Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-704/2024 29.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şirəliyeva Günel Mirzə qızının katibliyi, İmişli Regional Ədliyyə İdarəsinin nümayəndəsi X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1949-cu il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin sədri vəzifəsində işləyən, İmişli rayonu, Qaragüvəndikli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə olan ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin mütləq təqdim edilməli olan xx.xx.2024-cü il tarixli, 08 saylı iclas protokolunu bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana beş iş günündən gec göndərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Regional Ədliyyə İdarəsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 17 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunduğunu və Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin sədri Şəxs bildirdi ki, indiyək bütün sənədləri şəxsən göndərmişdir. Lakin hazirki sənədi göndərmək üçün İmişli rayon Bələdiyyəsinə vermişdir, ordan gecikdiriblər. Qəsdən gecikdirməmişdir və ya sənədi təqdim etməmək kimi məqsədi olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İmişli Regional Ədliyyə İdarəsi tərəfindən tərtib edilmiş 17 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin sədri Şəxs bələdiyyənin müqtləq təqdim edilməli olan xx.xx.2024-cü il tarixli, 08 saylı iclas protokolu inzibati nəzarəti həyata keçirən orqana beş iş günündən gec göndərildiyinə görə Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; İşdə olan İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 08 saylı iclas protokolundan görünür ki, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin mülkiyyətində hərrac predimeti olan örüş torpaq sahəsindən 13.0 ha torpaq sahəsində heyvandarlığın inkişaf etdirilməsi üçün torpaq hərracın keçirilməsi ilə bağlı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdığı nəzərə alınmış, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin mülkiyyətində hərrac predmeti olan 13.00 ha örüş torpaq sahəsində heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 15 il müddətinə icarəyə verilməsi üçün torpaq hərracı keçirilsin, hərracda icarəyə veriləcək torpağın qiyməti hər hektarı 100.00 (yüz) manat olmaqla cəmi 1300.00 (min üç yüz) manat müəyyən edilmiş müsabiqənin keçirilməsi barədə İmişli rayonu Qaragüvəndikli bələdiyyəsi ilə Azərbaycan Respublikası ƏMDX-nin yanında X2 X5 Beyləqan torpaq, müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanmış, bu qərarın icrasına nəzarət İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin sədrinə həvalə edilmiş, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin mülkiyyətində hərrac predimeti olan örüş torpaq sahəsindən 12.0 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulların inkişaf etdirilməsi üçün torpaq hərracın keçirilməsi ilə bağlı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdığı nəzərə alınmış, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin mülkiyyətində hərrac predmeti olan 12.00 ha əkin torpaq sahəsində kənd təsərrüfatı məhsulların inkişaf etdirilməsi məqsədi ilə 20 il müddətinə icarəyə verilməsi üçün torpaq hərracı keçirilsin, hərracda icarəyə veriləcək torpağın qiyməti hər hektarı 110.00 (yüz on) manat olmaqla cəmi 1320.00 (min üç yüz iyirmi) manat müəyyən edilsin, müsabiqənin keçirilməsi barədə İmişli rayonu Qaragüvəndikli bələdiyyəsi ilə Azərbaycan Respublikası ƏMDX-nin yanında X2 X5 Beyləqan torpaq, müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanmış və bu qərarın icrasına nəzarət İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin sədrinə həvalə edilmişdir. İşdə olan poçt zərfdən görünür ki, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 08 saylı iclas protokolu xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə İmişli Regional Ədliyyə İdarəsinə göndərilmişdir; “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6.1.6-cı maddəsinə əsasən bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların bir surəti həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində proses iştiakçılarını dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 08 saylı iclas protokolu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana 5 iş günü ərzində göndərilməli olsa da, heç bir üzrlü səbəb olmadan xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə İmişli Regional Ədliyyə İdarəsinə göndərilmiş, bununla da qanunvericliyin tələbləri pozulmuşdur. Ona görə də Şəxs, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-704/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-704/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver