Məhkəmə qərarları › İş №3(036)-796/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-796/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-796/2025 27.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Beyləqan rayonu, N.Nərimanov küçəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 27 may 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs İmişli rayon Polis şöbəsinim əməkdaşlarına qarşı İmişli rayon ərazisində səs küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Həmin şəxs Şəxs olmuşdur. Şəxs İmişli rayon Polis şöbəsinin inzibati binasına dəvət olunmuş və İmişli rayon Polis şöbəsinin post patrul əməkdaşlarının və YPX əməkdaşlarının vasitəsi ilə polis şöbəsinin inzibati binasına gətirilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:00-da xalasıoğlunun idarə etdiyi **-KA-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə DYP əməkdaşı İmişli rayonunda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin ərazisində saxla əmri vermiş və DYP əməkdaşı xalası oğlu Elvin Əskərzadəni maşına dəvət etmişdir. Daha sonra DYP əməkdaşı maşının duracağa girməli olduğunu və şöbəyə getməli olduqlarını bildirmişdir. Şəxs maşının plyonkasını sökərək tərtib edilən protokolu sökməyi xahiş etmişdir. Bundan sonra o, maşını söndürmüş və Şəxs üstünə DYP əməkdaşı hücum çəkmişdir. Şəxs bədən xəsarətləri aldığını və DYP əməkdaşlarının onu qanunsuz yerə aparmaq istədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman **-KA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı nəqliyyat vasitəsinə İmişli rayonunda yerləşən Azpetrol ərazisində saxla əmri vermiş və Elvin Əskərzadəni maşına dəvət etmişdir. Daha sonra DYP əməkdaşı maşının duracağa girməli olduğunu və şöbəyə getməli olduqlarını bildirmişdir. İki nəfər şəxsin itaətsizlik göstərməsini nəzərə alaraq, digər polis əməkdaşlarına məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Bundan sonra da Şəxs və X2 polisin qanuni tələblərinə itaətsizlik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman İmişli RPŞ-nin DYPB YPXİ-si, polis baş serjantı Elman Soltanov ona zəng vuraraq köməyə çağırmışdır. O, İmişli şəhəri, Zəfər yolu prospektində iki nəfər şəxsin polis əməkdaşına qarşı tabesizlik hərəkəti göstərdiyini görmüşdür. Həmin şəxslərə qanunvericiliyin tələblərinə riayət olunması və nizam-intizam qaydalarına dəvət olunması tələb edilsə də həmin şəxlər itaətsizlik hərəkətlərinə polisə tabesizlik göstərərək davam etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 27 may 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-cı il tarixdə saat 13:40 radələrində İmişli yolunda Kia markalı ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan zaman Mercedes markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa işıq cihazı nasaz olduğu üçün tərəfindən saxla işarəsi verilmiş və sürücüyə yaxınlaşaraq özünü təqdim edərək saxlanılma səbəbini izah edib sənədlərini təqdimm etməsi xahiş edilmişdir. Sürücü nasazlığı yerində aradan qaldıra bilmədiyi üçün avtomobilin RPŞ-nin mühafizə olunan duracağa yerləşdiriləcəyini bildirmişdirmişdir. Həmən avtomobili İmişli RPŞ-nin mühafizə olunan duracağının yanına gətirmişdir. Sürücüdən xahiş etmişdir ki, avtomobili duracağa yerləşdirsin. Bu zaman avtomobildə olan sərnişinlər sonradan adını bildiyi Əşrəf Abduiiayev və Məmmədqulıyev Sənan avtomobilin duracağa yerləşdirilməyəcəyini bildirdilər. O həmən şəxslərə polisin işinə maneçilik törətməməyi və polisin qanuni tələblərinə riayət etməyə dəvət etmişdir. Həmən şəxslər öz qeyri qanuni əməlləri ilə polisin qanuni tələblərinə riayət etməyərək tabesızlik göstərmişlər. Bu zaman efir vasitəsilə əraziyə köməyə İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru polis Elvin Nəhmədovu, Ozal Yunisilini, Əvəz Əlizadəni,Nurlan Şərbətovu çağırmışdır. Əraziyə gələn əməkdaşların köməyi ilə vətəndaşları imişli RPŞ-nin NH-də həmən şəxslər 22.11 2001-ci il təvəllüdlü Şəxs,xx.xx.2001 ci il təvəllüdlü X6 oglu olduğu məlum olmuşdur. Odur ki, həmən şəxslər barəsində tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videodan müəyyən edilmişdir, Şəxs polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Məhkəmə, tərəflərin və şahidin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 27 may 2025-ci il tarixdən saat 19:40-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 27 may 2025-ci il tarixdən saat 19:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar