Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-708/2024 07.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə İmişli rayonu, Qaradonlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, 2(036)- 1368/2024-nömrəli mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək X3 qız xx.xx.2023-cü il təvəllüdlü X7 ilə hər həftənin bazar ertəsi günü saat 12:00-dan 15:00-a dək Şəxs iştirakı ilə ünsiyyət saxlaması müəyyən edilməklə ünsiyyətə maneə yaradılması Şəxs qadağan edilməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 16(036)-20/2024 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X8 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 16(036)-20/2024 saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Ona görə də inzibati qaydada məsuliyyət cəlb edilməsini xahiş etmişdir. X2 izahat verərək göstərdi ki, borclu Şəxs 2(036)-1368/2024-nömrəli mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək qızı xx.xx.2023-cü il təvəllüdlü X7 ilə hər həftənin bazar ertəsi günü saat 12:00-dan 15:00-a dək ünsiyyət saxlaması müəyyən edilməklə ünsiyyətə maneə yaradılması ona qadağan edilməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 16(036)-20/2024 saylı icra sənədini icra etmir. O, “Master Klas” şirkətində işləyir. O, uşağı ilə ünsiyyətdə olmaq üçün Şəxs zəng vuranda onun tərəfində təhqir olunur, uşağı onunla görüşməyə şərait yaratmır. Hər dəfə bir bəhanə gətirir. Qərar qəbul ediləndən bu günə kimi cəmi uşaqla iki dəfə ünsiyyətdə olmuşdur. Ona görə də Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, 2(036)-1368/2024-nömrəli mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək X3 qız xx.xx.2023-cü il təvəllüdlü X7 ilə hər həftənin bazar ertəsi günü saat 12:00-dan 15:00-a dək Şəxs iştirakı ilə ünsiyyət saxlaması müəyyən edilməklə ünsiyyətə maneə yaradılması Şəxs qadağan edilməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 16(036)-20/2024 saylı icra sənədi üzrə tələbi icra etməməsi üzrsüz səbəbdən olmamışdır. Tələbkarın dedikləri yalandır. Qərar qəbul ediləndək uşaqla iki dəfə ünsiyyətdə olub. O, onunla razılaşmışdır ki, uşaqla avqust ayında görüşsün. Sentyabr ayında uşağı həkimə aparacaqdır. Tələbkar da onunla razılaşmışdır. Bundan sonra uşaqla ünsiyyətdə olamaq istəyərkən ona telefonla zəng etmiş və o da bildirmişdir ki, uşaq yatıb, saat 6-da gəlib görüşməsini demişdir. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Uşağın xəstəxanada stasionar qaydada müalicə olması barədə hazırda məhkəməyə arayış təqdim edə bilmir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 16(036)-20/2024 saylı icra sənədindən görünür ki, 2(036)-1368/2024-nömrəli mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək X3 qız xx.xx.2023-cü il təvəllüdlü X7 ilə hər həftənin bazar ertəsi günü saat 12:00-dan 15:00-a dək Şəxs iştirakı ilə ünsiyyət saxlaması müəyyən edilməklə ünsiyyətə maneə yaradılması Şəxs qadağan edilmişdir; İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 16(036)-20/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024cü il 16(036)-20/2024 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli rəngli doppler exokardioqrafiyadan görünür ki, X4 mitral qapağın ön tayının qapanma sürəti normaldır, arxa tayın hərəkət amplitudu pozulmayıb. Qapaq taylarında dəyişiklik yoxdur. Aorta kökü normaldır, qapaq taylarında dəyişiklik yoxdur. Trikuspidal qapaq normaldır. Ürək boşluqları təmizdir. Perikard boşluğunda maye yoxdur. Sol mədəciyin divarları normaldır, seqmentar hərəkət pozulması yoxdur. Qulaqcıqların ölçüləri böyüməyib. Qulaqcıqlar arası çəpərin 2 mm “secundum tip” defekti var. Sağ mədəciyin ölçüləri böyüməyib, çıxacaq hissəsi normaldır. Pulmonar hipertenziya əlamətləri yoxdur. Rəngli doppler müayinəsində qulaqcıqlar arası çəpədən soldan sağa şunt aşkar edilir. ÜAQ: Qulaqcıqlar arası çəpərin 2 mm “secundum tip” defekti var; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-708/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-708/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver