Məhkəmə qərarları › İş №3(036)-822/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-822/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-822/2023 22.08.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs X1 iştirakı ilə, AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli EQ 14492801 nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bахаraq, MÜƏYYƏN ETDİ: AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli EQ 14492801 nömrəli qərarı ilə X2 xx.xx.2023-cü il tarixdə, saat 18:36- radələrində “Mercedes Benz E220” minik markalı ** GN *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Hacıqabul Horadiz younun 55.4 km hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə AR İXM-nin 327.2-ci maddəsi ilə 60 manat cərimə edilmişdir. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib yol hərəkəti qaydaları əleyhinə heç bir inzibati xəta törətmədiyini göstərərək qeyd olunan qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs X2 göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 18:36radələrində idare etdiyi “Mercedes Benz E220” minik markalı ** GN *** dövlət nömrə nişanlı avtomobillə Hacıqabul Horadiz yolunun 55.4 km hərəkətdə olarkən qarşıdan hərəkət edən motosikletin sürəti həddindən artıq aşağı olduğu üçün avtomobili sola verib qarşı hərəkət zolağına keçmədən onu ötmüşdür. Bu zaman yol hərəkəti qaydasını pozmamışdır. Ona görə də, 60,0 manat məbləğində cərimə olunması haqqında AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli EQ 14492801 qərarı ləğv edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli EQ 14492801 nömrəli “ inzibati tənbeh vermə haqqında” qərarın surətinə əsasən X2 xx.xx.2023-cü il tarixdə, saat 18:36- radələrində “Mercedes Benz E220” minik markalı ** GN *** dövlət nömrə nişanlı avtomobili idarə edərək Hacıqabul Horadiz yolunun 55.4 km avtomobil yolu ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, səlahiyyətli orqan X1 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. AR DİN BDYPİ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli EQ 14492801 nömrəli qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar