Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-72/2022 09.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, şikayət vermiş şəxs X13 və İmişli rayon Polis şöbəsinin DYPB-nin polis baş X1 iştirakları ilə, İmişli rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis polkovnik-leytenantı X4 31 yanvar 2022-ci il tarixli, TP4831378 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X6 rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis polkovnik-leytenantı X4 31 yanvar 2022-ci il tarixli, TP4831378 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X13 şikayətində göstərdiyi xüsusatlara uyğun izahat verərək şikayətini müddafiə etdi və göstərdi ki, 22.12.2021-ci il tarixdə saat 17:30 radələrində ona məxsus “Mersedess E270” minik markalı **-HC-*** dövlət qeydiyyat nömrəli avtomaşınla hərəkətdə olarkən imişli rayonunun Qaralar kəndi ərazisində dairədə ondan təxminən 200 metr irəlidə imişli RPŞ-nin Yol Patrul xidmətinin əməkdaşları tərəfindən bir yük avtomaşını yolun solunda saxlanmışdır. O, öz yolu ilə keçib saxlamışdır ki, yol keçidinə baxsın, təhlükəsiziyə əmin olduqdan sonra yola davam esin. O, hərəkət olarkən dairənin ortasında həmin yük avtomobili qəflətən hərəkət edib avtomobilini sol yan qanadından vurmuşdur. Dövlət X3 etirazına baxmayaraq yük avtomobilini arxaya çəkmiş, sonra Yarəb Məhərrəmov gəlib İXP ******* nömrəli protokol tərtib etdi ki, guya o ara məsafəsi saxlamamış və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, onun iradı heç bir sübutla təsdiq olunmurdu. Həmin vaxt onun yol qaydalarını pozmadığına baxmayaraq inspektor əsassız olaraq ona protokol tərtib etmişdir. Radar, kamera vasitəsilə də onun qaydanı pozması təsdiq olunmur. Lakin İmişli RPŞ-nin DAM polis polkovnik-leytenantı X4 31.01.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 40 manat cərimə olunmuşdur. Həmin qərarla razı deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. O, İXM-nin həmin maddəsinin tələbini pozmamış və protokolda qeyd olunan hərəkətləri etməmişdir. Odur ki, hesab edir ki, İmişli RPŞ-nin DAM polis polkovnik-leytenantı X4 31.01.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməldir. Məhkəmə iclasında İmişli rayon Polis şöbəsinin DYPB-nin polis baş X2 izahatında şikayət əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 22.12.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında icraata başlanmışdır ona görə ki, o, düzgün ara məsafəsi saxlamamaqla inzibati xəta hadisəsi törətmişdir. İşdə olan İmişli rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis polkovnik-leytenantı X4 31 yanvar 2022-ci il tarixli, TP4831378 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından görünür ki, X13 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilərək 40 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşin araşdırılan hallarından müəyyən olunmuşur ki, X13 barəsində inzibati tənbeh tətbiq olunarkən işin düzgün həlli üçün əhəmiyyətli olan hallar araşdırılmamış və lazımi sübutlar toplanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə görə inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, işin bütün hallarının məcmusu hərtərəfli, tam və obyektiv surətdə araşdırılmadığından İmişli rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis polkovnik-leytenantı X4 31 yanvar 2022-ci il tarixli, TP4831378 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilməli və yenidən baxılmaq üçün həmin orqana göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 114-118 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. İmişli rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis polkovnik-leytenantı X4 31 yanvar 2022-ci il tarixli, TP4831378 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilsin və İmişli rayon Polis şöbəsinin DYPB tərəfindən işə yenidən baxılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-72/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-72/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver