Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-796/2023 03.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə İmişli şəhərində anadan olmuş, AR vətəndaşı, evli, İmişli şəhəri, Q.Nəbi küçəsi ev 9-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 011-00 radələrində İmişli rayonu Qaralar kəndi ərazisində fəaliyyət göstərən kafedə X9 və X6 ilə birlikdə şəxsi əyləncə məqsədilə qumar oynayarkən aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o,2005-ci ildə İmişli İmişli MRX-da həkim-kardiolaq vəzifəsində işə başlamış və 2022-vi ilin fevral ayında həmin xəstəxananın baş həkimi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 19-00 radələrində həkim yoldaşı X9 və qohumu X6 ilə birlikdə İmişli rayonu Qaralar kəndi ərazisində fəaliyyət göstərən kafedəki otaqların birində yemək yemiş və bir qədər spirtli içki qəbul etmişlər. Sonra həkim yoldaşlarından Elşən Mirzəyev də gəlib onlara qoşulmuş, birlikdə yemək yeyib söhbət etmişlər. Onlar bir neçə saat müddətində kafedə olmuş və həmin müddətdə o, X9 və X6 ilə birlikdə əylənmək məqsədilə kart dəsti ilə “duraka” oynamışlar. Təxminən saat 22-00 radələrində mülki geyimli polis əməkdaşları kafeyə gəlmiş və onların olduğu otağa girib kart oynadıqlarını aşkar edərək məcburi qaydada İmişli RPŞə gətirib izahatlarını almışlar. İş üzrə şahid X14 göstərmişdir ki, o, İmişli rayonu Qaralar kəndi ərazisində fəaliyyət göstərən kafedə ofisiant işləyir. xx.xx.2023-cü il tarixdə, saat 19-00 radələrində İmişli İmişli MRX-nın baş həkimi Şəxs, X9 və X6 ilə birlikdə kafeyə gəlib otaqların birində yemək yemiş və bir qədər spirtli içki qəbul etmişlər. Sonra diş həkimi Elşən Mirzəyev də gəlib onlara qoşulmuş, birlikdə yemək yeyib söhbət etmişlər. Onlar bir neçə saat müddətində kafedə olmuş, hesabı almaq üçün içəri girdikdə Şəxs , X9 və X2 oynadığını, Elşən Mirzəyev isə kənarda əyləşib müşahidə etdiyini görmüş və bu barədə kafenin müdiri X15 bildirmişdir. Lakin kart oyununun nə ilə oynandığını görməmiş, Şəxs stolun üstünə qoyduğu hesabı götürüb çıxmışdır. İş üzrə şahid X10 göstərmişdir ki, o, İmişli RPŞ CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 mart 2023-cü il tarixdə xidmətdə olarkən CAB-nın əməliyyat müvəkkili X5 İmişli rayonu Qaralar kəndi ərazisində fəaliyyət göstərən kafenin ikinci otağında qmar oyunu oynanıldığı haqda məlumat daxil olmuş, o, bu barədə şöbə rəhbərliyinə müraciət etdikdən sonra CAB-nın əməliyyat müvəkkili X7 və PPXB-nin polis baş serjantı X11 ilə birlikdə qeyd olunan ünvana gedib kafenin ikinci otağına girmiş və İmişli MRXnın baş həkimi Şəxs, xəstəxananın laboratoriya şöbəsinin müdiri X9 və fotoqraf X2 oynadığını, Elşən Mirzəyev isə kənarda əyləşdiyini aşkar edərək stolun üstündə olan 32 manat pulun və kart dəstinin şəkillərini çəkmişlər. Həmin vaxt İmişli MRX-nın baş həkimi Şəxs ağır dərəcədə sərxoş olmuş və onlarla kobud rəftar edərək tabesizlik göstərdiyi üçün əlavə komək çağıraraq onları şöbəyə gətirmişlər. İş üzrə şahid X1 Namik Arif oğlunun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü hisəsinə əsasən binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədinə başqa yolla nail ola bilmədikdə məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilə bilər. Həmin maddənin 4-cü hissəsinin 2-ci bəndinə əsasən cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirilə bilər. Həmin Qanunun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən məhkəmənin( hakimin) qərarları, istintaq orqanının qərarları və əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları əməliyyat –axtarış tədbirlərinin həyata keçirilməsi əsaslarıdır. İşdə olan materiallara əsasən müəyyən edilir ki, 21 mart 2023-cü il tarixdə İmişli RPŞ CAB-nın əməliyyat müvəkkilləri tərəfindən adı çəkilən Qanunun 11-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş əsaslar olmadan və həmin Qanunun 10-cu maddəsinin 4-cü hissəinin 2-ci bəndinin tələbi gözlənilmədən nəzərdə tutulmamış əməliyyat-axtarış tədbiri keçirilərək İmişli rayonu Qaralar kəndi ərazisində fəaliyyət göstərən kafenin ikinci otağına izinsiz girilərək baxış keçirilmiş, həmin vaxt kafedə olan İmişli MRX-nın baş həkimi Şəxs, xəstəxananın laboratoriya şöbəsinin müdiri X9 və fotoqraf X6 şəxsi toxunulmazlıq hüquqları kobud şəkildə pozularaq qanunsuz tutulub İmişli RPŞ-ə gətirilmişlər. Həmin Qanunun 16-cı maddəsinin İ bəndinə əasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin Qanunun İİ bəndinə əsasən əməliyyat-axtarıştədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsi qadağandır. AR İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinin 1-ci bəndinə əsasən “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür. Məhkəmə hesab edir ki, 21 mart 2023-cü il tarixdə İmişli rayonu Qaralar kəndi ərazisində fəaliyyət göstərən kafeyə baxış keçirilməklə aparılmış əməliyyat axtarış tədbiri nəticəsində aşkar edilib götürülmüş 30 manat pul və 36 ədəd kart dəsti yuxarıda adı çəkilən Qanuna müvafiq əldə edilmədiyindən iş üzrə maddi sübut kimi qəbul edilə bilməz. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, 21 mart 2023-cü il tarixdə, saat 22- 00 radələrində İmişli rayonu Qaralar kəndi ərazisində fəaliyyət göstərən kafedə kart dəsti ilə oyun oynayan Şəxs hərəkətləri AR İXM-nin 525-ci maddəsinin tərkib əlamətləri ilə əhatə olunmur. Ona görə də, barəsində AR İXM-nin müvafiq maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 53.1.2, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində AR İXM-nin 525-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-796/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-796/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver