Məhkəmə qərarları › İş №3(036)-822/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-822/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-822/2025 05.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, İmişli rayonu, Soltanmuradlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 04 iyun 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 04 iyun 2025-ci il tarixdə İmişli rayonu ərazisində səs-küy salaraq ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli RPŞ-nin yol patrul xidmətinin əməkdaşları xidmət apararkən Şəxs İmişli rayonu, Soltanmuradlı kənd yolunda “MTZ80” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı Traktorun ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin (plyonka) çəkdiyi üçün tərəflərindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ictimai qaydanı pozmasını bildirmişlər. Lakin, buna baxmayaraq polis əməkdaşları onu sakitləşdirmək istəsələr də, Mirzə xuliqanlıq əməllərini daha da şiddətləndirmişdir. Bundan sonra, Şəxs İmişli rayon polis şöbəsinin əməkdaşlarının vasitəsi ilə polis şöbəsinin inzibati binasına gətirilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, həmin vaxt “MTZ80” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı traktorun ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin (plyonka) çəkdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücülük hüququ yoxdur. O, polis əməkdaşlarını təhqir etməmiş və müqavimət göstərməmişdir. Əməlindən peşmandır və bir daha belə səhvlərə yol verməyəcəkdir. Barəsində qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı, X3 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində İmişli rayonu, Soltanmuradlı kənd yolunda “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində İmişli RPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis baş leytenantı serjantı Mirxaliq Miriyev ilə birlikdə xidmət aparan zaman “MTZ80” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı Traktorun ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin (plyonka) çəkdiyi üçün tərəflərindən saxlanılmışdır. O, sürücüyə yaxınlaşaraq saxlanılma səbəbini izah edib sənədlərini təqdim etməsini xahiş etmişdir. Sürücü sənədlərinin evdə qalmasını bildirmişdir. Sürücü saxlanılma səbəbi ilə bağlı plyonkanı yerində sökə bilmədiyi üçün traktorun duracağa yerləşdiriləcəyini bildirmişdir. Bu zaman sürücü müxtəlif bəhanələr gətirərək avtomobilin duracağa yerləşdirməkdən imtina etmişdir. Onlar onu dəfələrlə nizam-intizama dəvət edərək polisin qanuni tələblərinə raiyət etməsini xahiş etmişdir. Lakin həmin şəxs onlara tabesizlik göstərərək əraziyə gələn bir qrup şəxsin yanında xuliqanlıq hərəkətləri etməsi səbəbilə köməyə RPŞ-nin PPXB-nin əməkdaşlarını çağırmışlar. Həmin əməkdaşların köməyi ilə traktoru idarə edən sürücünü RPŞ-nə gətirib növbətçi hissəyə təqdim etmişlər. RPŞ-nin növbətçi hissəsində sürücünün xx.xx.1984-cü il təvəllüdlü İmişli rayonunda anadan olan İmişli rayonu, Soltanmuradlı kənd sakini Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 04 iyun 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 iyun 2025-ci il tarixdə İmişli rayonu ərazisində səs-küy salaraq ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir; İş materiallarına əlavə edilmiş Mirxaliq Miriyev tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində İmişli rayonu, Soltanmuradlı kənd yolunda “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində İmişli RPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis baş leytenantı serjantı Mirxaliq Miriyev ilə birlikdə xidmət aparan zaman “MTZ80” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı Traktorun ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin (plyonka) çəkdiyi üçün tərəflərindən saxlanılmışdır. O, sürücüyə yaxınlaşaraq saxlanılma səbəbini izah edib sənədlərini təqdim etməsini xahiş etmişdir. Sürücü sənədlərinin evdə qalmasını bildirmişdir. Sürücü saxlanılma səbəbi ilə bağlı plyonkanı yerində sökə bilmədiyi üçün traktorun duracağa yerləşdiriləcəyini bildirmişdir. Bu zaman sürücü müxtəlif bəhanələr gətirərək avtomobilin duracağa yerləşdirməkdən imtina etmişdir. Onlar onu dəfələrlə nizam-intizama dəvət edərək polisin qanuni tələblərinə raiyət etməsini xahiş etmişdir. Lakin həmin şəxs onlara tabesizlik göstərərək əraziyə gələn bir qrup şəxsin yanında xuliqanlıq hərəkətləri etməsi səbəbilə köməyə RPŞ-nin PPXB-nin əməkdaşlarını çağırmışlar. Həmin əməkdaşların köməyi ilə traktoru idarə edən sürücünü RPŞ-nə gətirib növbətçi hissəyə təqdim etmişlər. RPŞ-nin növbətçi hissəsində sürücünün xx.xx.1984-cü il təvəllüdlü İmişli rayonunda anadan olan İmişli rayonu, Soltanmuradlı kənd sakini Şəxs olduğu məlum olmuşdur. Odur ki, həmən şəxs barəsində tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İnzibati tutma haqqında 04 iyun 2025-ci il tarixli 023253 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00-da tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş videodan müəyyən edilmişdir, Şəxs polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində İmişli rayonu, Soltanmuradlı kənd yolunda İmişli RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları xidmət aparan zaman “MTZ80” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı Traktorun ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin (plyonka) çəkdiyi üçün tərəflərindən saxlanılarkən uca səslə qışqırmış və onu nizam intizama dəvət etsələr o, yenə də ictimai yerdə öz hərəkətlərini davam etdirmişdir. Bununla da polis əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymayaraq tabe olmamış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Bütün bunlar məhkəmə icasında dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1), ağırlaşdıran halın müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 30.2, 31.4-1-ci və 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar