Məhkəmə qərarları › İş №3(036)-697/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-697/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-697/2025 10.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə İmişli Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İmişli Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 23 fevral 2025-ci il tarixdə İmişli rayonu, Telişli kəndi ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirli hesab edərək izahatında göstərmişdir ki, 23 fevral 2025-ci il tarixdə İmişli rayonu, Telişli kəndi ərazisində bilməyərəkdən ova getmiş və ov etmişdir. Əməlindən peşmandır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan və barəsində protokol tərtibb edilmiş şəxs məhkəmə iclasına gəlməmiş, barəsində protokol tərtibb edilmiş Şəxsyolunun uzaq olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcini bildirmişdir. Məhkəmə məhkəmə iclasının proses iştirakçılarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş İmişli RPŞ-nin BYPB-nin YPXİ-ru polis baş serjantı Ozal Yunislinin və polis serjantı Nurlan X1, X2 və Şəxs qanunsuzov fəaliyyəti ilə məşğul olmaları ilə bağlı 11 fevral 2025-ci il tarixli raport icraata daxil olmuş, raport əsasında aparılmış araşdırma zamanı toplanmış materialda hər hansı bir cinayətin tərkib əlamətləri yoxdur. Belə olan halda toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Belə olan halda, əməldə cinayət tərkibi olmaması əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, eyni zamanda X3, X2 və Şəxs əməllərində ov qaydalarını pozaraq Azərbaycan Respublikasının İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdikləri üçün, onların barəsində inzibati qaydada tədbir görülməsi üçün, qəbul edilmiş qərarın surəti İmişli RPŞ-nin X4 göndərilməlidir. İşdə olan 23 fevral 2025-ci il tarixli Qərardaddan görünür ki, faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan 3489 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs 12 kalibrli, “Ataarmus” markalı, 15/D1862 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. İşdə olan 23 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokola görə Şəxs 23 fevral 2025-ci il tarixdə İmişli rayonu, Telişli kəndi ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılmışdır, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən, İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların, həmçinin onun ov hüququnun olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməməklə 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar