Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-8/2024 11.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və ARDNŞ “Azneft” İB-nin hümayəndəsi X3 iştirakı ilə, ARDNŞ “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ barəsində AR İXM-nin 266.2 və 541-ci maddələri ilə olan «inzibati xəta haqqında» xx.xx.2023-cü il tarixli ******* nömrəli protokol üzrə inzibati xəta haqqında iş üzrə icraat materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: ARDNŞ “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ barəsində AR İXM-nin 266.2 və 541-ci maddələri ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat ( «inzibati xəta haqqında » xx.xx.2023-cü il tarixli ******* nömrəli protokol üzrə) bağlanmışdır ki, idarənin İmişli rayonu Məmmədli qəsəbəsi ərazisində yerləşən “Çənlər parkı” ərazisindən lay suları və neft məhsullarının ətraf mühitə axıdılması aşkar edilmişdir. ARDNŞ “Azneft” İB-nin hümayəndəsi X6 izahatında göstərmişdir ki, ARDNŞ “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin X2 (“Çənlər Parkı”) fəaliyyət göstərdiyi İmişli rayonu Məmmədli qəsəbəsi ərazisində cəmi 30,5 ha torpaq sahəsi “X9 Company Limited” şirkətinə məxsus olmuş və xx.xx.2020-ci il tarixdə “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin ümumi istismar fonduna daxil edilmişdir. Ərazi uzun müddət ərzində “X8 Company Limited” şirkəti tərəfindən axıdılan lay suları və neft tullantıları ilə çirkləndirildiyinə baxmayaraq ekoloji vəziyyətin pisləşməsi indiyədək AR ETSN 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin diqqətindən kənarda qalmış və yalnız xx.xx.2023-cü il tarixdə aşkar edilərək nöqsanların aradan qaldırılması barədə “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-ə C-M9/4223-113 saylı Məcburi Göstəriş verilmişdir. “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ tərəfindən ərazidə neft tullantılarının emalı yerlərinin müəyyənləşdirilməsi, layihələndirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi norma və qaydaları pozulmamışdır. Ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə 56 saylı su uducu quyu təmir edilərək lay sularının həmin quyuya axıdılmaqla utilizasiyası təmin edilmiş və bu barədə AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xx.xx.2023-cü il tarixli FH-015/13 saylı məktubla məlumat verilmişdir. Bundan başqa TG (hava, tullantılar) illik dövlət statistik hesabatları hazırlanaraq AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, 2TG ( su təsərrüfatı) illik dövlət statistik hesabatı hazırlanaraq AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilmiş, ərtaf mühitə atılan tullantılara görə 2553,14 manat AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilmiuş, Qalmaz və Muradxanlı xidmət sahələrinin 2023-cüilin altı ayı ərzindəki fəaliyyətinə görə AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına 5400,0 manat köçürülmüşdür. Ona görə də, ARDNŞ “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ barəsində AR İXM-nin 266.2 və 541-ci maddələri ilə tərtib edilmiş «inzibati xəta haqqında» xx.xx.2023-cü il tarixli ******* nömrəli protokol qanunsuz hesab edilməlidir. İşdə olan ARDNŞ “Azneft” İB tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli SOKAR **********00040020A00168 nömrəli “Əmlakın balansa qəbul edilməsi haqqında” əmrin surətinə əsasən “X8 Company Limited” və ARDNŞ arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın əss pay bölgüsü haqqında Saziş”ə uyğun olaraq Kontrakt bərpa sahəsində yerləşən əsas fondların təhvil-qəbul əməliyyatlarının başa çatdığını və SOKAR –ın xx.xx.2020-ci il tarixli SOKAR **********40020020A00059 nömrəli sərancamını nəzərə alaraq xx.xx.2020-ci il tarixli aktda göstərilən əsas vəsaitlər “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin balansına qəbul edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli C-M9/4223-113 saylı “Məcburi Göstəriş”in surətinə əsasən “Azneft” İBnin Ə.C.Əmirov adına NQÇİ-də AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 sahəsində qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətinin yoxlanılması nəticəsində aşkar edilmiş çatışmazlıqlara dair xx.xx.2023-cü il tarixli 79466 nömrəli akt tərtib edilmiş və aradan qaldırılması haqqında “Məcburi Göstəriş” verilmişdir.( 1.Quyuların qazılması, cari və əsaslı təmiri zamanıformalaşan qazma və neft məhsulu ilə çirklənmiş, həmçinin quyulardan sızan lay suların ətraf ərazilərə axıdılmasının qarşısı alınsın və bu məqsədlə qapalı sistem yaradılsın ( təcili); 2.Neft çənləri parkının ətrafında yol kənarıəraziyə toplanmış lay suların və neft qalıqlarının ərazidən təmizlənməsi və torpağın rekultivasiya olunmasıtəmin edilsin ( təcili); 3. 2TG (hava,su təsərrüfatıvə tullantılar) illik dövlət statistik hesabatlarının hazırlanaraq idarəyə təqdim edilsin ( növbəti ilin yanvar ayınadək); 4.Müəssisənin fəaliyyətində əmələ gələn və ərazidə saxlanılan bərk mənşəli istehsalat tullantılarının uçot və hesabatının aparılması və bu tullantıların təyinatı üzrə poliqonlaşdırılması təmin olunsun (3 ay müddətində); 5.AR NK-nin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarına əsasən ətraf mühitə atılan tullantılara görə ödəmə haqqlarının hesablanaraq rüblər üzrə “X4 üzrə X5”na ödənilməsi təmin olunsun.( aylar üzrə) ) İşdə olan xx.xx.2023-cü il tarixli G-ÖM/4223-291 saylı Hesab-Fakturanın surətinə əsasən ARDNŞ “Azneft” İB Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı İstehsalat bölümündən ətraf mühitə atılan tullantılara görə AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına 5400,0 manat köçürülmüşdür. İşdə olan SƏTƏMM və KNX tərəfindən AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilmiş xx.xx.2023-cü il tarixli F34-095/93 saylı Nöqsanların aradan qaldırılması haqqında məlumata əsasən “Azneft” İB Ə.C.Əmirov adına NQÇİ 4 saylı neftçıxarma sahəsində xx.xx.2023-cü il tarixdə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə quyuların qazılması zamanı formalaşan qazma və neft məhsulları qazma idarəsi tərəfindən daşınaraq “Azneft” İB-nin Tullantı məhkəzinə təhvil verilir. Quyulardan sızan lay suların ətraf əraziyə axıdılmasının qarşısının alınması, qapalı sistem yaradılmas məqsədiləyeraltı tutumların quraşdırılması mütəmadi olaraq həyata keçirilir; Neft çənləri parkının ətrafında yol kənarı əraziyə toplanmış lay suları daşınmış və neft qalıqları ərazidən təmizlənmiş, çirklənmiş torpaq mexaniki rekultivasiya olunmuşdur; 2TG ( hava, su təsərrüfatı və tullantılar) illik dövlət statistik hesabatıhazırlanaraq idarəyə təqdim edilmiş; TG (hava, tullantılar) illik dövlət statistik hesabatları hazırlanaraq AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, 2TG (su təsərrüfatı) illik dövlət statistik hesabatı hazırlanaraq xx.xx.2023-cü il tarixli 14-2-1-2/2-14/2023 saylı məktubla AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilmişdir; Müəssisənin fəaliyyətində əmələ gələn və ərazidə saxlanılan bərk mənşəli istehsalat tullantılarının müqavilə əsasında Muradxanlı sahəsindən “Azneft”İB-nin Tullantı mərkəzinə 0,60 ton printer, 0,005 ton katric, 0,001 ton yağlı-neftli əski, 0,025 ton kağız-karton tullantısı təhvil verilmişdir; əsasən “Azneft” İB Ə.C.Əmirov adına NQÇİ 3 və 4 saylı sahələrinin Qalmaz və Muradxanlı xidmət sahələri üzrə 2023-cüilin altı ayı üçün AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına 5400,0 manat köçürülmüşdür. “İstehsalat və məişət tullantıları haqqında” AR Qanunun 10-cu maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır. Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X1 Komitəsi və Səhiyyə Nazirliyi] müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır. Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər. Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X1 Komitəsi və Səhiyyə Nazirliyi] tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır. Həmin Qanunun 12-1-ci maddəsinə əsasən bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün sahə şəhər və digər yaşayış məntəqələrinin və şəhərətrafı zonaların planlaşdırılması və tikilməsi üzrə təsdiq olunmuş baş planlara və ya layihələrə uyğun olaraq ayrılmalıdır. Bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün ərazi ekoloji normalara və Azərbaycan Respublikasının insan sağlamlığı və X4 sahəsində digər qanunvericilik aktlarına cavab verməlidir. Bərk məişət tullantıları poliqonlarında müəssisələrin tullantılarının yerləşdirilməsi ekoloji, sanitar-epidemioloji qaydaların və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Onların öz-özünə alışıb yanmasının qarşısının alınması və xəbərdarlıq edilməsi üzrə tədbirlər nəzərdə tutulmalıdır. AR İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının (AR Prezidentinin müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (AT Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi), habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla,ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt, yer və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.5-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməlidir. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, səlahiyyətli orqan “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin fəaliyyətində aşkar etdiyi nöqsanları (İmişli rayonu Məmmədli qəsəbəsi ərazisində yerləşən “Çənlər parkı” ərazisindən lay suları və neft məhsullarının ətraf mühitə axıdılması) AR İXM-nin 266.2 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri ilə müqayisə edə bilməmiş, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi sahəsində konkret olaraq hansı norma və qaydalara olunmadığını və hansı tələblərinin yerinə yetirilmədiyini (M-266.2), xx.xx.2023-cü il tarixli C-M9/4223-113 saylı “Məcburi Göstəriş”in hansı tələblərinin yerinə yetirilmədiyini (M-541) müəyyən etmədiyindən “inzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli protokolda İXM-nin müvafiq maddələrdə nəzərdə tutulan hər bir inzibati xətanın mahiyyətini göstərə bilməmişdir. İcraat nəticəsində “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin İmişli rayonu Məmmədli qəsəbəsi ərazisində yerləşən “Çənlər parkı” ərazisindən ətraf mühitə axıdılan lay suları və neft məhsullarının tərkibində olan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən nə qədər artıq olduğu (M-233.1) müəyyən edilməmişdir. Ona görə də, ARDNŞ “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ barəsində AR İXM-nin 266.2 və 541-ci maddələri ilə olan inzibati xəta haqqında iş («inzibati xəta haqqında» xx.xx.2023-cü il tarixli ******* nömrəli protokol ) üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: ARDNŞ “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ barəsində AR İXM-nin 266.2 və 541-ci maddələri ilə olan inzibati xəta haqqında iş («inzibati xəta haqqında» xx.xx.2023-cü il tarixli ******* nömrəli protokol) üzrə icraata xitam verilsin. Qərardan 10(on) gün müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-8/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-8/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver