Məhkəmə qərarları › İş №3(036)-736/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-736/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-736/2025 23.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş İmişli rayon yol patrul xidməti inspektoru, polis baş leytenantı X1 iştirakı ilə, xx.xx.1962-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli Rayon Polis X7 Polisi Bölməsindən daxil olmuş 20 mart 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19 mart 2025-ci il tarixdə sərxoş halda idarə etdiyi «Vaz 21099» minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə zərərçəkmiş şəxs X4 məxsus “Vaz 21074” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 mart 2025-ci il tarixdə saat 20:15 radələrində sürücülük hüququ olmadan sərxoş vəziyyətdə özünə məxsus olan «Vaz 21099» minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, Q.Nəbi küçəsində idarə edən zaman idarə etməni itirmiş, sağa manevr edib saxlayan zaman idarə etdiyi avtomobilin qabaq hissəsi dayanmış vəziyyətdə olan “Vaz 21074” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Hadisə vaxtı xəsarət alan olmamış və avtomobilə maddi ziyan dəymişdir. Bundan sonra hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gəlmiş, müayinədən keçirilən zaman sərxoş olduğu aşkarlanmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyi, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş İmişli rayon yol patrul xidməti inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli rayon yol patrul xidməti inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş 20 mart 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 mart 2025-ci il tarixdə sərxoş halda idarə etdiyi «Vaz 21099» minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə zərərçəkmiş şəxs X4 məxsus “Vaz 21074” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə protokol tərtib edilmişdir; Protokollaşdırma nömrəsi 02172 olan alkotester qəbzindən məlum olur ki, “Şəxs” oğlu adlı şəxsdə yoxlama zamanı alkoqolun miqdarı 1,597 promill olmuşdur; 196003 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Şəxs məcburi köçkündür; 084297 nömrəli vəsiqəsinin surətindən görünür ki, Şəxs ikinci dərəcəli əlildir; Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şəxs ağ ciyər vərəmi, yalnız kultural mühitin artması ilə təsdiq. Ağciyərin iki tərəfli vərəmi dağılma mərhələsində, VMB (-) Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, TÇ İİ dərəcəli, Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu diaqnozu qoyulmuşdur, ikinci dərəcəli əlillik təyin edilmişdir. İmişli Mərkəzi Rayon Xəstəxanasının 05.112015-ci il tarixli 1806 saylı arayışından görünür ki, Ağdam rayon sakini Əliyev X5 MRX-da xx.xx.2015-ci il tarixdə ambulator müalicədə olub. Sağ baldır nahiyyəsindən 0.8x0.7 sm həcmində mərmi qəlpəsi çıxarılıb. Sağ baldırın köhnə qəlpə yarası diaqnozu verilmişdir; İşdə olan fotoşəkillərdən görünür ki, hər iki avtomobilə maddi ziyan dəymişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.2-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin ikinci dərəcəli əlil olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə cəzası tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar