Məhkəmə qərarları › İş №3(036)-811/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-811/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-811/2024 04.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2006-cı il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İmişli rayonu, Aranlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi X5 tərəfindən Şəxs barəsində 04 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi X5 tərəfindən tərtib olunmuş 04 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21 oktyabr 2024-cü il tarixdə Ağcabədi rayonu, Taxta-körpü qəsəbəsinin “Cağazur” obasında yerləşən X7 məxsus fermadan 1 (bir) rəst erkək cinsli atını oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi X5 izahat verərək göstərmişdir ki, Şəxs 21 oktyabr 2024-cü il tarixdə Ağcabədi rayonu, Taxta-körpü qəsəbəsinin “Cağazur” obasında yerləşən X7 məxsus fermadan 1 (bir) rəst erkək cinsli atını oğurlamışdır. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 04 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, çoban kimi heyvan təsərrüfatı sahiblərinə köməklik göstərməklə maddi qazanc əldə edir. 06 oktyabr 2024-cü il tarixdə təsadüfən tanış olduğu Laçın rayon Cağazur kənd sakini Şəfa Mikayılov adlı şəxsin yanına gedərək sonuncunun Ağcabədi rayonu Taxta-körpü qəsəbəsi Cağazur obasında yerləşən fermasında qalmağa başlamışdır. Təxminən 10 gün həmin fermada Şəfanın xırdabuynuzlu və iribuynuzlu heyvanlarını saxladıqdan sonra 2024-cü il oktyabr ayının təxminən 18-də saat təxminən 18 radələrində heyvanları otlaq ərazisindən Şəfa Mikayılovun fermasına gətirmişdir. Bundan sonra fermada öz qaldığı otaqda yatmışdır. Oyandıqdan sonra mobil telefonu olmadığından özünə mobil telefon almaq üçün Şəfa Mikayılova məxsus olan, ətrafı açıq həyətdə saxlanılmış bir ədəd ağ-qara rəngli atı oğurlayıb satmaq niyyətinə düşmüşdür. Saat 22 radəsində açıq həyətdə saxlanılan atı götürüb yola çıxaraq yavaş sürətlə sürüb əvvəlcə Beyləqan rayonu Minnət kəndi ərazisiylə getməyə başlamış, səhəri gün, yəni 19 oktyabr 2024-cü il tarixdə saat 12 radəsində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisindən İmişli rayonu Aranlı kəndi istiqamətində atla gedərkən sonradan adının Əhəd Nəcəfəliyev olduğunu öyrəndiyi, görən vaxt isə tanımadığı orta yaşlı bir kişi ilə rastlaşmışdır. Əhəd Nəcəfəliyev ondan atı satıbsatmadığını soruşmuş, o, adıkeçən şəxsə atı satdığını dedikdə Əhəd Nəcəfəliyev atın qiyməti ilə maraqlanmışdır. O, Əhəd Nəcəfəliyevə atı 300 (üç yüz) manata satdığını dedikdə sonuncu bu qiymətlə razılaşmışdır. Əhəd Nəcəfəliyev 300 (üç yüz) manat pulu ona nağd şəkildə verdikdən sonra o, atı Əhədə vermiş, həmin alqı-satqı prosesində yanlarında heç kəs olmamışdır. Pulu alarkən Əhədlə onun yanında heç kəs olmamış, daha sonra o, piyada və yol maşını ilə Saatlı rayonunda yerləşən, adını bilmədiyi əraziyə gedərək Şəfa Mikayılov və ya polis əməkdaşları onu axtaracaqları təqdirdə tapa bilməmələri üçün həmin yerdə Nahid adlı soyadını bilmədiyi tanışının fermasında qonaq kimi qalmışdır. Lakin törətdiyi əməl barədə Nahidə və ya digər hər hansı şəxsə heç bir məlumat verməmişdir. Saatlı rayonunda olarkən Əhəddən aldığı 300 (üç yüz) manatın 250 (iki yüz əlli) manatına "Honor X8” markalı mobil telefon alsa da. şəxsiyyət vəsiqəsi olmadığından mobil nömrə ala bilməmiş, yerdə qalan 50 (əlli) manatı isə yol pulu və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Bir müddət Saatlı rayonunda qaldıqdan sonra həmin yerdə artıq uzun müddət qala bilməyəcəyini anlayıb 30 oktyabr 2024-cü il tarixdə yaşadığı evə qayıtmış, həmin gün polis əməkdaşları gəlib Şəfa Mikayılovun atını götürübgötürmədiyini ondan soruşduqda sonuncu bunu polis əməkdaşlarından gizlətməyin mənasız olduğunu düşünüb Şəfa Mikayılovun heyvanını oğurladığını etiraf etmiş və oğurladığı atı satdığı yerə, yəni X8 rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən fermasına gedərək atı da götürüb Laçın rayon Polis Şöbəsinə gəlmişdir. Bundan əlavə o, Şəfa Mikayılova məxsus atı oğurlaması ilə əlaqədar heç kəsə məlumat vermədiyini, bu əməli tək törətdiyini, atdan başqa heç bir əmlak oğurlamadığını, əvvəllər bu kimi analoji əməl törətmədiyini bildirmiş, yaşadığı dövrdə şəxsiyyət vəsiqəsi almadığını əlavə etmişdir. Beləliklə o, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Laçın Rayon Polis X4 baş müstəntiqi, polis kapitanı X10 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs Nahid oğlunun əməllərində cinayət tərkib olmadığından cinayət işinin başlanılması rədd edilmiş, X6 xx.xx.2024-cü il tarixli ərizəsi nəzərə alınaraq Şəxs Nahid oğlu barəsində AR İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmiş, X3 aldadaraq sonuncuya maddi ziyan vurması xüsusatı üzrə Şəxs Nahid oğlu barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə, həmçinin bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsiz yaşaması xüsusatı üzrə isə Azərbaycan Respublikası İXM-in 565-ci maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat açılaraq tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti İmişli Rrayon Polis X2 Bölməsinə göndərilmişdir; İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi X5 tərəfindən tərtib olunmuş 04 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 oktyabr 2024-cü il tarixdə Ağcabədi rayonu, Taxta-körpü qəsəbəsinin “Cağazur” obasında yerləşən X7 məxsus fermadan 1 (bir) rəst erkək cinsli atını oğurladığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; 02 noyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cü il tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə araşdrıması zamanı hazırda məhkəməyə təqdim edilmiş İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi X5 tərəfindən Şəxs barəsində 04 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokolunda göstərilmiş Şəxs 21 oktyabr 2024-cü il tarixdə Ağcabədi rayonu, Taxta-körpü qəsəbəsinin “Cağazur” obasında yerləşən X7 məxsus fermadan 1 (bir) rəst erkək cinsli atını oğurlaması faktına bağlı Laçın Rayon Polis X4 baş müstəntiqi, polis kapitanı X10 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 noyabr 2024-cü il tarixli qərarında hüquqi qiymət verilmişdir. Həmin qərarla toplanmış material üzrə Şəxs Nahid oğlunun əməllərində cinayət tərkib olmadığından cinayət işinin başlanılması rədd edilmiş, X6 xx.xx.2024-cü il tarixli ərizəsi nəzərə alınaraq Şəxs Nahid oğlu barəsində AR İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə səlahiyyətli orqanın inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərarı olduğu üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir və Şəxs dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs aid eyni fakt üzrə səlahiyyətli orqanın - Laçın Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixi inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərarı olduğu üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar