Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-721/2024 08.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İmişli şəhəri, Ş.Xiyabani küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, 2(036)-1541/2024 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək X4 qızı xx.xx.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 12:00-dan 15:00-a dək Şəxs iştirakı ilə ünsiyyət saxlaması müəyyən edilməklə ünsiyyətə maneə yaradılması Şəxs qadağan edilməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 16(036)-19/2024 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X9 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 16(036)-19/2024 saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Hal - hazıradək 5 dəfə görüş təşkil edilməli olsa da, heç bir təşkil edilə bilməmişdir. Borclu görüş təyin edilən vaxta uşağı gətirməmiş, tələbkar getdikdən sonra uşağı gətirmiş, onda da uşağın özünün görüşmək istəmədiyini bildirmişdir. Ona görə də inzibati qaydada məsuliyyət cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, 2(036)-1541/2024 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək X4 qızı xx.xx.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 12:00-dan 15:00-a dək onun iştirakı ilə ünsiyyət saxlaması müəyyən edilməklə ünsiyyətə maneə yaradılması ona qadağan edilməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 16(036)- 19/2024 saylı icra sənədi üzrə tələbi icra etməməsi üzrsüz səbəbdən olmamışdır. Tələbkarın dedikləri yalandır. Qərar qəbul ediləndən sonra uşağı o, dəfələrlə icra məmurunun göstərişi ilə uşağı deyilən yerə gətirmişdir. xx.xx.2024-cü il tarixdə icra məmurunun göstərişi ilə uşağı deyilən yerə gətirmiş lakin tələbkar həmin yerə gəlməmişdir. Bundan sonra uşaq anası istəmir və onunla görüşməyə gəlmir. xx.xx.2024-cü il tarixdə uşaq xəstə olduğu üçün aparmamışdır. Uşağın xəstə olması barədə onda heç bir arayış yoxdur. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X2 izahat verərək göstərdi ki, borclu Şəxs 2(036)-1541/2024 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək X4 qızı xx.xx.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 12:00-dan 15:00-a dək ünsiyyət saxlaması müəyyən edilməklə ünsiyyətə maneə yaradılması ona qadağan edilməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 16(036)-19/2024 saylı icra sənədini icra etmir. O, uşağı ilə ünsiyyətdə olmaq üçün məhkəmənin təyin etdiyi vaxtda dəfələrlə gedir, lakin Şəxs uşağı gətirmir və şərait yaratmır. Ona icra məmuru tərəfindən zəng olunur və o, dərhal müəyyən olunmuş görüş yerində və vaxtında olur, lakin Şəxs uşağı gətirmir. Altı aydır uşağı ilə ünsiyyətdə olmur. Borclu hər dəfə bir bəhanə gətirir. Qərar qəbul ediləndən bu günə kimi uşaqla görüşməmişdir. Sonuncu dəfə İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında gözləmiş və borclu tərəfindən uşağın ora gətirilməsi təmin edilməmişdir. Ona görə də Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 16(036)-19/2024 saylı icra sənədindən görünür ki, 2(036)-1541/2024 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək X4 qızı xx.xx.2012-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 12:00-dan 15:00-dək ünsiyyət saxlaması müəyyən edilməklə ünsiyyətə maneə yaradılması Şəxs qadağan edilmişdir; İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 16(036)-19/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 16(036)-19/2024 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir; İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində məcburi gətirilmə qərarı qəbul edilmişdir; İşdə olan təqdimatdan görünür ki, Şəxs barəsində məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur; İşdə olan İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-53/2-299/2024 saylı məktubundan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 16(036)-19/2024 saylı icra sənədinin icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşı X13 prosesdə iştirak etmişdir. X3 ilə ətraflı söhbət aparılmış və o, yazılı izahatında öz fikirini bildirmişdir; İşdə olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X7 4 ay olar ki, atasının yanında qalır. Anası ilə görüşmək istəmir. Ona atasının yanında qalmaq xoşdur və atasının yanında qalmaq istəyir; İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024cü il 16(036)-19/2024 saylı icra sənədinin icrası ilə əlaqədar məsuliyyət izah olunmuşdur. Həmçinin icra sənədinin icrasının məcburiliyi borcluya izah edilmiş, borclu icra sənədinə hörmətlə yanaşacaq və onun tərəfindən heç bir maneçiliyin olmayacağını bildirmişdir. Fatimə adlı uşaqla icra şöbəsinin inzibati binasında atasının və babasının iştirakı ilə fərdi qaydada söhbət aparılmışdır. Fatimə anası Firuzə ilə görüşmək istəmədiyini, səbəb isə anasının yanında olan zaman onu döydüyünü və ana ögəy münasibət göstərdiyini bildirmişdir. Fatimədən anası ilə görüşmək üçün ona atası Musa tərəfindən hər hansı təsirin (qorxutmaq, döymək və sair) təsirin olduğunu soruşduqda o, heç bir təsir olmadığını bildirmişdir; İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 16(036)-19/2024-001 saylı icra sənədinin icrası ilə əlaqədar tərəflər xx.xx.2024-cü il tarixə saat 15:00 dəvət edilmişdir. İş üzrə borclu Şəxs uşağı Fatiməni icra və probasiya şöbəsinin inzibati binasına gətirməmişdir. Onun istifadəsində olan (050-397- 95-75) nömrəli rnobil telfon vasitəsilə tərəflərindən əlaqə saxlanılmışdır. Telefon əlaqəsi zamanı borclu Şəxs uşağı Fatimənin anası ilə görüşmək istəmədiyini əsas gətirərək onun gəlmədiyini bildirmişdir. Həmçinin Fatimənin babası İbrahim Abbasovun istifadəsində olan (***-***-**-**) nömrəli mobil telefon vasitəsi ilə icra məmuru Ramil Ağasıyev əlaqə saxlamışdır. O, Fatimənin anası ilə görüşmək istəmədiyini və bu səbəbdən də, atası ilə icra və probasiya şöbəsinə gəlmədiyini bildirmişdir. Fatimə ilə anası Firuzənin telefon əlaqəsinə şərait yaradıldı. Firuzə qızı Fatimə ilə görüşmək istədiyini, ona qayğı göstərmək istədiyini bildirdi. Amma Fatimə anasına onunla görüşmək istəmədiyini və bu səbəbdən də onunla görüşə gəlməyəcəyini bildirdi. Bu səbəbdən də Firuzənin qızı Fatimə ilə görüşməsi baş tutmamışdır. Tələbkara məxsus xx.xx.2024-cü il tarixdə çəkilmiş video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, o, qızı Firuzə ilə görüşmək üçün razılaşdırıldığı kimi İmişli Rayon İcra Hakimiyyətinin qarşısına gəlsə də, tələbkar tərəfindən uşağın iştirakı təmin edilməmişdir. Məhkəmə araşdırmzaı zamanı tələbkar tərəfindən məhz həmin gün uşağın xəstə olması bildirilsə də, bu barədə icra məmuruna məlumat verilməmiş və müvafiq sübutlar təqdim edilməmişdir. Eyni zaman da məhkəmə tərəfindən həmin sübutlar tələb edilsə də, əvvəlcə uşağın xəstə olması barədə arayışın olduğunu, sonra isə arayışın olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borlcu tərəfindən icra vərəqəsinin tam və vaxtında icra edilməsi üçün kifayət qədər səy göstərilməmişdir və onun üzrlü olması barədə heç bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 08 oktyabr 2024-cü il tarixdən saat 18:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-721/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-721/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver