Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-795/2024 03.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X7 25 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X21 məhkəməyə müraciət edərək, onun 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmağı haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X7 rəisi Şahin Əzizovun 25 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X18 Xidməti X7 25 oktyabr 2024-cü il tarixli MN0020695 nömrəli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə tətbiq edilmişdir. Cərimənin tətbiq edilmə səbəbi İmişli şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu X11 öhdəliyində 3 (üç) yaşınadək uşağın olmasına baxmayaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə zidd olaraq onunla bağlanmış əmək müqaviləsinə həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsidir. Məktəbin sabiq psixoloqu X11 1 yaşlı övladı vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 127-ci maddəsinən əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Bundan başqa, Əsmər Əhmədli dəfələrlə əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq işə gec və ya heç gəlməmişdir. Ona dəfələrlə Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən şifahi xəbərdarlıq edilsə də o, müxtəlif bəhanələr irəli sürərək işə gəlməmə və ya geçikmə səbəbinə dair heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Həmin şəxs yenə eyni xətanı edərək əmək funksiyasında göstərilən işçinin üzərinə düşən məsuliyyitəni dərk etməmiş və vəzifə borcunu yerinə yetirməkdə nöqsanlara yol vermişdir. Əsmər Əhmədli xx.xx.2024-cü il tarixdə işə gəlsə də heç kimə bu barədə məlumat vermədən müəssisəni 08:50-də icazəsiz tərk etmişdir. xx.xx.2024-cü il tarixdə getməsinin səbəbi barədə izahat alınmış, izahatda övladının xəstə olduğunu bildirərək icazəsiz müəssisəni tərk etməsini etiraf etmişdir. Bununla bağlı xx.xx.2024-cı il tarixində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin "xxxx" bəndinə əsasən ona töhmət elan olunmuşdur. İntizam tənbehinin tətbiq olunmasının məqsədi əmək müqaviləsi üzrə öhdəliklərinə daha məsuliyyətli yanaşması və vəzifə öhdəliklərinin ciddiyyətini dərk etməsi olmuşdur. X34 tərəfindən heç vaxt Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadəyə dair müəssisəyə müraciət olunmamışdır. Sözügedən şəxs xx.xx.2024-cü il tarixində verilmiş intizam tənbehindən nəticə çıxarmamış və xx.xx.2024-cü il tarixində işə gəlməmişdir. Qeyd olunanlar nəzərə alınaraq xx.xx.2024-cü il tarixdə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən şiddətli töhmət elan olunmuşdur. Əlavə olaraq xx.xx.2024-cü il tarixində işə əmək müqaviləsi üzrə 08:00-da gəlməli olduğu halda, 08:30-da gəlmiş və əməli ilə bağlı izahat verməkdən imtina etmişdir. Əsmər Əhmədlinin bu əməlləri ilə məktəbin kollektivinə mənfi nümunə olmuş, ona eyni və ya bənzər əməlləri üzrə elan olunmuş xəbərdarlıq və intizam tənbehlərindən nəticə çıxarmayaraq bu halların təkrarlanmasına yol vermişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Əsmər Əhmədli Azərbaycan Respublikasının Əmək məcəlləsinin 79-cu maddəsində göstərilən hallardan sui-istifadə edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və bu halların təkrarlanmasına yol vermişdir. Qeyd olunanlar nəzərə alınaraq, xx.xx.2024-cü il tarixdə müəssisənin Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmaqla Əsmər Əhmədlinin əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Əsmər Əhmədlinin iştirakı ilə iclas keçirilmiş və onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin 23 sentyabr 2024-cü il tarixli 54 nömrəli əmrinə əsasən məktəbin psixoloqu X11 əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əlavə olaraq nəzərə çatdırmaq istəyir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş işçilərin əmək müqavilələrinə həmin məcəllənin 70-ci maddəsi ilə xitam verilməsi üzrə Azərbaycan Respublikasının Ali Məkəməsində 2(102)- 929/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli Qərara əsasən (56-cı və 57-ci bənd) - ilkin olaraq qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təsfiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və işçinin hüquqdan sui istifadəsinə şərait yaratmış olur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-37/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarının 27-30-cu bəndlərinə əsasən (27-ci bənd) Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada təsbit olunan mtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan oarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və .əzifələrin icrası zamanı yaransın. (28ci bənd) İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. (29-cu bənd) Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə dəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. (30cu bənd) Məhkəmə kollegiyası qəbul edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyil ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui- istifadə etməsinə şərait yaratmamalıdır. Qeyd olunanlara baxmayaraq X18 Xidmətinin X17 tərəfindən məsələnin təfərüatları, işəgötürənin hüquqları nəzərə alınmamaqla əmək qanunvericiliyinin tələblərinin pozulması faktı ilə əlaqədar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Bu səbəbdən də hesab edir ki, barəsində olan inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X21 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati iş üzrə icraata xitam verilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X12 25 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin 23 sentyabr 2024-cü il tarixli 54 nömrəli əmrinə əsasən məktəbin psixoloqu X11 əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Halbuki, X11 1 yaşlı övladı vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bununla da X21 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (bir min beş) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X21 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X7 rəisi Şahin Əzizov tərəfindən 25 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X21 tərəfindən İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu X11 əmək müqaviləsinə 23 sentyabr 2024-cü il tarixdə əmək qanunvericiliyinin tələbi pozularaq xitam verilməsi əsas gətirilərək X10 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməldir. Əsmər Süleymanovanın xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə işə gecikdiyi üçün onu üzürlü hesab edilməsini xahiş etmişdir. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin xx.xx.2021-ci il tarixli 04 nömrəli əmrindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə işə gecikdiyi üçün Əmək Mcəlləsinin 186.3-cü maddəsinə uyğun olaraq onlara xəbərdarlıq elan edilmişdir. Əsmər Süleymanovanın xx.xx.2023-cü il tarixli izahatından görünür ki, xx.xx.2023-cü il tarixdən 29 may 2023-cü il tarixlərində xəstə olduğu üçün işə çıxa bilməmişdir. Lakin ona bu günlərin xəstəlik tarixçəsi açılmamış yalnız xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərdə xəstəlik tarixçəsi onun üçün açılıb. Xahiş edir onun xəstə olmağını və gələcəkdə ana olmağını nəzərə alaraq üzürlü hesab edəsiniz. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli 34 nömrəli əmrindən görünür ki, X5 xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində xəstə olduğu üçün üzürsüz səbəbdən işə çıxmadığı günlərin əmək haqqısı tutulsun və gələcəkdə ana olmasını nəzərə alaraq ƏM-nin 186.3-cü hissəsi ilə ciddi xəbərdarlıq elan edilsin. Əsmər Əhmədlinin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə işə gəlmişdir. Uşaq xəstə olduğu üçün 08:50-də icazəsiz işdən getdiyi üçün onu üzürlü hesab edilməsini xahiş etmişdir. İntizam tənbehinin tətbiq edilməsi barədə xx.xx.2024-cü il tarixli 52 nömrəli əmrdən qərar alınmışdır ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu X22 xx.xx.2024-cü il tarixdə saat 08:50 dəqiqədə üzürsüz səbəbdən işdən getmişdir. Qeyd olunanlar nəzərə alınaraq əmr edirəm: 1. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu X26ma Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən töhmət elan olunsun. 2. X3 iştirakı ilə ucadan oxunmaqla əməkdaşların diqqətinə çatdırılsın. Əmrlə tanış edilmə barədə xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, İmişli şəhər N,Gəncəvi adına 2 nömrəli tam orta məktəbin direktoru X21, təlim-tərbiyə işləri üzrə direktor müavini X6, Həmkarlar İttifaqı Komitəsinin sədri X8 və məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X13 tərtib etmişlər bu aktı ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə məktəbin psixoloqu X14 elan olunmuş töhmət onun iştirakı ilə direktor tərəfindən ucadan oxundu və Əsmər Əhmədli həmin əmrlə tanış oldu. Aktın doğruluğunu imzaları ilə təsdiq etdilər. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Quliyeva, Həmkarlar İttifaqı Komitəsinin sədri Ceyran İsmayılova və təşkilatçı müavini Aksana Muradova tərtib etmişlər bu aktı ondan ötrü ki, məktəbin psixoloqu X22 xx.xx.2024-cü il tarixdə işdə olmamışdır. Aktın doğruluğunu imzaları ilə təsdiq etdilər. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin direktoru Famil Fərəcov, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Quliyeva, təşkilatçı Aksana Muradova, həmkarların sədri Ceyran İsmayılova və kitabxanaçı Fatma Usubova tərtib etmişlər bu aktı ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə işdə olmaması barədə izahat tələb olunduğu halda izahat yazmaqdan imtina etdi. Aktın doğruluğunu imzaları ilə təsdiq etdilər. İntizam tənbehinin tətbiq edilməsi barədə xx.xx.2024-cü il tarixli 53 nömrəli əmrdən görünür ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu X22 xx.xx.2024-cü il tarixdə işə gəlməmişdir. xx.xx.2024-cü il tarixdə ondan izahat verməsi tələb olunmuş, lakin izahat verməkdən imtina etmişdir. Qeyd olunanlar nəzərə alınaraq əmr edirəm: 1. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu X14 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunsun. 2. X3 iştirakı ilə ucadşn oxunmaqla əməkdaşların diqqətinə çatdırılsın. Əmrlə tanış edilmə barədə xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, İmişli şəhər N,Gəncəvi adına 2 nömrəli tam orta məktəbin direktoru X21, təlim-tərbiyə işləri üzrə direktor müavini X6, Həmkarlar İttifaqı Komitəsinin sədri X8 və məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X13 tərtib etmişlər bu aktı ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə məktəbin psixoloqu X14 elan olunmuş sonuncu xəbərdarlıqla şiddətli töhmət onun iştirakı ilə direktor tərəfindən ucadan oxundu və Əsmər Əhmədli həmin əmrlə tanış oldu. Aktın doğruluğunu imzaları ilə təsdiq etdilər. İzahat verməkdən imtina barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin direktoru X21, təlim-tərbiyə işləri üzrə direktor müavini X6, Həmkarlar İttifaqı Komitəsinin sədri X8 və məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X13 tərtib etmişlər bu aktı ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə məktəbin psixoloqu X22 08:00-da işə gəməli olduğu halda 08:30-da işə gəlmişdir. Bu əməlinə görə X9 izahat verməsi tələb olunsa da o, izahat verməkdən imtina etmişdir. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin direktoru tərəfindən Həmkarlar İttifaqı Komitəsinə ünvanlamış xx.xx.2024-cü il tarixli 02 nömrəli təqdimatdan görünür ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu X22 xx.xx.2024-cü il tarixdə 08:00-da işə gəlsə də, heç kimdən icazə almadan, heç bir rəsmi sənəd təqdim etmədən 08:50-də məktəbin ərazisini tərk edərək əmək müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Qeyd olunanlar nəzərə alınaraq xx.xx.2024-cü il tarixdə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən töhmət elan olunmuşdur. X22 xx.xx.2024-cü il tarixdə işə gəlməmişdir. xx.xx.2024-eü il tarixdə onda işə gəlməməsinin səbəbini soruşduqda o, buna dair hər hansı təsdiqedici sənəd və izahat verməktən imtina etmişdir. Qeyd olunanlar nəzərə alınaraq X14 xx.xx.2024-cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunmuşdur. X22 xx.xx.2024-cü il tarixdə 08:00-da işə gəlməli olduğu halda 08:30-da işə gəlmişdir. Bununla da o, ona bənzər səbəblərdən elan olunmuş intizam tənbeh tədbirlərindən nəticə çıxarmayaraq əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Qeyd olunanlar nəzərə alınaraq X11 əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsi xähış olunmuşdur. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli 01 nömrəli protokolundan görünür ki, qəara alınmşdır ki, məsələ ilə əlaqədar İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri Ceyran İsmayılovanın məlumatı nəzərə alınmışdır. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin direktoru tərəfindən göndərilmiş xx.xx.2024cü il tarixli 02 nömrəli təqdimat təmin edilsin. Təqdimatda göstərilən ciddi nöqsanlar nəzərə alaraq İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu X22 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə razılıq verilsin. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin məktubundan görünür ki, İmişli şəhər N.Gəncəvi bdına 2 nömrəli tam orta məktəbin psixoloqu X11 əmək müqaviləsinə Azərbaycqn Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsi barədə ünvanladığınız müraciət xx.xx.2024-cü il tarixdə qəbul olunmaqla qeydiyyata alınmışdır. Müraciətiniz nəzərə alınaraq xx.xx.2024-cü il tarixdə İmişli, şəhər N.Gəncəvi idına 2 nömrəli tam orta məktəbin Həmkarlar ittifaqı Komitəsində X11 iştirakı ilə iclas keçirilmişdir. İclasda 54 nəfər məktəbin işçisi iştirak etmiş və iştirakçıların səs çoxluğu ilə X11 əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Nəzərə almağınız xahiş olunur. Əmək müqaviləsinə xitam verilməsi barədə İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 54 nömrəli əmrinin müvafiq elektron sistemə əlavə edilmiş surətindən görünür ki, əmr edilmişdir ki, İmişli rayonu üzrə təhsil sektoru İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəb bölməsində "Psixoloq" vəzifəsində işləyən X22 ilə bağlanılmış 6J7AD3L000400 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilsin. İşçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilsin. İşçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilsin. Əmək müqaviləsinin ləğv edilməsi barədə İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 54 nömrəli əmrinin direktor tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş surətindən görünür ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu X22 ona elan olunmuş intizam tənbeh tədbirindən nəticə çıxarmayaraq xx.xx.2024-cü il tarixdə 08:00-da işə gəlməli olduğu halda 08:30-da işə gəlməklə əmək müqaviləsi üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. Qeyd olunanlar nəzərə alınaraq əmr edilmişdir ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu X11 əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilsin. X22 ilə son haqq-hesabın aparılması təmin edilsin. Əmrin surəti Ə.Ş.Əhmədlinin yaşayış ünvanına göndərilsin. xx.xx.2020-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X22 xx.xx.2020-ci il tarixli 129 nömrəli əmrlə ali təhsilli psixoloq İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbə psixoloq vəzifəsinə təyin edilmiş və xx.xx.2024 tarixli 54 nömrəli əmrlə İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloq vəzifəsi üzrə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilmişdir. AZ-İV seriyalı 920455 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 atası X16, anası X22 olmaqla xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.
3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmək müqaviləsinin ləğv edilməsi barədə İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 54 nömrəli əmri ilə İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu X22 ona elan olunmuş intizam tənbeh tədbirindən nəticə çıxarmayaraq xx.xx.2024-cü il tarixdə 08:00-da işə gəlməli olduğu halda 08:30-da işə gəlməklə əmək müqaviləsi üzrə öhdəliklərini kobud surətdə pozduğu üçün İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu X11 əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X7 rəisi Şahin Əzizov tərəfindən 25 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə X21 tərəfindən İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu X11 əmək müqaviləsinə 23 sentyabr 2024-cü il tarixdə əmək qanunvericiliyinin tələbi pozularaq xitam verilməsi əsas gətirilərək X10 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Lakin, X10 tərəfindən əmr qanuni hesab edilərək, hüquqpozmanın aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X7 rəisi Şahin Əzizov tərəfindən 25 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 54 nömrəli əmri verilərkən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri pozulmuşdur. Həmin maddənin tələblərinə əsasən qanunverici imperativ formada işəgötürən tərəfindən üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsi qadağan etmişdir. İnzibati xətaya icraat aparılan zaman, həmçinin məhkəmə araşdırması zamanı İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu işləmiş X11 3 yaşınadək uşağı olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 54 nömrəli əmri verilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində təsbit edilən inzibati xəta törədilərək işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Bundan başqa, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 54 nömrəli əmrinin təsviri-əsaslandırıcı hissəsində əmri onunla əsaslandırmışd ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu X22 ona elan olunmuş intizam tənbeh tədbirindən nəticə çıxarmayaraq xx.xx.2024-cü il tarixdə 08:00-da işə gəlməli olduğu halda 08:30-da işə gəlməklə əmək müqaviləsi üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. Göründüyü kimi işəgötürən tərəfindən işçinin 30 dəqiqə əmək müqaviləsi üzrə öhdəliklərini kobud surətdə pozması kimi qiymətləndirilmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların konkret və dar siyahısı müəyyən edilmişdir. Həmin maddənin a bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi kobud pozuntu kimi qiymətləndirilmişdir. İşçinin 30 dəqiqə işə gecikməsi isə bütün iş günü işə gəlməməsi kimi qiymətləndirilərək kobud pozuntu hesab edilə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 54 nömrəli əmri ilə əlaqədar qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X7 rəisi Şahin Əzizov tərəfindən 25 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qanuni və əsaslıdır. X2 hazırkı şikayətində və məhkəmə iclasında verdiyi izahatında İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin 23 sentyabr 2024-cü il tarixli 54 nömrəli əmrinə əsasən məktəbin psixoloqu X11 əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilməsi barədə sözügedən əmrin əsaslı olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən əmrin əsaslı olması sübuta yetirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq,
QƏRARAALDİ:
X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X17 tərəfindən qəbul edilmiş 25 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud