Məhkəmə qərarları › İş №3(036)-806/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-806/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-806/2023 08.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, Şəxs MMC ( VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC ( VÖEN **********) barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, 1713538.80 Rus rublu məbləğində vəsaiti Bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 856769,40 rubl vəsait hesabına alınan mallar ( xidmətlə) ölkəyə idxal edilməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti geri qaytarılmamışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4-29/2583-23 saylı məlumatda göstərilmişdir ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal edilən malların və xidmətlərin ödənişləri üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim olunmasına dair tələbin yerinə yetirilməməsi halları üzrə xx.xx.2021-ci il tarixdə Şəxs MMC ( VÖEN **********) "xxxx" ASC vasitəsilə qabaqcadan 1713538.80 rubl ödəniş həyata keçirmiş və 2 il müddət keçdikdən sonra, 856769,40 rubl vəsait hesabına alınan mallar ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsini və ya idxal olunan xidmətlərə dair sənədləri banka təqdim etməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Köçürmə ərizəsinin surətinə əsasən cəmi 1713538.80 Rus rublu dəyərində malın alınmasından ötrü Şəxs MMC-nin "xxxx" ASC hesabından OOO “Demyanovskiye zavod DVP”–nin “SBERBANK” hesabına 1713538.80 Rusiya rublu köçürülməsinə sərəncam verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilənin surətinə əsasən OOO “Demyanovskiye zavod DVP” taxta lifli plitə materiallarını çatdırmağı, Şəxs MMC isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli **********6502 nömrəli Gömrük bəyannaməsinin surətinə əsasən RFdən gətirilən OOO “Demyanovskiye zavod DVP” tərəfindən Şəxs MMC-yə göndərilən 29130.16 Rus rublu dəyərində ağaclifli plitələr Azərbaycan Respublikasına idxal edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli **********4319 nömrəli Gömrük bəyannaməsinin surətinə əsasən RF-dən gətirilən OOO “Demyanovskiye zavod DVP” tərəfindən Şəxs MMC-yə göndərilən 34983.26 Rus rublu dəyərində ağaclifli plitələr Azərbaycan Respublikasına idxal edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli **********9910 nömrəli Gömrük bəyannaməsinin surətinə əsasən RF-dən gətirilən OOO “Demyanovskiye zavod DVP” tərəfindən Şəxs MMC-yə göndərilən 25734.60 Rus rublu dəyərində ağaclifli plitələr Azərbaycan Respublikasına idxal edilmişdir. AR İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməmlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC ( VÖEN **********) tərəfindən AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 115, 117 və 130 –cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar