Məhkəmə qərarları › İş №3(036)-716/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-716/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-716/2025 07.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 iştirakı ilə, xx.xx.2005-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İmişli şəhəri, Həsənoğlu küçəsi, ev 16 ünvanında yaşayan X7. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, tələbkar X4 xeyrinə 3000 (üç min) manat məbləğində pulun və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-548/2024 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X9 izahat verərək göstərdi ki, borclu X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-548/2024 saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Ona görə də inzibati qaydada məsuliyyət cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs X7 özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, tələbkar X4 xeyrinə 3000 (üç min) manat məbləğində pulun və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-548/2024 saylı icra sənədi üzrə tələbi icra etməməsi üzrsüz səbəbdən olmamışdır. Borcu ödəməməsinin səbəbi ayağının sınması olmuşdur. İşə düzəlmək məqsədi ilə İmişli regional “Asan xidmət” mərkəzinə sənəd almaq məqsədi ilə gələrkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda borcundan ödəniş edə bilmir, yeni işə düzələndə borcundan hissə-hissə ödəniş edəcəkdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-548/2024 saylı icra sənədindən görünür ki, cavabdeh X2 3000 (üç min) manat məbləğində pulun və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun alınıb tələbkar X6 verilməsi qət edilmişdir; İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-548/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır; İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-548/2024 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İş materiallarına əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X3 barəsində axtarış elan edilmişdir; Elektron İcra Sistemindən çıxarışdan görünür ki, X7 heç bir yerdə işləmir və adına hər hansı daşınmaz əmlak və dövlət qeydiyyatın alınmalı daşınar əmlakı yoxdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar