Məhkəmə qərarları › İş №3(036)-809/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-809/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-809/2024 14.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə olan inzibati xəta haqqında işə İmişli Rаyon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında bахаraq М Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən Şəxs barəsində idarəçilik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 09:40-da İmişli rayonu ərazisində idarə etdiyi “Mercedes Benz” yük markalı, **-TL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə ilə reyd zamanı saxla işarəsinə əməl etməyərək inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktla müəyyən olur ki, 6.10.2024-cü il tarixdə, saat 09:40-da İmişli rayonu ərazisində idarə etdiyi “Mercedes Benz” yük markalı, **-TL- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə ilə reyd zamanı saxla işarəsinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 111.1. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Maddə 552. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin faktiki halları ilə müəyyən olur ki, Həsənov X2 Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmiş və onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati qaydada tənbeh tətdiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin sanksiyasında 50 (əlli) manat məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini və xətanın xarakterini nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə növündə tənbeh tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 (əlli) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar