Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-750/2025 29.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs İmişli Rayon Polis X4 Bölməsinin sahə rəisi X8, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1956-cı il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyənetdi: İmişli Rayon Polis X4 Bölməsinin sahə rəisi X12 tərəfindən tərtib edilmiş saylı, 29 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndi ünvanında yaşayan X6 yaşadığı evdə aralarında yaranmış şəxsi münasibətlər zamanı döymüşdür. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs İmişli Rayon Polis X4 Bölməsinin sahə rəisi X12 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndi ünvanında yaşayan X6 yaşadığı evdə aralarında yaranmış şəxsi münasibətlər zamanı döymüşdür. Araşdırma aparılmış, xəsarətin dərəcəsinə görə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Buna görə də Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, X7 həyat yoldaşıdır. Nigar ailə üzvləri ilə birlikdə İmişli rayonu, Çaxırlı kəndində yerləşən ona məxsus evində yaşayır. Onunla əvvəllər münasibəti həmişə yaxşı olmuşdur. 2024-cü ilin may ayında Nigar tanımadığı şəxslər tərəfindən zorlanması ilə bağlı İmişli RPŞ-də araşdırması aparılmağa başladıqdan sonra onunla münasibətləri korlanmışdır. Hazırda Nigarın müraciəti ilə bağlı məhkəmədə iş davam edir. Nigarın tanımadığı şəxslər tərəfindən zorlanmaya məruz qalması məsələsindən sonra Nligarın evdə daimi olaraq onunla və Eltonla mübahislər etmişdir. Onların barələrində İmişli RPŞ-yə qərəzli olaraq şikayətlər etmiş və buna baxmayaraq o, Nigarla münasibətləri korlanmışdır. xx.xx.2025-ci il tarixində saat təxminən 13 radələrində yaşadığı evdə Nigarın uşaqlarından biri ağlayıb Nigardan telefon tələb etmişdir. Nigar isə telefonu uşağa verməmiş və Elton Nigara açıqlanmışdır. Nigar telefonu uşağa verməmiş və uşağı sillə ilə vurmuşdur. Ondan sonra o, Nigara iradlarını bildirmiş və Nigar mətbəxdə olan tavanı əlinə alıb ona tərəf tullamışdır. O, Nigara yaxınlaşıb onun boğaz nahiyyyəsindən tutub onu itələmiş və daha sonra AR DİN-in 102 ximdətinə zəng edib poilisə Nigarla aralarında mübahisə olması barədə məlumat vermişdir. Nigarla aralarında təxminən 10 dəqiqəyə yaxın müddətdə mübahisə olmuşdur. Hal-hazırda X9 ilə barışmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 izahatında göstərmişdir ki, əri Eltonla yeddi ildir evlidir və iki azyaşlı övladları var. Atasının öz adına bankdan kreditə götürdüyü 3300 manat pulu Eltona vermişdir. Eltonun isə həmin krediti ödəmədiyinə görə o, Eltondan atasının adına olan krediti ödəməyi tələb etmişdir. Eltonun isə atasının adına olan krediti ödəmədiyinə görə Eltonla və anası Leyla ilə aralarında xx.xx.2025-ci il tarixində yaşadıqları evdə mübahisə yaranmışdır. Həmin vaxt Elton onu sol böyrək nahiyyəsindən vurmuş və qayınanası Leyla isə onu sifət nahiyyəsindən barmaqları ilə cırmaqlamışdır. Hal-hazırda Şəxs şikayətçidir. Odur ki, Şəxs barəsində qanuna müvafiq ciddi tədbir görülməsini xahiş etdi. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığından toplanmış material üzrə xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis X4 Bölməsinə verilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 142 saylı məhkəmə-tibbi ekspertiza rəyində göstərilmişdir ki, X3 aşkar edilmiş xəsarət – qarnın sol yan səthində, döş qəfəsinin sol yarısının ön səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən müayinə olunanın xx.xx.2024-cü il tarixində və şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün, dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, X1 Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər hallarını, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 142 saylı məhkəmə-tibbi ekspertiza rəyinə əsasən yüngül xəsarət almasını nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-750/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-750/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver