Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-700/2025 22.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun, Məhkəmə iclas katibi X7, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-yə məxsus İmişli şəhəri, Qədir İsmayılzadə küçəsində yerləşən Araz Supermarket” MMC-də vətəndaşdan xx.xx.2025-ci il tarixində “2.09” əvəzinə “2.50” manat alınmışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, müştəri məhsulu alarkən vitrində “KULİCE” adlı iki məhsul olmuşdur. Müştəri endirimdə olan məhsulu deyil, digər məhsulu almış və inzibati xəta haqqında protokolu tərtib etmiş orqan bunu araşdırmadan Şəxs MMC barəsində protokol tərtib etmişdir. Endirim, həmin məhsulun “laym” növünə aid olmuşdur. Vətəndaş isə sadə növünü almışdır. Həmçinin, inzibati orqan tərəfindən sənədlərin əslləri tələb edilməmiişdir. Beləliklə o, barələrində tərtib olunmuş protokola etiraz edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X8 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, vətəndaş X10 və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək “KULİCE” adlı məhsulun piştaxtada qiymətinin 2.09 manat qeyd olunmasına baxmayaraq, kassada 2.50 manata satıldığını bildirmiş və tərəflərindən müvafiq araşdırmalar aparıldıqdan sonra Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinin tələbləri pozulduğundan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, o, göstərilənləri nəzərə alaraq hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin istehlak bazarına nəzarət şöbəsinin baş məsləhətçisi X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus İmişli şəhəri, Qədir İsmayılzadə küçəsində yerləşən “KULİCE” adlı məhsulun məhsulun piştaxtada qiymətinin 2.09 manat qeyd olunmasına baxmayaraq, kassada 2.50 manat alınmışdır. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi bildirmişdir ki, müştəri məhsulu alarkən vitrində “KULİCE” adlı iki məhsul olmuşdur. Endirim, həmin məhsulun “laym” növünə aid olmuşdur. Vətəndaş isə sadə növünü almışdır. X1 İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə müraciəti ilə əlaqədar tərtib edilmiş Müraciət Vərəqəsindən görünür ki, ünvanladığı müraciətində qeyd etmişdir ki, xx.xx.2025ci il tarixdə İmişli şəhəri, Qədir İsmayılzadə küçəsində yerləşən Araz Supermarket”-dən “KULİCE” markalı pivə almışdır. İddia etdiyinə görə malın piştaxtadakı qiymətinin 2.09 AZN qeyd olunmasına baxmayaraq, kassada ondan 2.50 AZN vəsait almışdır. Bununla istehlakçı hüquqlarının pozulduğunu iddia etmiş və tədbir görülməsini xahiş etmişdir. Şəxs MMC-nin 555154 nömrəli satış çekindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:51-də 01 ədəd “KULİCE PİVE SHOSHE” məhsulu ( ştrix kodu **********449 nömrəli məhsul) 2.50 manata satılmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, içərisində pivə məhsulları olan soyucu üzərində yerləşdirilmiş elanda 500 ml-lik Kulice Pive məhslulunun 2.50 manat deyil, 2.09 manat olması qedy edilmiş, məhsulun strix kodu qeyd edilməmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-21-1/2-1786/2025 nömrəli Şəxs MMCyə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “X11 İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətinin araşdırılması nəticəsində xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə məxsus İmişli şəhəri, Qədir İsmayılzadə küçəsində fəaliyyət göstərən “Araz” marketdə “KULİCE” adlı məhsulun piştaxtada endirimli qiymətinin 2.09 manat qeyd olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ünvan 1 ünvanında yerləşən inzibati binasında xx.xx.2025-ci il tarixdə saat 11:00 - 12:00-dək sözügedən protokolun tərtibində səlahiyyətli nümayəndənizin (şəxsiyyəti və səlahiyyətləri təsdiq edən sənədlərləbirlikdə) iştirakını təmin etməyinizi xahiş edirik.” Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli Şəxs MMC-yə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, İmişli şəhəri, Qədir İsmayılzadə küçəsində fəaliyyət göstərən "Araz" marketdə marketda "KULİCE” adlı pivənin üzərində gõstərilən qiymətdən baha satılması barədə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuș xx.xx.2025-ci il tarixli müraciətinizə (daxilolma qeydiyyatı: 3- 21/3-5-4837/2025, 0(4.02.2025-ci iİ) Azarbaycan Respublikasının Prezidenti yanında Antinhisar va İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində aidiyyəti üzrə baxılmışdır. Müraciətinizin araşdirılması nəticəsində təqdim etdiyiniz sübutlara əsasən qeyd olunan marketdə "KULİCE" adlı pivənin piştaxtada endirimli qiymətinin 2.09 manat qeyd olunmasına baxmayaraq, kassada 2.50 manata hesablanaraq satılması faktı müəyyən olunmuş və bununla əlaqədar həmin marketin məxsus olduğu "xxxx" MMC barəsində Azarbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən 13 fevral 2025-ci il tarixli ******* nömrəli inzibati xəta haqqinda protokol tartib edilmişdir. Qeyd olunan protokol baxılması üçün aidiyyəti üzra lmişli Rayon Məhkəməsinə təqdim olunacaqdır. Müraciatiniz barada qəbul edilmiş bu qerarla razılaşmadığınız halda, "Vətəndaşların müraciətləri haqqinda" Azerbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən. qərardan inzibati va (ve ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 447.0 və 447.0.1-ci maddələrinə əsasən İstehlakçıların hüquqlarının pozulmasına, yəni: mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında xx.xx.1995-ci il tarixli 1113 nömrəli Qanununun 13-cü maddəsinin 1-bəndinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Həmin Qanunun 18.0.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və (və ya) reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını ehtiva edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC-yə məxsus İmişli şəhəri, Qədir İsmayılzadə küçəsində yerləşən “Araz” marketdə “KULİCE” adlı məhsulun məhsulun piştaxtada qiymətinin 2.09 manat qeyd olunmasına baxmayaraq, kassada 2.50 manat alınmış və bununla da Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə istehlakçının hüquqları pozulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, içərisində pivə məhsulları olan soyucu üzərində yerləşdirilmiş elanda 500 ml-lik Kulice Pive məhsulunun 2.50 manat deyil, 2.09 manat olması qedy edilmiş, məhsulun strix kodu qeyd edilməmişdir. Şəxs MMC-nin 555154 nömrəli satış çekindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:51-də 01 ədəd “KULİCE PİVE SHOSHE” məhsulu ( ştrix kodu **********449 nömrəli məhsul) 2.50 manata satılmışdır. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi həmin endirim məhsulun “laym” növünə aid olması və istehlakçının həmin məhsulu almasını iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, endirim löbhəsində məhslun adı “Kulice Pive” kimi qeydi edilmiş və ştrix kod göstərilməmişdir. Bununla da, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında xx.xx.1995-ci il tarixli 1113 nömrəli Qanununun 13-cü maddəsinin 1-bəndinin tələblərini pozaraq istehlakçıya malın (işin, xidmətin) qiyməti haqqında düzgün məlumat verməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC -nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC -nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-700/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-700/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver