Məhkəmə qərarları › İş №3(036)-743/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-743/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-743/2024 24.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 İmişli RPŞ-nin YPX-nin inspektoru, polis kiçik serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli RPŞ-nin YPX-nin inspektoru, polis kiçik serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 27 sentyabr 2024-cü ildə aldığı sənəddən məlum olmuşdur ki, İmişli Rayon Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X5 23 sentyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 329.1 və 332.3-cü maddələrinə əsasən 400 manat cərimə edilmişdir. Həmin qərarla razı deyildir. O, Azərbaycan Respublikası İXM-nin həmin maddələrinin tələbini qəsdən pozmamışdır. Bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 10:53 radələrində idarə etdiyi “VAZ 21065” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu, Qaradonlu yolunda hərəkət edirdi. Həmin vaxtı Yol Patrul Xidmətinin əməkdaşı onu saxlamış və ona bildirmişdir ki, sizin sürücülük hüququnuz İmişli Rayon Məhkəməsi tərəfindən məhdudlaşdırıldığı halda qanunsuz olaraq avtomobil idarə edirsiniz. O, ona bildirmiş ki, sürücülük hüququnun məhdudlaşdırılması barədə ona məhkəmədən heç bir məlumat verilməyib. Həmçinin o, ona demişdir ki, o, avtomobili texniki baxışdan keçirmiş, sığorta etdirmiş və heç harda ona deyilməyib ki, sənin sürücülük hüququn məhdudlaşdırılıb. Lakin bütün bunlara baxmayaraq yol patrul xidmətinin əməkdaşı ona bildirmişdir ki, barənizdə protokol tərtib edəcək. Bildirir ki, qanuna əsasən məhkəmə sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı ona rəsmi məlumat verməli idi, lakin indiki halda məhkəmə ona heç bir məlumat vermədən və onun iştirakı olmadan işə baxaraq sürücülük hüququnu 6 ay məhdudlaşdırmışdır. Hazırda hesab edir ki, sürücülük hüququnun məhdudlaşdırılması barədə ona heç bir məlumat verilmədiyi üçün hazırkı qərar qanunsuz qəbul olunmuşdur. Əlavə olaraq qeyd edir ki, onun sürücülük hüququnun məhdudlaşdırlmasına səbəb olan cəriməni xx.xx.2023-cü il tarixində hesablanmış dəbbə pulu ilə birlikdə tam şəkildə ödəmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək, İmişli RPŞ-nin YPX-nin inspektoru, polis kiçik serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli RPŞ-nin YPX-nin inspektoru, polis kiçik serjantı X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X4 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi “VAZ 21065” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi göstərilmiş, bu səbəbdən o, İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, X6 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin EQ 17096674 saylı qərarı üzrə 53 (əlli üç) manat cərimə ödənmişdir. İmişli Rayon Məhkəməsinin 3(036)-359/2022 saylı xx.xx.2024-ci il tarixli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə saat 10:53-də İmişli rayonu, Qaradonlu yolu istiqamətində “VAZ 21065” minik markalı **- BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə sürücülük hüququ olmadan idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində barəsində İmişli RPŞ-nin YPX-nin inspektoru, polis kiçik serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın İmişli Rayon Məhkəməsinin 3(036)-359/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasından xəbərsiz olduğu üçün qanunsuz qəbul edildiyini bildirmişdir. Qeyd olunan hal onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas olmadığından, barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmiş və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq tərtib edilmişdir. Belə ki, qərar qəbul edilərkən İmişli Rayon Məhkəməsinin 3(036)- 359/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini aldığını üçün icra üçün göndərilmiş və buna görə də onun inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 İmişli RPŞ-nin YPX-nin inspektoru, polis kiçik serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* inzibati xəta haqqında iş üzrə elektron qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar