Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-723/2024 10.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İmişli şəhəri, Əzizbəyov küçəsi, ev 4-də qeydiyyatda olmaqla yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, tərəflərin razılığına əsasən ikinci tərəf Şəxs, birinci tərəf X6 məxsus olan 4200 manat dəyərində qızıl-zinət əşyalarının məbləğini 12 ay ərzində hər ayın 15-i 350 manat pul məbləğini birinci tərəf X2 hesabına ödəyəcəyi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-1438/2024 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və cəmi 4200 (dörd min iki yüz) manat borcu qalmışdır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X9 izahat verərək göstərdi ki, borclu Ağayev X7 Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-1438/2024 saylı saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, aliment borcunun ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Nəticədə borclu Şəxs 4200 (dörd min iki yüz) manat borcu qalmaqdadır. Tələbkar borcun bütöv şəkildə ödənilməsini tələb edir. Pula ehtiyacı var. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, X6 məxsus olan 4200 manat dəyərində qızıl-zinət əşyalarının məbləğini 12 ay ərzində hər ayın 15-i 350 manat pul məbləğini birinci tərəf X2 hesabına ödəyəcəyi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-1438/2024 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, onun qazancının olmaması ilə əlaqədar olaraq borcundan ödəniş edə bilməmişdir. Atası onkoloji xəstə olduğu üçün ödənişlər edə bilməmişdir. Vaxt verilsə gələn aydan hər ay 150 manat məbləğində borcunu ödəyəcəkdir. Ona görə də barəsində həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. X1 izahat verərək göstərdi ki, borclu Şəxs işləmədiyi üçün borcundan hal-hazırda ödəniş edə bilmir. Ona borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-1438/2024 saylı icra sənədindən görünür ki, tərəflərin razılığına əsasən ikinci tərəf Şəxs, birinci tərəf X6 məxsus olan 4200 manat dəyərində qızıl-zinət əşyalarının məbləğini 12 ay ərzində hər ayın 15-i 350 manat pul məbləğini birinci tərəf X2 hesabına ödəyəcəkdir; İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-1438/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024cü il 2(036)-1438/2024 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir yerdə işləmir və adına hər hansı daşınmaz əmlak və dövlət qeydiyyatın alınmalı daşınar əmlakı yoxdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən saat 18:50dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-723/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-723/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver