Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-716/2023 03.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi , Balacayev Elməddin Xudan oğlunun katibliyi və “X4” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, “X4” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: “X4” MMC barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, istifadəsində olan müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilməyən “CHACMAN SX3317DV326 YÜK” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2023-cü il tarixdə saat 14-31 radələrində idarə edərək AR İXM-nin 339.1-1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törədən fiziki şəxs barədə məlumatın İmişli RPŞ DYPB-nin sorğusuna əsasən 5 gün müddətində verilməsini təmin etməmişdir. “X4” MMC-nin nümayəndəsi X2 göstərmişdir ki, cəmiyyətə məxsus olan “CHACMAN SX3317DV326 YÜK ” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2023-cü il tarixdə istehsalat zonası ərazisində olmuş və magistral yolda hərəkət etməmişdir. Həmin nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə saat 14-31 radələrində idarə edən şəxs haqqında məlumatlar “X4” MMC-dən tələb olunmamışdır. AR İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” AR Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilməsi vəzifəsi həmin hüquqi şəxsin özünə aid edildiyindən “X4” MMC–nin istifadəsində olan texniki baxışdan keçirilməyən “CHACMAN SX3317DV326 YÜK ” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2023-cü il tarixdə saat 14-31 radələrində idarə edən şəxs AR İXM-nin 339.1-1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Ona görə də, göstərilən tarixdə həmin avtomobili idarə edən şəxs haqqında məlumatın səlahiyyətli orqanın sorğusu əsasında verilməməsi AR İXM-nin 347-ci maddəsinin tərkibini yaratmır. AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından “X4” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-nin 53.0.2, 115, 117 və 130 –cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ “X4” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10(on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-716/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-716/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver