Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-757/2024 22.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə İmişli rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İmişli rayonu, Muradxanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, tələbkar X1 xeyrinə 10000 (on min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il 2(036)-495/2021 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il 2(036)-495/2021 saylı saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, borcunun ödənilməsi üçün hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Hazırda borcundan 1000 (bir min) manat ödəniş etmiş, ümumilikdə 4650 manat ödəmiş və 5350 (beş min üç yüz əlli) manat borcu qalmışdır. Ona görə də inzibati qaydada məsuliyyət cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, tələbkar X1 xeyrinə 10000 (on min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il 2(036)-495/2021 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, hazırda işləmir və qazancının olmaması səbəbindən borcundan ödəniş edə bilməmişdir. O, “Güvən Rehab” reabilitasiya mərkəzində xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər psixoloji vəziyyətinin ağır olması ilə əlaqədar olaraq 6 (altı) aylıq psixoloji korreksiya proqramı keçmişdir. O, 10000 (on min) manat borcundan hissə-hissə ödəniş etmişdir. Hal-hazırda 6350 (altı min üç yüz əlli) manat borcundan 1000 (bir min) manat ödəmişdir. O, yaxın müddət ərzində borcundan 1000 (bir min) manat da ödəniş edəcəkdir. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il 2(036)-495/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 10000 (on min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı X2 verilməlidir; İşdə olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il 2(036)-495/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır; İşdə olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il 2(036)-495/2021 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il 8(036)-145/2022 saylı qərarından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışmış və əmək haqqı ştat cədvəlinə əsasən 500 manat təyin edilib; İş materiallarına əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs barəsində axtarış elan edilmişdir; İşdə olan xx.xx.2024-cü il tarixli “Güvən Rehab” reabilitasiya mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov 14 B ünvanında yerləşən “Güvən Rehab” reabilitasiya mərkəzində xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər psixoloji vəziyyətinin ağır olması ilə əlaqədar olaraq 6 (altı) aylıq psixoloji korreksiya proqramı keçir; İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, tələbkar X1 hesabına 500 (beş yüz) manat pul köçürülmüşdür; İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, tələbkar X1 hesabına 1000 (bir min) manat pul köçürülmüşdür; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Belə ki, məhkəmə qətnaməsində borcun hissi-hissə deyil, birdəfəlik ödənilməsi nəzərdə tutulsa da, Şəxs tərəfindən işləməsinə baxmayaraq, borcunu birdəfəlik ödəməmişdir. Borcundan ödəniş etməsini, Güvən Rehab” reabilitasiya mərkəzində xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər psixoloji vəziyyətinin ağır olması ilə əlaqədar olaraq 6 (altı) aylıq psixoloji korreksiya proqramı keçməsini məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq, hesab edir ki, hazırda onun barəsində cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutmayan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-757/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-757/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver