Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-718/2025 08.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, İmişli rayonu, Bəhərmtəpə qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 08 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs sərxoş vəziyyətdə 07 yanvar 2025-ci il tarixdə İmişli rayonu, Bəhərmtəpə qəsəbəsində polis əməkdaşlarının ünvanın uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis leytenantı X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs sərxoş vəziyyətdə xx.xx.2025-ci il tarixdə İmişli RPŞ-nin PPXB-nin polis nəfəri polis X4 və polis serjantı X5 ilə İmişli rayonu, Bəhərmtəpə qəsəbəsində xidmət apararkən Şəxs sərxoş vəziyyətdə küçədə nalayiq söyüşlər söyməsini və xuliqanlıq hərəkətləri etməsini müşahidə etmişlər. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ictimai qaydanı pozmasını bildirmişlər. Lakin, buna baxmayaraq polis əməkdaşları onu sakitləşdirmək istəsələr də, Ramin xuliqanlıq əməllərini daha da şiddətləndirmiş və onlara əl-qol hərəkətləri ilə müqavimət göstəmişdir. Bundan sonra, Şəxs İmişli rayon polis şöbəsinin əməkdaşlarının vasitəsi ilə polis şöbəsinin inzibati binasına gətirilmişdir. Odur ki, göstərilənlərə əsasən o, X2 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, həmin vaxt spirtli içki qəbul etmişdir. Balıq satmaqla məşğuldur. Balıq satarkən özü-özünə danışarkən polis əməkdaşları ona yaxınlaşmışdır. Neft məshulunu ocaq yandırmaq məqsədi ilə götürmüşdür. O, polis əməkdaşlarını təhqir etməmiş və müqavimət göstərməmişdir. Əməlindən peşmandır və bir daha belə səhvlərə yol verməyəcəkdir. Barəsində qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı, X5 ifadəsində bildirdi ki, 07 yanvar 2025-ci il tarixdə X4 ilə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində xidmətdə olarkən Şəxs küçədə ucadan nalayiq söyüşlər söydüyünün şahidi olmuşlar. Onlar sonuncuya yaxınlaşaraq intizama dəvət etsələr də o, xuliqanlıq hərəkətlərindən çəkinməmiş, bu hərəkətlərini daha da şiddətləndirərək onların üzərinə hücum etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X5 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 08 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 yanvar 2025-ci il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində polisin qanuni tələbinöə tabe olmayaraq, ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir; İş materiallarına əlavə edilmiş Mirşəfan Abdullayev tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 07.01,2025-ci il tarixdə saat 22:04 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102-Xidməti Zəng Mərkəzindən daxil olmuş ********** saylı məlumatda, İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini Şəxs ***-***-**-** nömrəli telefonla 102 xidmətinə məlumat verərək özünü yandıracağı barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Protokollaşdırma nömrəsi 91012522 olan alkotester qəbzindən məlum olur ki, Şəxs alkoqolun miqdarı 0.3908 promillidir. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: ....... 33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. ....... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X5 və X4 ilə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində xidmət apararkən Şəxs küçədə qeyri etik hərəkətlər edərək uca səslə söyüşlər söydüyünü və onu nizam intizama dəvət etsələr o yenə də ictimai yerdə öz hərəkətlərini davam etdirmişdir. Bununla da polis əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymayaraq tabe olmamış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Bütün bunlar məhkəmə icasında dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1), ağırlaşdıran halın müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 30.2, 31.4-1-ci və 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-718/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-718/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver