Məhkəmə qərarları › İş №3(036)-794/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-794/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-794/2025 05.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi Mərkəzi Məlumat Xidmətinin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 28126684 nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 məhkəməyə şikayətlə müraciət edərək, xx.xx.2025-ci il tarixli EQ 28126684 nömrəli qərarın ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 20:55 radələrində idarə etdiyi “Man TGX 18.440 Yük” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisi ilə Bakı istiqmətində hərəkətdə olarkən AR DİN BDYPİ Mərkəzi Məlumat Xidməti tərəfindən guya İriqabaritli və 3 ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametirlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi əsas gətrilərək İXM-nin 353.2-ci maddəsinə əsasən 600 manat cərimə olunmağı barədə elektron qərar qəbul olunmuşdur. O həmin qərarla razı deyil, çünki o Azərbaycan Respublikası İXM-nin həmin maddəsinin tələbini pozmamışdır. Hərəkət halında çəki ölçmə sistemi (Kistler) düzgün işləmədiyi üçün avtomobilinə yığılan yükün çəkisini artıq göstərmişdir. Belə ki, qarşı tərəfin tərəzsinin göstərcisinə görə güya onun avtomobilində yükün çəkisi 42960 kq olmuşdur. O, bununla razılaşmır, çünki onun idarə etdiyi maşınına icazə verilən yük limiti 40000 KQ-dır və həmin tarixdə idarə etdiyi avtomobilə yığılan yük tərəzidə çəkilib və yükün çəkisinin 39980 kq olması barədə ona tərəzi qəbzi verilmişdir. Ona görədə hesab edirəm barəsində tərtib olunan qərar qanunsuzdur. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi Mərkəzi Məlumat Xidməti tərəfindən X2 barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə EQ 28126684 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, həmin tarixdə, saat 01:55 radələrində “MAN TGA 18.440 yük” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iribaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə cərimə edilmişdir. İnzibati xəta Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə aşkar edilmişdir. Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqmətində olan M-2 nömrəli stansiyada olan hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi çəkilmiş şəkillərdən görünür ki, icazə verilən maksimal iribaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki 40000 kq olmasına baxmayaraq, xx.xx.2025-ci il tarixdə saat 20:55 radələrində “MAN TGA 18.440 yük” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi 42960 kq olmuşdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeleyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında R№038662 və R№ 038663 nömrəli şəhadətnamələrdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanında Azərbaycan Respublikası Metrologiya X6 Şəxs tərəfindən Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin sazlığı xx.xx.2024-cü il tarixdə yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Növbəti yoxlama tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfidnən verilmiş CH.T.28.069.Ü.№004758 nömrəli xx.xx.2024-cü il tarixli standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatdan görünür ki, sınaqların müsbət nəticələri əsasında Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi tipi təsdiq edilmiş, dövlət reyestrində 6520-2024 nömrə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikasında tətbiq edilməsinə icazə verilmişdir. Üzərində “Tərəzi qəbzi” yazılan printer vasitəsilə çap edilən qeydlərdən görünür ki, **-SJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə saat 02:42-də olan çəkim zamanı yüklə birlikdə çəkisi 39980 kq olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tabeleyində olan Azərbaycan Metrologiya İnstitutu Aran Regional Ərazi İdaərsinin möhürü təsdiq edilmiş ÖVY147619 nömrəli yoxlama haqqında şəhadətnamədən görünür ki, X4 məxsus A-30 tipli avtomobil tərəzisi xx.xx.2024-cü il tarixdə yoxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Mübahisələndirlən «inzibati tənbeh vermə haqqında» qərarda göstərilən tələblərə riayət edilmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, “MAN TGA 18.440 yük” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iribaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı işin tam, hər tərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə verilmiş müvafiq sorğuların icrası ilə əlaqədar təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, «inzibati tənbeh vermə haqqında» qərar qanunvericliyin tələblərinə əsasən qəbul edilmişdir. Belə ki, inzibati xətanı aşkarlayan Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları olmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmuşdur. Məhkəmənin sorğusuna cavab Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeleyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında R№024988 nömrəli şəhadətnamədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanında Azərbaycan Respublikası Metrologiya X6 Şəxs tərəfindən Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin sazlığı xx.xx.2025-ci il tarixdə yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfidnən verilmiş CH.T.28.069.Ü.№004758 nömrəli xx.xx.2029-cu il tarixli standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatdan görünür ki, sınaqların müsbət nəticələri əsasında Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi tipi təsdiq edilmiş, dövlət reyestrində 6520-2024 nömrə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikasında tətbiq edilməsinə icazə verilmişdir. Bunun əksini təsdiq heç bir sübut şikayətçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə printer vasitəsilə çap edilən qeydlərə təndiqi yanaşaraq hesab edir ki, həmin qeydlər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Göründüyü kimi, həmin qeydlər müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslər tərəfindən təsdiq edilməmi, müvafiq vəzifəli şəxsin imzası və müəssisənin möhürü ilə təsdiq edilməmişdir. Eyni zamanda, şikayətçi tərəfindən həmin qeydinn müvafiq müəssisələrə məxsus olan tərəzinin qeydi olması bildirilmiş və bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu Aran Regional Ərazi İdaərsinin möhürü təsdiq edilmiş ÖVY147619 nömrəli yoxlama haqqında şəhadətnaməni məhkəməyə təqdim etmişdir. Lakin, həmin qeydin məhz həmin tərəziyə məxsus olması sübut olunmur. Eyni zamanda, şikayətçi tərəfindən həmin qeydlərin müvafiq müəssisələrə məxsus olan tərəzilərin qeydləri olması bildirilsə də, həmin tərəzilərin müvafiq şəhadətnamə və serfikatları məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, həmin qeydlərdə tərəzilər tərəfindən ölçmənin göstəriciləri əks olunsa belə, həmin göstəricilər inzibati xətanın baş verdiyi tarixdə və vaxtda yəni, xx.xx.2025-ci il tarixdə saat 20:55 radələrində olan çəkini deyil, digər saatlar da olan çəki əks etdirir. Bütün bunlara görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi mərkəzi Məlumat xidmətinin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 28126684 nömrəli qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, səlahiyyətli orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar