Məhkəmə qərarları › İş №3(036)-713/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-713/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-713/2025 10.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli Rayon Polis Şöbəsinin X7i bölməsi yol-patrul xidməti baş inspektoru X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsinin X7 Bölməsinin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 məhkəməyə şikayətlə müraciət edərək, İmişli Rayon Polis Şöbəsinin xx.xx.2025ci il tarixli TP ******* nömrəli qərarının əməldə inzibati xəta tərkibi olmaması əsası ilə ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İmişli rayonu Yol Patrul Xidmətinin TP ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixdə İmişli rayonu, H. Əliyev küçəsində yerləşən İşıqforun yaşıl işığının yanmasını gözləmiş və yaşıl işıq yandıqdan sonra avtomobilin işıq siqnalından istifadə etməklə sola H.Əliyev küçəsinə dönməyə başlayacağı barədə qarşıdan gələn avtomobilə xəbərdarlıq etmişdir. Qarşıdan gələn avtomobil isə hərəkətə başlamamış və həmin avtomobilin sürücüsü əli ilə keçməyinii istəmişdir. O, bir müddət ona keçməsi barədə bildirsə də, o hərəkətə başlamamışdır. O işə gecikdiyinə görə məcbur qalıb hərəkətinə davam etmiş. İnzibati protokolu təıtib edən YPX əməkdaşına o mövcud halı bildirsə də, o, dediklərinə cavab olaraq nə olursa olsun qarşıdan gələn avtomobili gözləməli olduğunu bildirmiş və barəsində protokol tərtib etmişdir. Aşağıdakılara əsasən hesab edir ki, qeyd edilən qərar əməldə inzibati xəta tərkibi olmaması əsası ilə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İmişli Rayon Polis Şöbəsinin X7i bölməsi yol-patrul xidməti baş inspektoru X4 məhkəmə iclasında X1 xx.xx.2025-ci il tarixdə qarşıdan gələn nəqliyyat vasitsəinə yol vermədən keçdiyi və buna görə də qəbul edilmiş qərarın qanuni olmasını bildirərək şikayətin rədd olunmasının xahiş etdi. Məhkəmə inzibati protokol tərtib etmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, İmişli Rayon Polis Şöbəsinin X7i bölməsi yol-patrul xidməti tərəfindən X1 barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə TP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, həmin tarixdə, saat 09:22 radələrində “Chevrolet Cruze minik” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozmuşdur. Həmin tarixdə X2 TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə cərimə edilmişdir. İmişli Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş yol-patrul xidməti avtomobilində yerləşdirilmiş kameradan çəkilmiş video görüntüyə baxış keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 126.1 Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə əsasən: İ Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İX. Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, X2 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yolayrıcını keçmə qaydalarının pozması) törətmişdir. Belə ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş yol-patrul xidməti avtomobilində yerləşdirilmiş kameradan çəkilmiş video görüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X2 idarə etdiyi “Chevrolet Cruze minik” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozaraq, yolayırıcından sola dönmə əməliyyatı edərkən qarşıdan gələn və düz istiqamətdə hərkətə edən nəqliyyat vasitələrinin keçməsi gözləməli olduğu halda buna riayət etməyərək, həmin nəqliyyat vasitələrinin qarşısından keçərək dönmə əməliyyatını icra etmişdir. Eyni zamanda videodan müəyyən edilmişdir ki, qarşıdan gələn “Niva” markalı nəqliyyat vasitəsi X2 idarə etdiyi “Chevrolet Cruze minik” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol verməmiş və əksinə, hərəkət etmək üstünlüyü ona məxsus olsa da, “Chevrolet Cruze minik” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin anidən onun qarşısına çıxması nəticəsində “Niva” markalı nəqliyyat vasitəsinin sürücüsü tormazlama əməliyyatı icra etmək məcburiyyətində qalmışdır. Bununla da, “Chevrolet Cruze minik” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü X2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin imperativ tələblərini pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inziibati xətanı törətmişdir. X2 şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmişdir.. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, səlahiyyətli orqan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur, qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. Azərbycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsinin X7 Bölməsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar