Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-784/2023 17.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, xx.xx.1951-ci ildə anadan olmuş, AR vətəndaşı, evli, İmişli rayonu Qaralar kəndində yaşayan Şəxs barəsində AR İXM-nin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında bахараг MÜƏYYƏNETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, idarə etmək hüququ olmadan «VAZ 21074» markalı ** XC *** dövlət nömrə nişanlı avtomaşını idarə edərək xx.xx.2023-cü il tarixdə, saat 21-00 radələrində İmişli rayonu Cavadxanlı kəndi ərazisindən keçən yolda əks istiqamətli hərəkət zolağı ilə hərəkətdə olarkən İmişli-Saatlı avtomobil yolu ilə İmişli rayonu Bəcrəvan kəndi istiqamətində hərəkət edərək sola dönüb Cavadxanlı kəndi istiqamətində gedən X1 idarə etdiyi “Nissan Sunny” markalı ** CO *** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq maddi zərərlə nəticələnən YNH törətmişdir. Şəxs göstərmişdir ki, idarə etmək hüququ olmadan «VAZ 21074» markalı ** XC *** dövlət nömrə nişanlı avtomaşını idarə edərək xx.xx.2023-cü il tarixdə, saat 21-00 radələrində İmişli rayonu Cavadxanlı kəndi ərazisindən keçən yolda əks istiqamətli hərəkət zolağı ilə hərəkətdə olarkən İmişli-Saatlı avtomobil yolu ilə İmişli rayonu Bəcrəvan kəndi istiqamətində hərəkət edən “Nissan Sunny” markalı ** CO *** dövlət nömrə nişanlı avtomaşın qəfildən sola dönüb Cavadxanlı kəndi istiqamətində gələrək onun idarə etdiyi avtomobillə toqquşmuşçdur. YNH nəticəsində hər iki avtomobil zədələnmiş, “Nissan Sunny” markalı ** CO *** dövlət nömrə nişanlı avtomaşında olan şəxslər xəsarət almışdır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4–cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs şəxsiyyətini nəzərə alıb barəsində AR İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs AR İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 ( dörd yüz) manat cərimə edilsin. Qərardan 10(on) gün müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-784/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-784/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver