Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-823/2025 05.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1957-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evl, orta təhsilli, İmişli rayonu, Bəcrəvan kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, iddiaçı X3 xeyrinə 36500 (otuz altı min beş yüz) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun ödəməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-3066/2020 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və hazırda həmin borc məbləği qalmaqdadır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, borclu Şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)- 3066/2020 saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Nəticədə borclu Şəxs hazırda həmin borc məbləği qalmaqdadır. İddiaçı ilə əlaqə saxlamış ki, razılıq əldə edilməsi barədə ərizə gətirsin, lakin gəlməmişdir. Hazırda iddiaçının razılıq əldə edilməsi barədə heç bir məlumat yoxdur. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, iddiaçı X3 xeyrinə 36500 (otuz altı min beş yüz) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun ödəməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-3066/2020 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. İmkanı olduqca müəyyən məbləğlərdə ödənişlər etmişdir. Son vaxtlar işləmədiyi, qazancının olmaması səbəbindən borcundan ödəniş edə bilməmişdir. Hazırda həmin borc məbləğindən yaxın vaxtlarda ödəyəcəkdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-3066/2020 saylı icra sənədindən görünür ki, borclu Şəxs 36500 (otuz altı min beş yüz) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutulub iddiaçı X5 ödənilməsi qət edilmişdir; İşdə olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-3066/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-3066/2020 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; İş materiallarına əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs barəsində axtarış elan edilmişdir; İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından görünür ki, Şəxs xx.xx.1957-ci il tarixdə anadan olmuşdur və hazırda 67 yaşı tamam olduğu üçün barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 750 (yeddi yüz əlli) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-823/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-823/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver