Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-720/2024 22.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 19 sentyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs məxsus xx.xx.2024-cü il tarixdə saat 19:50 radələrində “Vaz 2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli rayonu, Rəsullu kənd ərazisində hərəkət olarkən anidən yolda uzanan iri buynuzlu heyvanı vuraraq üzərindən keçmiş və nəticədə zərərçəkmiş şəxs X1 avtomobilinə maddi ziyan dəymiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, məhkəmədə tərəflər iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli rayon yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş 19 sentyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İmişli rayonu, Rəsullu kəndi ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və nəticədə X2 maddi ziyan vurması əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2024-cü il tarixli zərər aktından görünür ki, X2 məxsus “Vaz 2106” markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1061 (bir min altmış bir) manat madi ziyan dəymişdir; Zərərçəkmiş şəxs X1 İmişli RPŞ-nin DYPB-də verdiyi izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:50 radələrində özünə məxsus olan “Vaz 2106” markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İmişli rayonu, Rəsullu kənd ərazisində hərəkət etmişdir. Onun həmən ərazidə hərəkət sürəti 50-60 km/saat olmuşdur. Hərəkətini davam etdirən zaman anidən yolda uzanan iri buynuzlu heyvanı görmüş tez tormoz əyləcindən istifadə etmişdir ki onu vurmasın lakin bu olmadı o, həmən iri buynuzlu heyvanı vuraraq üzərindən keçmişdir. Sonra avtomobildən yerə enmiş ərazidə olan digər şəxslərin verdiyi məlumata görə həmin iribuynuzlu heyvanı “Ford” markalı avtomobil vurub və sonra hadisə yerini tərk edərək getmişdir. Həmən şəxslər bildirdi ki, bu iri buynuzlu heyvanın sahibi müətamadi olaraq heyvanı nəzarətsiz qoyur heyvanlar kənd ərazisindən keçən avtomobil yolundan nəzarətsiz olaraq örüş torpaq sahələrinə otlamağa gedirlər. Hadisə yerinə polis əməkdaşları gələndən təxminən 30 dəqə sonra heyvan sahibi Dostalı Nyriyev gəlmişdir. Baş vermiş YNH-si zamanı avtomobilinə ciddi maddi ziyan dəysədə bədən xəsarəti alan olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə - qırx manat məbləğində cərimə edilir. 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-720/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-720/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver