Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-830/2025 13.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi, X4, Müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli rayonu, Aranlı kəndində ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 13 iyun 2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşlarına tabesizlik göstərmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi, X8 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, evdə söz-söhbət olmuşdur. Buna görə də həyat yoldaşı və qaynənəsi Daxili İşlər Nazirliyinin 102 xidmətinə bununla bağlı zəng vurmuşdur. Həmin vaxt polis əməkdaşları gələn zaman içkili olduğu üçün polis əməkdaşlarına müqavimət göstərmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşman olmasını, bir də belə səhvlərə yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X7 izahatında göstərmişdir ki, hüquqların müdafiə etdiyi şəxs Şəxs həmin vaxt içkili olmuşdur və əməlindən peşmandır. Bundan əlavə olaraq bildirmişdir ki, Şəxs hadisəni ictimai yerdə deyil, öz yaşadığı evdə törətmişdir. X14 Məcəlləsinin 510-cu maddəsinin tərkib hissələri yoxdur. Ona görə də Şəxs barəsində olan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən ona cərimə cəzası tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, xx.xx.2025ci il tarixində saat 23:30-da X1 əri Şəxs tərəfindən döyülməsi ilə bağlı AR DİN-in 102 ximdətinə vermiş olduğu məlumat əsasında şöbənin əməliyyat qrupunun üzvləri CAB-nin əməliyyat müvəkkili polis leytenantı Elşad Oruczadə, MSY-nın növbətçisi polis serjantı Camal Camallı və PPXB-nin polis nəfəri polis serjantı X6 rayonu, Aranlı kəndində Nurlana Hümbətovanın yaşadığı ünvanda sonuncunun ərizəsini aldığı vaxt Şəxs onlara onun yaşadığı ünvana daxil olduqlarına görə iradlarını bildirmiş, onlardan onun evinin həyhətindən çıxmağlarını tələb etmiş, ünvanlarına nalayiq sözlərlə söyüşlər söydüyünə görə onu nizam intizama dəvət etmişlər, o, onların qanuni tələbini qəsdən icra etməmiş, hərəkətlərini 20 dəqiqəyə yaxın müddətdə davam etdirdiyinə görə onu polis əməkdaşının qanuni tələbini qəsdən icra etmədiyinə, eləcədə ictimai yerdə nalayiq sözlərlə söyüşlər söyərək ictimai qaydanı pozduğuna görə barəsində qanuni tədbir görülməsi üçün xidməti avtomobil ilə şöbəyə gətirilib növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid X5 şahid qismində dindirilmiş X10 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməli, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyindən həmin maddə ilə məsuliyyətə cəlb edilməlidir. Belə ki, İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 13 iyun 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 iyun 2025-ci il tarixdə İmişli rayonu, Aranlı kəndi ərazisində nalayiq söyüşlər söymüş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir; İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixində saat 23:30-da X1 əri Şəxs tərəfindən döyülməsi ilə bağlı AR DİNin 102 ximdətinə vermiş olduğu məlumat əsasında şöbənin əməliyyat qrupunun üzvləri CAB-nin əməliyyat müvəkkili polis leytenantı Elşad Oruczadə, MSY-nın növbətçisi polis serjantı Camal Camallı və PPXB-nin polis nəfəri polis serjantı X6 rayonu, Aranlı kəndində Nurlana Hümbətovanın yaşadığı ünvanda sonuncunun ərizəsini aldığı vaxt Şəxs onlara onun yaşadığı ünvana daxil olduqlarına görə iradlarını bildirmiş, onlardan onun evinin həyətindən çıxmaqlarını tələb etmiş, ünvanlarına nalayiq sözlərlə söyüşlər söydüyünə görə onu nizam intizama dəvət etmişlər, o, onların qanuni tələbini qəsdən icra etməmiş, hərəkətlərini 20 dəqiqəyə yaxın müddətdə davam etdirdiyinə görə onu polis əməkdaşının qanuni tələbini qəsdən icra etmədiyinə, eləcədə ictimai yerdə nalayiq sözlərlə söyüşlər söyərək ictimai qaydanı pozduğuna görə barəsində qanuni tədbir görülməsi üçün xidməti avtomobil ilə şöbəyə gətirilib növbətçi hissəyə təhvil verilmişdir; İnzibati tutma haqqında 12 iyun 2025-ci il tarixli 023255 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:30-da tutulmuşdur; Protokollaşdırma nömrəsi 91012522 olan alkotester qəbzindən məlum olur ki, Şəxs alkoqolun miqdarı 1.012 promillidir; Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarına tabesizlik göstərməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə yanaşı, İXM-nin 510-cu maddəsi ilə də protokol tərtib edilsə də, onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsini sübuta yetirən hər hansı bir mötəbər və tutarlı sübut növü məhkəməyə təqdim edilmədiyindən yəni onun ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol verməsi sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, baş vermiş hadisə ictimai yerdə deyil, Şəxs yaşadığı evdə törətmişdir. Buna görə də, hadisə zaman heç bir ictimai qayda pozulmamışdır. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: ....... 33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. ....... Şəxs inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) İnzibati qaydada tutma haqqında 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 12 iyun 2025-ci il tarixdə, saat 01:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə, həmçinin Şəxs 12 iyun 2025-ci il tarixdə, saat 01:30-da inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş həbs inzibati tənbehin həddi 20 (iyirmi) gün müddətə müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə aid hissəsində xitam verilməli, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə aid hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 12 iyun 2025-ci il tarixdən saat 01:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-830/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-830/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver