Məhkəmə qərarları › İş №3(036)-715/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-715/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-715/2025 04.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, iddiaçı X2 xeyrinə 1314 (bir min üç yüz on dörd) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)- 1125/2021 saylı və iddiaçı X4 xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 19 iyul 2024-cü il tarixdən hesablanmaqla, cavabdeh Şəxs hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-81/2025 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və hazırda həmin borc məbləği qalmaqdadır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X8 izahat verərək göstərdi ki, borclu Əliyev X9 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1125/2021 saylı və İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-81/2025 saylı icra sənədlərini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Nəticədə borclu Şəxs hazırda həmin borc məbləği qalmaqdadır. İddiaçı ilə əlaqə saxlamış ki, razılıq əldə edilməsi barədə ərizə gətirsin, lakin gəlməmişdir. Hazırda iddiaçının razılıq əldə edilməsi barədə heç bir məlumat yoxdur. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, iddiaçı X2 xeyrinə 1314 (bir min üç yüz on dörd) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1125/2021 saylı və iddiaçı X4 xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 19 iyul 2024-cü il tarixdən hesablanmaqla, cavabdeh Şəxs hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-81/2025 saylı icra sənədləri üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, işləmədiyi, qazancının olmaması səbəbindən borcundan ödəniş edə bilməmişdir. Alimentlə bağlı ona bildiriş gəlməmişdir. Hazırda borcundan ödəniş etməyə imkanı yoxdur. Borcundan ödəniş etməsi üçün ona möhlət verilməsini məhkəmədən xahiş etdi. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1125/2021 saylı icra sənədindən görünür ki, borclu Şəxs 1314 (bir min üç yüz on dörd) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutulub iddiaçı X6 ödənilməsi qət edilmişdir; İşdə olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1125/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(036)-1125/2021 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-81/2025 saylı icra sənədindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 19 iyul 2024-cü il tarixdən hesablanmaqla, cavabdeh Şəxs hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutularaq, iddiaçı X7 ödənilməsi qət edilmişdir; İşdə olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-81/2025 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(036)-81/2025 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs İmişli Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs İmişli Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir; İş materiallarına əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs barəsində axtarış elan edilmişdir; İşdə olan İmişli Rayon Məhkəməsinin 8(036)-207/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, Şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə cəzanın əsl məqsədinə nail olmağın mümkün olmayacağı qənaitinə gəldiyi üçün həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 04 aprel 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar