Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-759/2024 25.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Təhlükəsizlik Bölməsinin xidmət üzrə baş inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Bakı şəhərinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də hüquqşunas vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 25 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə İmişli Rayon Polis Şöbəsinin inzibati binasının giriş qapısına yaxınlaşaraq “siz kimsiniz bizə qarşı belə hərəkətlər edirsiniz“ deyərək İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Təhlükəsizlik Bölməsinin xidmət üzrə baş inspektoru, polis leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs sərxoş vəziyyətdə İmişli Rayon Polis Şöbəsinin inzibati binasının giriş qapısına yaxınlaşaraq “siz kimsiniz bizə qarşı belə hərəkətlər edirsiniz“ deyərək İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Odur ki, göstərilənlərə əsasən o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-ci il tarixdə saat 18:00 radələrində xalası oğlu X3 ilə birlikdə İmişli şəhəridə “Fərda” adlanan aptekin yanında İmişli Rayon Polis Şöbəsinin xidməti avtomobilin sürücüsünə yolu keçməsi üçün lham Həsənov avtomobili saxladı. Sürücü yolu keçən zaman aqressiv şəkildə İlhama baxdığını görmüşdür. Sonradan aralarında mübahisə yarandı və həmin şəxs yəni sürücü İlham Həsənovu yumuruqla vurdu və o, yerə yıxıldı. Ona qarşı deyilənlərin əlli faizi yalandır. Himayəmdə bir azyaşlı övladı var. O, heç vaxt polis əməkdaşlarına qarşı müqavimət və nalayiq söyüşlər söyməmişdir. O, əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, xx.xx.2024-ci il tarixdə saat 18:30 radələrində İmişli RPŞ-nin 1 nömrəli qapı postunda xidmətdə olmuşdur. Həmin vaxt “KİA Optima” markalı **-MU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomabili idarə edən X3 idarə etdiyi avtomabili RPŞ-nin giriş qapısında hərəkətə mane olan yerdə saxlayaraq avtomobildən düşərək uca səslə polisin ünvanına nəlaiq ifadələr işlətməyə başladı. Onlar dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək onu nizam intizama dəvət etmiş və həmin şəxsi N/H-yə təhvil verdikdən sonra İlhamla birlikdə gələn sonradan adını bildikləri Baki şəhəri, ünvan 2 ünvanda yaşayan Şəxs giriş qapısına yaxınlaşaraq “siz kimsiniz bizə qarşı belə edirsniz” deyərək polisin ünvanına nəlaiq ifadələr işlədərək ictimai qaydanı pozmuş onlara qarşı müqavimət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X6 şahid X7 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 25 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə İmişli Rayon Polis Şöbəsinin inzibati binasının giriş qapısına yaxınlaşaraq “siz kimsiniz bizə qarşı belə hərəkətlər edirsiniz“ deyərək İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur; İş materiallarına əlavə edilmiş Habil Nəsirzadə tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-ci il tarixdə saat təxminən 18:30 radələrində İmişli RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X8 ilə birlikdə RPŞ-nin bir nömrəli postunda xidmətdə olan zaman “KİA Optima” markalı **-MU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomabili idarə edən X3 idarə etdiyi avtomabili RPŞ-nin giriş qapısında hərəkətə mane olan yerdə saxlayaraq avtomabildən düşərək uca səslə polisin ünvanına nəlaiq ifadələr işlətməyə başladı. Onlar dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək onu nizam intizama dəvət etdik və həmin şəxsi N/H-yə təhvil verdikdən sonra İlhamla birlikdə gələn sonradan adını bildikləri Baki şəhəri, ünvan 2 ünvanda yaşayan Şəxs giriş qapısına yaxınlaşaraq “siz kimsiniz bizə qarşı belə edirsniz” deyərək polisin ünvanına nəlaiq ifadələr işlədərək ictimai qaydanı pozduğu üçün bizdə həmin şəxsi RPŞ-nə gətirərək Növbətçi hissəyə təhvil verildi; İşdə olan İnzibati qaydada tutma haqqında AZA seriyalı 023208 nömrəli xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da tutulmuşdur; sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 25 oktyabr 2024-cü il tarixli 239 nömrəli tibbi müayinə protokolundan görünür ki, müayinə nəticəsində Şəxs alkoqolun miqdarı 0,154 faiz olmuşdur; Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə İmişli Rayon Polis Şöbəsinin inzibati binasının giriş qapısına yaxınlaşaraq “siz kimsiniz bizə qarşı belə hərəkətlər edirsiniz“ deyərək İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına ucadan nalayiq söyüşlər söymüşdür. Bundan sonra o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Bütün bunlar məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1), 2-ci qrup əlil olmasını, ağırlaşdıran halın müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 30.2, 31.4-1-ci və 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-759/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-759/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver