Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-712/2025 01.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İmişli şəhəri, Q.Qarayev küçəsi, ev 51-də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, iddiaçı "xxxx" ASC-nin xeyrinə 7312,14 (yeddi min üç yüz on iki) manat məbləğində pulun və 93,13 (doxsan üç manat on üç) manat dövlət rüsumunun ödəməsi barədə İmişli Rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-397/2022 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və hazırda həmin borc məbləği qalmaqdadır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-397/2022 saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Nəticədə borclu Şəxs hazırda həmin borc məbləği qalmaqdadır. İddiaçı ilə əlaqə saxlamış ki, razılıq əldə edilməsi barədə ərizə gətirsin, lakin gəlməmişdir. Hazırda iddiaçının razılıq əldə edilməsi barədə heç bir məlumat yoxdur. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, iddiaçı "xxxx" ASC-nin xeyrinə 7312,14 (yeddi min üç yüz on iki) manat məbləğində pulun və 93,13 (doxsan üç manat on üç) manat dövlət rüsumunun ödəməsi barədə İmişli Rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-397/2022 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Həmin borc məbləği zaminin əmək haqqından tutulduğu üçün o da borc məbləğini ona ödəmişdir. Son vaxtlar işləmədiyi, qazancının olmaması səbəbindən borcundan ödəniş edə bilməmişdir. Hazırda həmin borcdan 200 (iki yüz) manat ödəniş etmiş qalan hissəsin də yaxın vaxtlarda ödəyəcəkdir. Borcundan ödəniş etməsi üçün ona möhlət verilməsini məhkəmədən xahiş etdi. İmişli Rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-397/2022 saylı icra sənədindən görünür ki, borclu Şəxs 7312,14 (yeddi min üç yüz on iki) manat məbləğində pulun və 93,13 (doxsan üç manat on üç) manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-ə ödənilməsi qət edilmişdir; İşdə olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-397/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İmişli Rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-397/2022 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs İmişli Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir; İş materiallarına əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs barəsində axtarış elan edilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar "xxxx" ASC-nin hesabına 200 (iki yüz) manat pul köçürülmüşdür; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-712/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-712/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver