Məhkəmə qərarları › İş №3(036)-794/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-794/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-794/2024 29.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, X1 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment ödəməsi barədə Şəki Rayon Məhkəməsinin e-2(075)- 994/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş və cəmi 1919 (bir min doqquz yüz on doqquz) manat aliment borcu yaranmışdır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, borclu Şəxs Şəki Rayon Məhkəməsinin e-2(075)-994/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, aliment borcunun ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Lakin, borclu maddi vəziyyəti aşağı olduğundan icra sənədinin icrasını tam təmin edə bilmədiyini bildirmişdir. Odur ki, borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir və hal-hazırda borclu aliment borcundan ödəniş etmişdir. Hazırda 1919 (bir min doqquz yüz on doqquz) manat qalıq aliment borcu qalmışdır. Beləliklə, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, X1 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment ödəməsi barədə Şəki Rayon Məhkəməsinin e-2(075)- 994/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. İcra sənədi üzrə olan borcunu ödəməkdən imtina etməmiş və tərəfindən müəyyən məbləğdə ödəniş edilmişdir. Lakin maddi imkanı zəif olduğundan borcunu tam olaraq bağlaya bilməmişdir. Həmçinin tərəfindən bu gün borcundan 200 manat məbləğində ödəniş edilmiş və qalan hissəsi də yaxın günlərə ödəniləcəkdir. Odur ki, o, qeyd olunanların nəzərə alınaraq barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəki Rayon Məhkəməsinin e-2(075)-994/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər ay sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat aliment tutularaq X4 verilmiş və alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir; xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)- 994/2023 saylı, xx.xx.2023 saylı icra sənədi icra olunması üçün İmişli Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir; xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)- 994/2023 saylı, xx.xx.2023 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində məcburi gətirilmə qərarı qəbul edilmişdir; X1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Şəki Rayon Məhkəməsinin e- 2(075)-994/2023 saylı, xx.xx.2023 saylı icra sənədinə əsasən borclu Şəxs tərəfindən hər ay ona 193 (bir yüz doxsan üç) manat aliment ödənilməlidir. Həmin aliment pulunun onun pensiyasına və yaxud digər gəlirlərinə yönəldilməsinə xahiş etmişdir; İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs barəsində axtarış elan edilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən X3 AZ46NABZ**********000001594 nömrəli hesabına 108 (bir yüz səkkiz) manat pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən X3 AZ46NABZ**********000001594 nömrəli hesabına 154 (bir yüz əlli dörd) manat pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən X3 AZ46NABZ**********000001594 nömrəli hesabına 154 (bir yüz əlli dörd) manat pul ödənilmişdir; xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən X3 AZ46NABZ**********000001594 nömrəli hesabına 154 (bir yüz əlli dörd) manat pul ödənilmişdir; xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən X3 AZ46NABZ**********000001594 nömrəli hesabına 154 (bir yüz əlli dörd) manat pul ödənilmişdir; xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən X3 AZ46NABZ**********000001594 nömrəli hesabına 154 (bir yüz əlli dörd) manat pul ödənilmişdir; xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən X3 AZ46NABZ**********000001594 nömrəli hesabına 154 (bir yüz əlli dörd) manat pul ödənilmişdir; xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən X3 AZ46NABZ**********000001594 nömrəli hesabına 108 (bir yüz səkkiz) manat pul ödənilmişdir; xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən X3 AZ46NABZ**********000001594 nömrəli hesabına 154 (bir yüz əlli dörd) manat pul ödənilmişdir; xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Şəxs tərəfindən X3 AZ46NABZ**********000001594 nömrəli hesabına 154 (bir yüz əlli dörd) manat pul ödənilmişdir; İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borclu Şəxs 2-ci qrup əlildir və 220 manat məbləğində sosial müavinət alır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclunun isə icra sənədi üzrə olan borcunu ödəməkdən yayınması hazırki iş üzrə istisna olunur. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin e- 2(075)-994/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlama haqqında qərar 02 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş və həmin qərar tələbin könüllü icrası barədə bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Şəxs tərəfindən icra sənədi üzrə olan borcundan X3 xeyrinə borcundan 200 (iki yüz) manat məbləğində ödəniş edilmiş və qalan hissəsi də yaxın günlərə ödəniləcəkdir. Həmçinin, məhkəmə iclasında borclu Şəxs 2-ci qrup əlil olması və 220 manat məbləğində sosial müavinət alması müəyyən edilmişdir. Borc tutulmasına üçün onun təqaüdünə yönəldilmişdir. Hər ay 154 manat məbləğində pul borc tələbinə tutulur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi qismən təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 15, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar