vaz 21061” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə nəticələnən qərəzli hərəkətlər etmişdir. Səsi sonradan videoya əlavə etmişlər. Yarış keçirmək niyyətləri olmamışdır. Amma təəssüf ki bu cür alınmışdır. Törətdiyi əməli etiraf edərək peşmançılıq hissi keçirir. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İş materialların əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs Xalıq oğlu xx.xx.2007-ci il tarixdə İmişli rayonunda doğulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs Xalıq oğlu 27 fevral 2025-ci il tarixdə saat 17:51 radələrində İmişli rayonu, Qaralar kəndi ərazisində idarə etdiyi “Vaz 2106” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə nəticələnən qərəzli hərəkətlər etdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı sosial şəbəkələrdə yayılmış video görüntüyə baxı zamanı müəyyən edilmişdir ki, “Vaz 2106” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə nəticələnən qərəzli hərəkətlər etmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Səmidxanov X2 Respublikası İXM-in 511.1.1 və 511.1.3-cü maddələrinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə əsasən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun xx.xx.2007-ci il tarixdə doğulmaqla, on səkkiz yaşına çatmayan şəxs olmasını, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs Xalıq oğlunun əməlini səmimi etiraf etməsini yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməllərində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs Xalıq oğlunun şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Xalıq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 750 (yeddi yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar