Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-759/2025 08.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun, Məhkəmə iclas katibi X1, X2 Xİİ tağım baş Yol Patrul Xidməti İnspektoru polis mayorunun 29 mart 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və buraxılmış müddətin bərpası barədə ərizəyə İmişli rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 29 mart 2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, onun barəsində xx.xx.2025-ci il tarixdə İXP ******* №li elektron protokol əsasında, xx.xx.2025-ci il tarixli, TP7142812 nömrəli elektron cərimə qərarı tərtib edilib və o, Azərbaycan Respublikasının İXM-nin 327.4-ci maddəsi ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsinin tam olaraq əks istiqmətli nəqliyyat axınının hərəkət zolağına keçirərərək nəqliyyat axınına əks istiqmətdə hərəkət etmə maddəsi ilə təqsirli bilinərək, 150 manat və 4 cərimə balı cəzası növündə tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, ilk növbədə onu qeyd edim ki, baş vermiş hadisənin şəkil və videogörüntüsü barədə heç bir məlumat təqdim edilməmişdir. Eyni zamanda, elektron protokolda baş vermiş hadisə Hacıqabul Horadiz yolunun 18-ci km-liyi olaraq qeyd edilmişdir. Elektron protokolda göstərilən həmin ünvan Sabirabad YPX postunun yerləşdiyi ünvandır. Göründüyü kimi baş vermiş hadisənin ünvanı barədə də heç bir məlumat təqdim edilməmişdir. Həmçinin həmin ünvanda (Hacıqabul Horadiz yolunun 18-ci km-liyi) 1.3 və 1.11 üfüqi nişanlama xətləri mövcud deyil. Qeyd edilmiş Hacıqabul Horadiz yolunun müvafiq olaraq bəzi yerlərində 1.1 üfüqi nişanlama xətləri mövcuddur, hansı ki həmin üfüqi nişanlama xətlərinin tələbləri mən tərəfindən pozulmamışdır. Həmin 1.1 üfüqi nişanlama xətlərinin tələblərinin pozulması isə İXM-nin 327.2-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə) 100 manat və 2 cərimə balı cəzası növündə tənbeh tədbiri nəzərdə tutulur. Onun barəsində protokol tərtib edilərkən tam qərəzli şəkildə yanaşılmış və müvafiq qanunun normaları pozulmaqla cərimə cəzası təyin edilmişdir. Ona görə də, onun barəsində xx.xx.2025-ci il tarixdə İXP ******* №li elektron protokol əsasında, xx.xx.2025-ci il tarixli, TP7142812 nömrəli elektron cərimə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayət müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə vəsatətində göstərmişdir ki, Xİİ tağım baş Yol Patrul Xidməti İnspektoru polis mayorunun 29 mart 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə cərimə edilmişdir. Tərtib olunmuş protokol və qərar ona gec verilmişdir. Qərar ona vaxtında verilmədiyi üçün o, şikayət vermə müddətinin üzürlü olaraq ötürməmişdir. Məhkəməyə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında 29 mart 2025-ci il tarixli TP ******* saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə məhkəmə hesab edir ki, Xİİ tağım baş Yol Patrul Xidməti İnspektoru polis mayorunun 29 mart 2025-ci il tarixli TP ******* saylı qərardan şikayət üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamalı, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, şikayət müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Həmçinin, şikayət müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir. ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Xİİ tağım Baş Yol Patrul Xidməti İnspektoru polis mayorunun 29 mart 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin və şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-759/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-759/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver