Məhkəmə qərarları › İş №3(036)-701/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-701/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-701/2025 01.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Əlizadə Qənimət Tərlan oğlunun katibliyi ilə, Şəxs «AZ STONE CONSTRUCTİON” MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mil-Muğan regional şöbəsi tərəfindən Şəxs «AZ STONE CONSTRUCTİON” MMC-nin (VÖEN: **********) barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib edilmiş 21 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mil-Muğan regional şöbəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu onunla əsaslandırmışdır ki, 21 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə «AZ STONE CONSTRUCTİON” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, «AZ STONE CONSTRUCTİON” MMC-nin saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, «AZ STONE CONSTRUCTİON” MMC-nin xx.xx.2025-ci il tarixə qədər cəmiyyətin işçilərə müəyyən olunmuş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərinin nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarında icbari sığorta olunmamışlar. Əmək məcəlləsinin 225-ci maddəsini pozmuşlar nəticədə «AZ STONE CONSTRUCTİON” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Şəxs «AZ STONE CONSTRUCTİON” MMC barəsində tərtib edilmiş 21 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2- ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 21 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan da görünür ki, «AZ STONE CONSTRUCTİON” MMC barəsindən 469.2-ci maddəsinə əsasən protokol tərtib edilmiş, protokol əl yazısı yazılaraq, əl ilə imzalanmışdır. Qanunvericiliyin tələblərindən görünür ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması faktı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə real vaxt rejimində elektron protokol tərtib olunur. Qeyd olunan hüquqi mövqe hazırki işin müəyyən olunmuş faktiki halları ilə uzlaşdırdıqda müəyyən olunur ki, Şəxs tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması faktı “İcbari sığorta bürosu” tərəfindən ötürülmüş məlumatlar vasitəsilə aşkar edilsə də, qanunun tələbinə zidd olaraq cəmiyyət barəsində real vaxt rejimində elektron protokol tərtib olunmamışdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 Xidmətinin Mil Muğan regional şöbəsinin baş əmək müfəttişi X2 tərəfindən 21 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati protokoldan görünür ki, 21 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə «AZ STONE CONSTRUCTİON” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2ci maddəsi ilə protokol tərtib olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, 21 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, «AZ STONE CONSTRUCTİON” MMC-nin xx.xx.2025-ci il tarixə qədər cəmiyyətin işçilərə müəyyən olunmuş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərinin nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarında icbari sığorta olunmamışlar. Əmək məcəlləsinin 228-ci maddəsini pozmuşlar nəticədə «AZ STONE CONSTRUCTİON” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, məhkəmə işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs «AZ STONE CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib edilmiş 21 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən iş materialları ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Mil-Muğan regional şöbəsinə geri qaytarılmalıdır. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Şəxs «AZ STONE CONSTRUCTİON” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib edilmiş 21 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Mil-Muğan regional şöbəsinə geri qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar