Məhkəmə qərarları › İş №3(036)-7/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-7/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-7/2025 22.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, X10 protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2, Şikayətçi "xxxx" ASC-nin qanuni təmsilçisi X4 iştirakı ilə, Şikayətçi "xxxx" ASC-nin qanuni təmsilçisi “X4 Azərbaycan Respublikasının Qida X1- Muğan regional bölməsinin 22 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində AQTA-nın Mil-Muğan regional bölməsinin rəisi X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və X10 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mil-Muğan regional bölməsinin rəisi X9 tərəfindən "xxxx" ASC-nin sədri vəzifəli şəxs X8 barəsində tərtib edilmiş 09 oktyabr 2024-cü il tarixdə MN ******* nömrəli protokol əsasında 22 oktyabr 2024-cü il tarixdə müvafiq vəzifəli şəxsə tənbeh tədbirinin tətbiqi ilə bağlı qərar qəbul edilərək, ünvanına göndərilmişdir. Həmin qərara əsasən X4 İnzibati Xətalar Məcəlləsinin 220.2, 444.1,447.0.3-cü maddələrində qeyd edilən inzibati xətanı törətməsinə İXM-nin 34.3-cü maddəsinə uyğun olaraq, 447.0.3cü maddəsinə görə, ASC-yə məxsus bazarda yararlıq müddəti ötmüş bir neçə ədəd 500 qramlıq “makaron” məhsullarının satışını bazara gəlmiş şəxs tərəfindən həyata keçirildiyinə görə 2000 (iki min) AZN məbləğində inzibati cərimə növü tətbiq edilmişdir. Qeyd edilir ki, İmişli "xxxx" ASC-yə məxsus bazarda satışı həyata keçirilən bütün məhsullara daimi nəzarət edir. Satışa yararsız məhsullar tərəfindən aşkar edilərək, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada məhv edilir. Azərbaycan dilində etiket məlumatları olmayan məhsulların isə, ümumiyyətlə bazara çıxarılmasına tərəfindən icazə verilmir. Bütün məhsulların saxlama şəraitinə, tempratur rejiminə əməl edilir. AQTA-nın Mil-Muğan regional bölməsinin rəisi X5 rəhbərliyi altında aparılan yoxlamada bazara fərdi təsərrüfatından süd məhsulu satışı üçün gəlmiş şəxsdə bir neçə son istifadə müddəti bitmiş 500 qramlıq “makaron” aşkar edilmiş, onun əsasında X10 protokol tərtib edilmişdir. Qeyd edək ki, səlahiyyətli şəxsin aşkar etdiyi məhsul satışda olmayıb, həmin şəxsin özünə məxsus olub. Belə ki, həmin şəxs bazara həmin gün ağartı məhsullarının (süd, qatıq və.s) satışı üçün gəlmişdir. Ağartı məhsulları da onun özünə məxsus olub, ASC-nin istehsal və ya satış fəaliyyətinə aid deyildir. Bazarda nəzarət edən əməkdaşlar makaron məhsulu gördükdə şəxsə xəbərdarlıq etmişlər, cavabında məhsul onun özünə aid olmasını bildirərək, süd məhsullarından başqa heç bir məhsulun satışını etmədiyini bildirmişdir. Bu halın dəqiqləşdirilməsi üçün "xxxx" ASC-yə məxsus müvafiq bazarda satıcılar şahid qismində dindirilə bilərlər. Həmçinin "xxxx" ASC-nin əməkdaşları tərəfindən bazarda vaxtaşırı yoxlama reydləri keçirilir. Qeyd edir ki, "xxxx" ASC-yə məxsus bazarda fəaliyyət göstərən əksər şəxslər sadəcə bir neçə saat fəaliyyət göstərirlər. Buna görədə həmin şəxslərlə müqavilə bağlamaq mümkün olmur. Daimi fəaliyyət göstərməyən satıcılarla əmək və ya icarə müqaviləsinin bağlanması həm satıcılar tərəfindən qəbul edilmir, həm ASC-nin fəaliyyətinə uyğun gəlmir. Bazarda satıcıların fəaliyyətini tənzimləyən hər hansı bir hüquqi akt olmadığı üçün məcburi normaların tətbiqi də mümkün deyildir. Bundan əlavə olaraq, "xxxx" ASC-nin yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı ilə məşğul olan işçi heyəti tələb olunan vaxtlarda ilkin və dövrü tibbi müayinədən keçərək, arayışları bizə təqdim edirlər. Səlahiyyətli orqanın vəzifəli şəxsi yetərincə sübut və dəlil gətirmədən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan inzibati tənbeh haqqında qərar qəbul etmişdir. Belə ki, əməldə inzibati xəta tərkibi mövcud deyildir. Məhkəmə iclasında X8 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X10 protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin etibarnamə üzrə nümayəndəsi X6 xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişlər ki, tərəflərindən keçirilmiş yoxlama zamanı bir neçə son istifadə müddəti bitmiş 500 qramlıq “makaron” aşkar edilmiş, qeyd olunan məhsulun normativ sənədlərin tələblərinə cavab verməməsi faktı aşkar edildiyindən vəzifəli şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 220.2, 444.1, 447.0.2 və 447.0.3-cü maddələri ilə protokol tərtib olunmaqla 2000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X8 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Qida X1-Muğan regional bölməsinin HSBN sektor müdiri baş məsləhətçisi X6 tərəfindən 09 oktyabr 2024-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı X10 protokoldan görünür ki, "xxxx" ASC-ə məxsus bazarda yararlılıq müddəti ötmüş məhsulların olması, üzərində qida məhsullarında etiket məlumatlarının olmaması, məhsulların saxlama və temperatur rejiminə əməl olunmaması və işçilərin ilkin və dövri tibbi müayinələrinin olmamsı faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Qida X1-Muğan regional bölməsinin rəisi X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" ASC-ə məxsus bazarda yararlılıq müddəti ötmüş məhsulların olması, üzərində Azərbaycan dili etiket məlumatı olmayan, eyni zamanda etiket məlumatı olmayan məhsulların satılması, məhsulların saxlama və temperatur rejiminə əməl olunmaması və işçilərin ilkin və dövri tibbi müayinələrinin olmamsı faktının aşkar edilməsi əsas gətirilərək X4 Azərbaycan Respublikası İXM-nin 220.2, 444.1, 447.0.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının Qida X1-Muğan regional bölməsi tərəfindən X7 ünvanlanmış 09 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC-ə məxsus bazarda sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə, bu sahədə sahibkarlara kömək götərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilmiş yoxlamanın materiallarına baxılması ilə bağlı 22 oktyabr 2024-cü il tarixində saat 12:30-da səlahiyyətli orqanın inzibati binasına yaxınlaşması barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikasının Qida X1-Muğan bölməsi tərəfindən tərtib olunmuş qida obyektinə baxışın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli MMRB-YP-274 nömrəli aktdan görünür ki, İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən "xxxx" ASC-də keçirilən planlı yoxlama zamanı AQTA 049 nömrəli kamera ilə foto və video çəkilişlər edilmişdir. Azərbaycan Respublikasının Qida X1-Muğan bölməsi tərəfindən tərtib olunmuş qida obyektinə baxışın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli MMRB-YP-274 nömrəli aktdan görünür ki, qida obyektində qida məhsullarının yerdən və divardan aralı məsafədə saxlanılmadığı müəyyən edilmiş və çalışan işçilər xüsusi geyim və digər sanitar-gigiyena qaydalarına əməl edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Qida X1-Muğan regional bölməsinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İmişli şəhəri, Q.İsmayılzadə küçəsi, ev 3 ünvanında yerləşən "xxxx" ASC-ə məxsus bazarında saxlama müddəti bitmiş 2 ədəd 500 qramlıq “Karmen” əmtəə nişanlı paketləmədə olan vermeşil (xx.xx.2023 – xx.xx.2024), 2 ədəd 500 qramlıq “Karmen” əmtəə nişanlı paketləmədə olan vermeşil (xx.xx.2023 - xx.xx.2024), 1 ədəd 500 qramlıq "Karmen” əmtəə nişanlı paketləmədə olan incə boru makaron (xx.xx.2023 - xx.xx.2024), 2 ədəd 500 qramlıq “Karmen" əmtəə nişanlı paketləmədə olan incə boru makaron (xx.xx.2023-xx.xx.2024), 3 ədəd 500 qramlıq "Karmen” əmtəə nişanlı paketləmədə olan incə boru makaron (xx.xx.2023 – xx.xx.2024) məhsullarının satışı qadağan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X10 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X10 iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən X10 iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən X10 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X10 iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X10 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən X10 iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 220.1-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir; 444.1-ci maddəsinə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir; 447.0.2 və 447.0.3-cü maddələrinə əsasən saxlama müddəti ötmüş məhsulların satılmasına və standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Yeyinti X3 5-ci maddəsinə əsasən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlar, norma, qayda və tələblər (bundan sonra standartlar və tələblər) vasitəsi ilə həyata keçirilir. Qida məhsullarında istifadə olunan xammala, onların istehsalı üçün istifadə olunan bütün avadanlıq və vasitələrə standartlar və tələblər, habelə onların təkmilləşdirilməsi ixtisaslaşdırılmış təşkilatlar tərəfindən işlənilir və müəyyən edilmiş qaydada təsdiq edilərək dövlət qeydiyyatından keçəndən sonra qüvvəyə minir. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartların və tələblərin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Qida X1-Muğan Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı "xxxx" ASC-ə məxsus bazarda yararlılıq müddəti ötmüş məhsulların olması, üzərində Azərbaycan dili etiket məlumatı olmayan, eyni zamanda etiket məlumatı olmayan məhsulların satılması, məhsulların saxlama və temperatur rejiminə əməl olunmaması və işçilərin ilkin və dövri tibbi müayinələrinin olmaması faktının aşkar edilməsi əsas gətirilərək X4 Azərbaycan Respublikası İXM-nin 220.2, 444.1, 447.0.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC barəsində qəbul edilmiş qərar qanunsuz və əsassız olmuşdur. Belə ki, mübahisləndirilən qərarda Market Sell” ASC-ə məxsus bazarda yararlılıq müddəti ötmüş məhsulların olması, üzərində Azərbaycan dili etiket məlumatı olmayan, eyni zamanda etiket məlumatı olmayan məhsulların satılması, məhsulların saxlama və temperatur rejiminə əməl olunmaması və işçilərin ilkin və dövri tibbi müayinələrinin olmaması faktının aşkar edilməsi əsas gətirilsə də, həmin pozuntulara yol vermiş şəxsin səxsiyyəti və onunla "xxxx" ASC arasında hansısa hüquq münasibətinin olması, habelə həmin şəxsin hərəkətləri və ya hərəkətsizliyi üçün "xxxx" ASC-nin məsuliyyət daşıması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir və məhkəmə araşdırması zamanı bu hal öz təsdini tapmamışdır. Belə olan halda, hər hansı üçüncü şəxsin hərəkət və hərəkətsizliyi ilə "xxxx" ASC-nin məsiliyyəti arasında heç bir səbəbli əlaqə müəyyən edilməmişdir. Bununla da, yuxarıda qeyd edilən hallara görə "xxxx" ASC-nin təqsiri sübuta yetirilməmişdir. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən X10 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X10 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida X1-Muğan regional bölməsinin 22 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X10 iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayətçi "xxxx" ASC-nin qanuni təmsilçisi “X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Qida X1-Muğan regional bölməsinin 22 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X10 iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar