Məhkəmə qərarları › İş №3(036)-810/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-810/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-810/2025 10.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə olan ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, İmişli rayonu Sarıxanlı bələdiyyəsinin mütləq təqdim edilməli olan xx.xx.2024-cü il tarixli, 14 saylı iclas protokolunu bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana üç iş günündən gec göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılaş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İmişli Regional Ədliyyə İdarəsi tərəfindən tərtib edilmiş 23 may 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İmişli rayonu Muradallı bələdiyyəsinin sədri Şəxs bələdiyyənin mütləq təqdim edilməli olan xx.xx.2024-cü il tarixli, 14 saylı iclas protokolu inzibati nəzarəti həyata keçirən orqana üç iş günündən gec göndərildiyinə görə Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; İşdə olan İmişli rayonu Muradallı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 14 saylı iclas protokolundan görünür ki, İmişli rayonu Sarıxanlı bələdiyyəsinin mülkiyyətində hərrac predimeti olan 6.0 və 5.0 ha örüş torpaq sahəsi üçün hərracın keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qəydə alınma prosedurunun başa çatdığına başa çatdığı nəzərə alınmış, İmişli rayonu Sarıxanlı bələdiyyəsinin mülkiyyətində hərrac predmeti olan 6.0 və 5.0 ha örüş torpaq sahəsində heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 15 il müddətinə icarəyə verilməsi üçün torpaq hərracı keçirilsin, hərracda icarəyə veriləcək torpağın qiyməti hər hektarı 80 (səksən) manat olmaqla cəmi 400( dörd yüz) manat müəyyən edilmiş müsabiqənin keçirilməsi barədə İmişli rayonu Sarıxanlı bələdiyyəsi ilə Azərbaycan Respublikası ƏMDX-nin yanında X1 X2 Beyləqan torpaq, müsabiqə və hərrac komissiyası arasında icarə müqaviləsi bağlanmış, bu qərarın icrasına nəzarət İmişli rayonu Sarıxanlı bələdiyyəsinin sədrinə həvalə edilmiş, İmişli rayonu Sarıxanlı bələdiyyəsinin mülkiyyətində hərrac predimeti olan örüş torpaq sahəsindən 6.0 ha torpaq sahəsində heyvandarığın inkişaf etdirilməsi üçün torpaq hərracın keçirilməsi ilə bağlı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdığı nəzərə alınmış, İmişli rayonu Sarıxanlı bələdiyyəsinin mülkiyyətində hərrac predmeti olan 6.0 ha örüş torpaq sahəsində heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 15 il müddətinə icarəyə verilməsi üçün torpaq hərracı keçirilsin, hərracda icarəyə veriləcək torpağın qiyməti hər hektarı 80 (səksən) manat olmaqla cəmi 480 (dörd yüz səksən) manat müəyyən edilsin, müsabiqənin keçirilməsi barədə Azərbaycan Respublikası ƏMDX-nin yanında X1 X2 Beyləqan torpaq, müsabiqə və hərrac komissiyası arasında icarə müqavilə bağlanmış, bu qərarın icrasına nəzarət İmişli rayonu Sarıxanlı bələdiyyəsinin sədrinə həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Bələdiyyələrlə İş Portalından çıxarışdan görünür ki, İmişli rayonu Sarıxanlı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli iclas protokolu xx.xx.2025cü il tarixdə sistemə yerləşdirilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6.1 və 6.1.6-cı maddəsinə əsasən həmin Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktları qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində (bundan sonra – informasiya sistemi) yerləşdirməlidirlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 549.2-ci maddəsinə əsasən Bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində proses iştiakçılarını dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, İmişli rayonu Sarıxanlı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli iclas protokolu 3 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində (bundan sonra – informasiya sistemi) yerləşdirməli olsa da, heç bir üzrlü səbəb olmadan xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də Şəxs, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar