Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-808/2023 01.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi , Məmmədli Nadir Cabir oğlunun katibliyi və icra məmuru X3 iştirakı ilə, xx.xx.1983-cü ildə anadan olmuş, AR vətəndaşı, İmişli rayonu Şahverdili kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İХМ-nın 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində АR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, o, tələbkar "xxxx" MMC-nin xeyrinə 8999,0 manat əsas borc və 100,0 manat dövlət rüsumu ödəməsi barədə İmişli rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)1436/2020 saylı icra sənədini və tələbkar AR X1 hesabına 350,0 manat cərimə ödəməsi barədə Agentliyin xx.xx.2021-ci il tarixli ******* saylı icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs oğlu özünü AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, tələbkar "xxxx" MMC-nin xeyrinə 8999,0 manat əsas borc və 100,0 manat dövlət rüsumu ödəməsi barədə İmişli rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)1436/2020 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, 2011-2012-ci illərdə İvanovka Süd zavodunun Beyləqan filialında anbardar işlədiyi müddətdə "xxxx" MMC-dən alınan yağ məhsullarını qəbul etmiş və tapşırığa əsasən bildirilən ünvana göndərmişdir. "xxxx" MMC qarşısında şəxsən heç bir öhdəliyi olmasa da, İmişli rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)1436/2020 saylı icra sənədi üzrə qismən ödəniş edərək 7800,0 manat borclu qalmışdır. Hazırda maddi imkanı olmadığından İmişli rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)1436/2020 saylı və AR X1 xx.xx.2021-ci il tarixli ******* saylı icra sənədi üzrə tələbi birdəfəlik ödəmək imkanı yoxdur. "xxxx" MMC-yə ayda 40-50 manat ödəməklə icra sənədini hissə-hissə icra etməsini təklif etsə də, qəbul edilməmişdir. Ona görə də, İmişli rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(036)1436/2020 saylı və AR X1 xx.xx.2021-ci il tarixli ******* saylı icra sənədi üzrə tələbin ayda 50,0 manat hesabı ilə hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb X2 barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on ) gün inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs həbsə alındığı gündən və andan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hаkim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-808/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-808/2023
01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver