Məhkəmə qərarları › İş №3(036)-792/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-792/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-792/2025 27.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “X16” MMC-də işləyən, İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi, ev 02, mənzil 25-də qeydiyyatda olmaqla yaşayan X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, X1 xeyrinə 18000 manat pul, vəkil xidmətinə görə 300 manat və 145 manat dövlət rüsumunu ödəməsi barədə İmişli Rayon Məhkəməsinin 2(036)-1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X12 izahat verərək göstərdi ki, borclu X2 Rayon Məhkəməsinin 2(036)-1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, borcunun ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Lakin, borclu maddi vəziyyəti aşağı olduğundan icra sənədinin icrasını tam təmin edə bilmədiyini bildirmişdir. Odur ki, borclu X9 barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, X6 barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclunun mülkiyyətində iki ədəd avtomobil var. Həmin avtomobillər üzərinə həbs qoyulsa da, sonradan həbs icra məmuru tərəfindən verilmiş təqdimat əsasında götürülmüşdür. Lakin, tələbkarın şikayətlərindən sonra yenidən avtomobil üzərinə həbs qoyulmuşdur. Tələlbkar avtomobilləri etibarnamə əsasında satdığını bildirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, X1 xeyrinə 18000 manat pul, vəkil xidmətinə görə 300 manat və 145 manat dövlət rüsumunu ödəməsi barədə İmişli Rayon Məhkəməsinin 2(036)-1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. İcra sənədi üzrə olan borcunu ödəməkdən imtina etməmiş və tərəfindən müəyyən məbləğdə ödəniş edilmişdir. Lakin maddi imkanı zəif olduğundan borcunu tam olaraq bağlaya bilməmişdir. Həmçinin tərəfindən borcundan 5000 manat məbləğində ödəniş etmək istəmiş lakin tələbkar onunla razılaşmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli Rayon Məhkəməsinin 2(036)-1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X5 18000 manat pul, vəkil xidmətinə görə 300 manat və 145 manat dövlət rüsumunun tutularaq X4 verilməsi qət edilmişdir; “Elektron İcra” informasiya sistemindən çıxarışdan görünür ki, X9 “X16” MMC-də sosial işçi vəzifəsindən işləyir, aylıq əmək haqqı 345 manat təşkil edir. “Azemis” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, **-GL-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser Prado” markalı və **-BL-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 minik markalı avtomobillər X6 mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi icra olunması üçün İmişli Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir; xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X6 barəsində axtarış elan edilmişdir; İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X6 mülkiyyətində olan “Toyoto Land-Crıuser Prado” minik markalı **-GL-*** və “Vaz- 2106” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin axtarışı elan edilmiş və saxlanılaraq müvafiq duracağa yerləşdirilməsi qərara alınmışdır; İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X6 mülkiyyətində olan “Toyoto Land-Crıuser Prado” minik markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur; İmişli Rayon Məhkəməsinin 8(036)-156/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimat təmin edilməmişdir; İmişli Rayon Məhkəməsinin 8(036)-156/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Ağasiyev tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir; Şirvan Apellyasiya Məhkəməsinin 8(106)-9/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İmişli Rayon Məhkəməsinin 8(036)-156/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramil Ağasiyev tərəfindən verilmiş şikayət təmin edilməmiş və İmişli Rayon Məhkəməsinin 8(036)-156/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır; İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X6 mülkiyyətində olan “Toyoto Land-Crıuser Prado” minik markalı **-GL-*** və “Vaz-2106” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin axtarılması haqqında xx.xx.2024-cü il tarixli qərarın icrası dayandırılmışdır; İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X6 mülkiyyətində olan “Toyoto Land-Crıuser Prado” minik markalı **-GL-*** və “Vaz-2106” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur; İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X6 mülkiyyətində olan “Toyoto Land-Crıuser Prado” minik markalı **-GL-*** və “Vaz-2106” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin axtarışı elan edilmiş və saxlanılaraq müvafiq duracağa yerləşdirilsin; İmişli Rayon Məhkəməsinin 8(036)-30/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, X6 mülkiyyətində olan “Toyoto Land-Crıuser Prado” minik markalı **-GL-*** və “Vaz-2106” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X9 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclunun isə icra sənədi üzrə olan borcunu ödəməkdən yayınması hazırki iş üzrə istisna olunur. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1019/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin qərar tələbin könüllü icrası barədə bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. X6 mülkiyyətində olan “Toyoto Land-Crıuser Prado” minik markalı **-GL-*** və “Vaz-2106” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olması və “X16” MMC-də işləyərək 345.0 manat əmək haqqı alması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, icra tədbirləri çərçivəsində borc borclunun əmək haqqına yönəldilməli, o kifayət etmədikdə isə onun mülkiyyətindən olan X6 mülkiyyətində olan “Toyoto Land-Crıuser Prado” minik markalı **-GL-*** və “Vaz-2106” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillər hərrac vasitəsi ilə satışa çıxarılaraq, əldə edilmiş vəsait borcun ödənilməsi yönəldilməlidir. Məhkəmə araşdırması zamanı həmçinin borclu tərəfindən borcunun bir hissəsi kimi 5000 manat məbləğində pul vəsaitinin tələbkara ödəmək istədiyi, lakin tələbkarın bundan imtina etməsinin müəyyən edilməsi borclunun borcunu qərəzli şəkildə ödəməməsi halını istisna etməklə, icra məmuru tərəfindən borcun ödənilməsinin təmin edilməsi üçün efektiv tədbirlər görülməməsini göstərir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu X6 mülkiyyətində olan “Toyoto Land-Crıuser Prado” minik markalı **-GL-*** və “Vaz-2106” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olması və “X16” MMC-də işləyərək 345.0 manat əmək haqqı alması və borcunun bir hissəsini ödəmək istədiyi halda buna şərait yaradılmaması icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğunu istisna etdiyindən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 15, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar