Məhkəmə qərarları › İş №3(036)-705/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-705/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-705/2025 11.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə İmişli rayonu, Əliqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, Əliqulular kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, tələbkar X2 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment ödəməsi barədə Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(047)-81/2024 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və cəmi 1080 (bir min səksən) manat aliment borcu yaranmışdır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X5 izahat verərək göstərdi ki, borclu Şəxs Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(047)-81/2024 saylı saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, aliment borcunun ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Əvvəllər aliment borcundan ödəniş etmiş lakin son vaxtlar ödəniş etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Nəticədə borclu Şəxs 1080 (bir min səksən) manat aliment borcu yaranmışdır. Tələbkar borcun dərhal və bütöv şəkildə ödənilməsini tələb edir. Pula ehtiyacı var. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, tələbkar X2 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment ödəməsi barədə Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(047)-81/2024 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Rəsmi olmasa da aliment borcundan hər ay ödəniş etmişdir. Hazırda aliment borcundan vaxt verilsə yaxın vaxtlarda ödəyəcəkdir. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(047)- 81/2024 saylı icra sənədindən görünür ki, Şəxs birgə nikahdan doğulmuş xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(047)-81/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır; İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(047)-81/2024 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İş materiallarına əlavə edilmiş “SMS bildirişin” göndərilməsi barədə çıxarışdan görünür ki, borclu Şəxs istifadəsində olan ***-***-**-** nömrəyə SMS bildiriş göndərilmişdir; İş materiallarına əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir; İşdə olan X2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, borclu Şəxs ona olan borcu 6218 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir yerdə işləmir və adına hər hansı daşınmaz əmlak və dövlət qeydiyyatın alınmalı daşınar əmlakı yoxdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə cəzanın əsl məqsədinə nail olmağın mümkün olmayacağı qənaitinə gəldiyi üçün həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 11 mart 2025-ci il tarixdən saat 14:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar