Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-703/2024 01.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə İmişli rayonu, Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İmişli rayonu, Rəsullu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, tələbkar "xxxx" QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 005A********** saylı kredit müqaviləsinə əsasən 9368.29 (doqquz min üç yüz altmış səkkiz manat iyirmi doqquz qəpik) manat əsas borc, 1135.34 (bir min yüz otuz beş manat otuz dörd qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 005KK**********01 saylı kart krediti müqaviləsinə əsasən 499.53 (dörd yüz doxsan doqquz manat əlli üç qəpik) manat əsas borc, 66.86 (altmış altı manat səksən altı qəpik) manat faiz borcu, 5 (beş) manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 124.50 (bir yüz iyirmi dörd manat əlli qəpik) manat ödənməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-261/2024 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-261/2024 saylı saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, borcunun ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Nəticədə borclu Şəxs 11299,52 (on bir min iki yüz doxsan doqquz manat əlli iki qəpik) manat aliment borcu yaranmışdır. Hazırda tələbkar borcun hissə-hissə ödənilməsinə razıdır. Lakin, borclu borcu ödəməkdən yayınır. Ona görə də inzibati qaydada məsuliyyət cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, tələbkar "xxxx" QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 005A********** saylı kredit müqaviləsinə əsasən 9368.29 (doqquz min üç yüz altmış səkkiz manat iyirmi doqquz qəpik) manat əsas borc, 1135.34 (bir min yüz otuz beş manat otuz dörd qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 005KK**********01 saylı kart krediti müqaviləsinə əsasən 499.53 (dörd yüz doxsan doqquz manat əlli üç qəpik) manat əsas borc, 66.86 (altmış altı manat səksən altı qəpik) manat faiz borcu, 5 (beş) manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 124.50 (bir yüz iyirmi dörd manat əlli qəpik) manat ödənməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-261/2024 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, hazırda işləmir və qazancının olmaması səbəbindən borcundan ödəniş edə bilməmişdir. Hazırda borcundan hər ay 50 (əlli) manat ödəməyə razıdır. Ona görə də barəsində həbslə əlaqədar olmayan cərimə cəzası verilməsini məhkəmədən xahiş etdi. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-261/2024 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli 005A********** saylı kredit müqaviləsinə əsasən 9368.29 (doqquz min üç yüz altmış səkkiz manat iyirmi doqquz qəpik) manat əsas borc, 1135.34 (bir min yüz otuz beş manat otuz dörd qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 005KK**********01 saylı kart krediti müqaviləsinə əsasən 499.53 (dörd yüz doxsan doqquz manat əlli üç qəpik) manat əsas borc, 66.86 (altmış altı manat səksən altı qəpik) manat faiz borcu, 5 (beş) manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 124.50 (bir yüz iyirmi dörd manat əlli qəpik) manat tutulub iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir; İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-261/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-261/2024 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İş materiallarına əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs barəsində axtarış elan edilmişdir; İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin Out-2024/07/18-77 saylı məktubdan görünür ki, İmişli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-261/2024 saylı icra sənədinə əsasən Şəxs Bəhul oğlundan "xxxx" QSC-nin xeyrinə 005A********** saylı kredit müqaviləsinə əsasən 10603,63 AZN və 005KK0000İ6963301 saylı kart krediti müqaviləsinə əsasən 571,39 manat ödənilmiş 124,50 manat dövlət rüsumunun tutulması müəyyən edilmişdir. Hal-hazırda məhkəmə qərarı üzrə qalıq borc ümumilikdə 005A********** saylı kredit müqaviləsinə əsasən 10603,63 AZN və 005KK**********01 saylı kart krediti müqaviləsinə əsasən 571,39 manat ödənilmiş 124,50 manat dövlət rüsumu təşkil edir. Məhkəmə qərarı çıxandan bu günə kimi borclu heç bir ödəniş etməmişdir. Məlumata əsasən borclu hal-hazırda Bakı şəhərinə onlara məlum olmayan ünvanda yaşayır. Bu kimi hallar tələbkar "xxxx"QSC-nin haqlı narazılığına səbəb olur. Bu səbəbdən yuxarıda qeyd olunan icra sənədi üzrə “İcra Haqqında”Azərbaycan Respublikası qanununun 27-ci maddəsini rəhbər tutaraq qalıq kredit borcunun ödətdirilməsi üçün məcburi icra tədbirlərinin davam etdirilməsini, borclular barəsində axtarış qərarı verilməsini və borclular icra sənədini icra etmədiyi üçün borculuların barəsində inzibati xəta haqqında protolok tərtib edilməsini xahiş edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-703/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-703/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver