Məhkəmə qərarları › İş №3(036)-758/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-758/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-758/2024 25.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, Təhlükəsizlik Bölməsinin xidmət üzrə baş inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, İmişli şəhəri, H.Əliyev prospekti, dalan 3, ev 8-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 25 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24 oktyabr 2024-cü il tarixdə polis əməkdaşının İmişli şəhəri, N.Savalanov küçəsində xidməti avtomobillə xidmətdə olarkən, “Kia Otpima” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun hərəkət hissəsində saxlayaraq, avtomobildən düşüb xidməti avtomobilə yaxınlaşaraq polis əməkdaşının ünvanına uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Təhlükəsizlik Bölməsinin xidmət üzrə baş inspektoru, polis leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşı İmişli şəhəri, N.Savalanov küçəsində xidməti avtomobillə xidmətdə olarkən, “Kia Otpima” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun hərəkət hissəsində saxlayaraq, avtomobildən düşüb xidməti avtomobilə yaxınlaşaraq polis əməkdaşının söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bundan başqa Şəxs idarə etdiyi avtomobillə İmişli rayon polis şöbəsinin inzibati binasının qarşısına gəlmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymayaraq tabe olmamışdır. Həmin şəxs Şəxs olmuşdur. Şəxs İmişli rayon polis şöbəsinin inzibati binasına dəvət olunsa da o, gəlməkdən imtina etmişdir. Şəxs İmişli rayon polis şöbəsinin əməkdaşlarının vasitəsi ilə polis şöbəsinin inzibati binasına gətirilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, sərxoş vəziyyətdə 24 oktyabr 2024-cü il tarixdə polis əməkdaşının İmişli şəhəri, N.Savalanov küçəsində xidməti avtomobillə xidmətdə olarkən, “Kia Otpima” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun hərəkət hissəsində saxlayaraq, avtomobildən düşüb xidməti avtomobilə yaxınlaşaraq polis əməkdaşının ünvanına uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Əməlindən peşmandır və bir daha belə səhvlərə yol verməyəcəkdir. Barəsində qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, 24 oktyabr 2024-cü il tarixdə İmişli şəhəri, N.Savalanov küçəsində xidməti avtomobillə xidmətdə olarkən aptekdən dərman almaq məqsədi ilə avtomobili yolun kənarına vermiş və piyada keçərkən “Kia Otpima” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun hərəkət hissəsində saxlayaraq, ona yol vermiş və sonra avtomobildən düşüb xidməti avtomobilə yaxınlaşaraq onun ünvanına uca səslə nalayiq ifadələr işlətmiş, o, isə həmin şəxsi nizam-intizama dəvət edib, hərəkətlərinə son qoymasını tələb etmişdir. Şəxs həddindən artıq sərxoş vəziyyətdə olduğundan onunla əlbəyaxa olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə rayon ərazisində baş vermiş hadisə ilə bağlı Rayon Mərkəzi Xəstəxanasında xidmətə cəlb edilmişdir. Xidmətdə olarkən rəhbərlikdən icazə alaraq geri qayıdarkən İmişli şəhəri, N.Savalanov küçəsində dava olmasını görmüşdür. İdarə etdiyi avtomobili saxlayıb həmin yerə yaxınlaşmışdır. Orada o, polis şöbəsinin əməkdaşı Qürbət Fərzəliyevin ünvanına və digər polis əməkdaşlarının ünvanına nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Həmin vaxtı Qürbət Fərzəliyevi avtomobilinə mindirmiş və yola salmışdır. Bundan sonra o, öz xidməti yerinə qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, inzibati xəta törətmiş şəxs Şəxsdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 25 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 oktyabr 2024-cü il tarixdə polis əməkdaşının İmişli şəhəri, N.Savalanov küçəsində xidməti avtomobillə xidmətdə olarkən, “Kia Otpima” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun hərəkət hissəsində saxlayaraq, avtomobildən düşüb xidməti avtomobilə yaxınlaşaraq polis əməkdaşının ünvanına ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 24 oktyabr 2024-cü il tarixli 240 nömrəli tibbi müayinə protokolundan görünür ki, müayinə nəticəsində Şəxs alkoqolun miqdarı 0,570 faiz olmuşdur; İnzibati tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saaat 19:30-da tutulmuşdur; İş materiallarına əlavə edilmiş Qürbət Fərzəliyev tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 24 oktyabr 2024-cü il tarixdə İmişli şəhəri, N.Savalanov küçəsində xidməti avtomobillə xidmətdə olarkən, “Kia Otpima” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun hərəkət hissəsində saxlayaraq, avtomobildən düşüb xidməti avtomobilə yaxınlaşaraq onun ünvanına uca səslə nalayiq ifadələr işlətdi, o, həmin şəxsi nizam-intizama dəvət edib, hərəkətlərinə son qoymasını tələb etmişdir. Lakin həmin şəxs onun qanuni tələblərimə məhəl qoymadığından tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirildi və şöbədə həmin şəxsin İmişli şəhər sakini Şəxs olduğu müəyyən edildi. Məhkəmə iclasında tədqiq edilmiş İmişli rayon polis şöbəsinin inzibati binasına quraşdırılmış kameranın video görüntülərindən müəyyən edilmişdir, Şəxs “Kia Otpima” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli Rayon Polis Şöbəsinin inzibati binasının avtomobillər üçün nəzərdə tutulmuş giriş darvazasının qarşısında saxlayaraq, yolun hərəkət hissəsini və binaya giriş çıxışı bağlamışdır. Daha sonra avtomobildən aqresiv şəkildə enərək, inzibati binanın qarşısında nümayişkarənə şəkildə ictimai qaydanı pozmuş, qanunsuz olaraq polis əməkdaşlarına müqavimət göstərərək zorla binaya daxil olmağa çalışmışdır. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: ....... 33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. ....... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşı İmişli şəhəri, N.Savalanov küçəsində xidməti avtomobillə xidmətdə olarkən, “Kia Otpima” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun hərəkət hissəsində saxlayaraq, avtomobildən düşüb xidməti avtomobilə yaxınlaşaraq polis əməkdaşının söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bundan başqa. Şəxs “Kia Otpima” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli Rayon Polis Şöbəsinin inzibati binasının avtomobillər üçün nəzərdə tutulmuş giriş darvazasının qarşısında saxlayaraq, yolun hərəkət hissəsini və binaya giriş çıxışı bağlamışdır. Daha sonra avtomobildən aqresiv şəkildə enərək, inzibati binanın qarşısında nümayişkarənə şəkildə ictimai qaydanı pozmuş, qanunsuz olaraq polis əməkdaşlarına müqavimət göstərərək zorla binaya daxil olmağa çalışmışdır. Bununla da polis əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymayaraq tabe olmamış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Bütün bunlar məhkəmə icasında dindirilmiş şahidlərin ifadələri, məhkəmə iclasında tədqiq edilmiş İmişli rayon polis şöbəsinin inzibati binasına quraşdırılmış kameranın video görüntüləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, ağırlaşdıran hal kimi şərxoş olmasını, inzibati məsuliyyəti yüngülləşdirən halın müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 24 oktyabr 2024-cü il tarixdən saat 19:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 24 oktyabr 2024-cü il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar