Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-831/2025 13.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Ağalı Ələmşah Əlabbas oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs İmişli Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, Zərərçəkmiş şəxslər X5 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli şəhəri, R.Bağırov küçəsi ev 10 ünvanında qeydiyyatda olan və İmişli şəhəri, 28 may küçəsində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İmişli Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 Tural Oktay oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 13 iyun 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs İmişli Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X12 izahatında bildirmişdir ki, X2 RPŞ-yə ərizə müraciət edərək xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Gülçinin əri Tural, Turalın qardaşı Elməddin, qonşusu Şəhruz adlı şəxslərin onu döyərək xəsarət yetirməsi barədə məlumat vermişdir. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər iki şəxsin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün xx.xx.2025-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edillmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı üçün qərarın surəti sahə rəisi kimi ona təqdim edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Gülçin Əliyeva onun keçmiş həyat yoldaşı olmuş və həmin evlilikdən 3 azyaşlı övladı var. Gülçin ilə 2024-cü ilin sentyabr ayında boşanmışdır. Lakin 2023-cü ildən birlikdə yaşamır. Boşanma səbəbi isə Gülçinin uşaqları və ailəsini ataraq Tərlan adlı şəxslə qaçması olmuşdur. Sonradan isə Gülçin uşaqları tələb etmiş və məhkəmə 3 azyaşlı uşaqdan ikisini onun himayəsinə vermişdir. Lakin uşaqlar anası ilə deyil onun himayəsində qalmağı tələb etmişlər. O qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə azyaşlı uşaqları ondan xəbərsiz anasının yanından qaçaraq onun evinə gəlmiş və bu məsələdən sonradan xəbəri olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 22 radələrində keçmiş həyat yoldaşı X11 birlikdə onun yaşadığı evə gəlmiş və Tərlan uşaqları istəmişdir. O da Tərlana “sən kimsən öz uşaqlarımı məndən tələb edirsən” demiş, daha sonra Gülçin arxadan səs küy salaraq uşaqları istəmiş və həmin zaman qonşular səs-küyə yığışmışdır. Bu zaman aralarında mübahisə baş vermiş və mübahisə olan zaman qarşılıqlı Tərlan ilə bir birilərini vurmuşdur. Sonradan qardaşı Elməddin, qonşu Bəhruz da gəlmiş və onun tərəfindən mübahisəyə qoşulmuş, lakin heç biri Tərlanı mübahisə zamanı vurmamışdır. Şəxs, mübahisə zamanı qarşılıqlı olaraq Tərlan ilə bir birilərini vurmasını, lakin Gülçin Əliyevaya vuraraq heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən X13 izahatında bildirmişdir ki, Gülçin Əliyeva həyat yoldaşıdır, onunla 3 aydır ki evlidir. O qeyd etmişdir ki, xx.xx.2025ci il tarixdə saat 21 radələrində Gülçin ilə birlikdə evə gəlmiş və gələn zaman evin qapılarının açıq olduğunu, Gülçinin uşaqlarının isə evdə olmadığını görmüşdür. Həmin zaman Gülçin uşaqları keçmiş əri Turalın apardığını demiş və ona məxsus “Vaz 2106” markalı, “**-DU-***” dövlət nömrə nişanlı maşınla ilk öncə Turalın evinə getmişdir. Turalın evinə gedən zaman Gülçin maşından düşmüş və Turalın evdə olmadığını gördükdən sonra Turala zəng vurmuşdur. Tural ilə telefonla danışıq zamanı sonuncudan uşaqların harada olduğunu soruşmuş, Tural isə uşaqların yerini deməmişdir. Bu zaman Gülçin Turalın anasının evinə getməli olduğunu demiş və sonuncunun anasına məxsus yaşadığı ünvana getmişlər. Saat təxminən 22 radələrində gedən zaman Turalın həmin evin qapının yanında durduğunu və Gülçinin azyaşlı qızının da Turalın yanında olduğunu görmüşdür. Gülçin orada maşından aşağı düşüb uşağı istəmiş, Tural isə uşağı verməmişdir. Həmin vaxtı mübahisə başlamış və Tural onu maşında gördükdə maşınına tərəf daş ataraq üzərinə gəmişdir. O maşında oturan zaman Tural maşına yaxınlaşaraq ona yumruq atmış və yumruq boyun nahiyəsindən dəymişdir. Həmin zaman o maşından düşmüş və Turalın əl-qolunu tutaraq, sonuncuya “mənim səninlə işim yoxdur, uşağı ver gedək” demişdir. Bu zaman Tural səs küy salmış, səs-küyə isə qonşuları, qohum əqrabası yığışmışdır. Orada mübahisə dərinləşmiş və Tural, qardaşı Elməddin və qonşusu Şəhruz onu yumruqla sifət nahiyyəsindən bir neçə dəfələrlə vurmuşdur. Vurduqdan sonra isə daş və velosipedlə, eyni zamanda təpiklə vuraraq maşınını əzmişdir. Həmin vaxtı da mübahisənin dərinləşdiyini görərək yoldaşı Gülçin ilə oranı tərk etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən X9 izahatında bildirmişdir ki, Şəxs adlı şəxs birinci həyat yoldaşı olmuş, 2024-cü ilin noyabr ayında Turaldan boşanmış və evlilikdən 3 övladı var. Onlar boşanan zaman məhkəmə 2 uşağı ona, 1 uşaq isə Turala vermiş, eyni zamanda görüş vaxtı təyin etməmişdir. Uşaqlar hər üçü azyaşlıdır. Tural ilə əvvəllər də münasibətlərində bir sıra problemlər yaşanmışdır. Hal-hazırda isə 3 aydır ki, Tərlan Əliyev ilə ailə həyatı qurmuşdur. O qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 21 radələrində işdən evə gələn zaman, uşaqların evdə olmadığını görərək, uşaqları Turalın apardığını dərk etmiş və Tərlan ilə birlikdə Turalın birbaşa evinə getmişdir. Turalın evinə gedən zaman uşaqların orada olmamasını görmüş və sonuncuya zəng vuraraq uşaqların harada olmasını soruşmuşdur. Tural isə ona “uşaqlar başqa yerdədir” deyə cavab vermiş və sonuncunun danışığından o, uşaqlarının ata-anası evində olmasını güman etmişdir. Daha sonra isə Tərlan ilə birlikdə Turalın anası Sahibə Cəfərovanın evinə getmiş, ora çatdıqda maşından düşən zaman azyaşlı qızının Turalın yanında olduğunu görmüş, bu zaman qızının qolundan tutub uşağı aparmaq istəmiş, lakin Tural ona mane olmuşdur. Həmin zaman Tural maşında Tərlanı görmüş və hay-küy salaraq yerdən daşı götürüb Tərlanın maşınına vurmuşdur. Daha sonra isə maşına yaxınlaşaraq Tərlanı maşından çıxarmış və yumruqla vurmağa başlamışdır. Beləcə mübahisə dərinəşmiş və ətraf qonşular səsə-küyə çıxmışdır. Sonradan mübahisəyə Turalın qardaşı Elməddin Cəfərov, atası Cəfərov Oqtay və qonşuları Şəhruz gəlmiş, sadaladığı hər üç şəxs əri Tərlanı vurmağa başlamış, eyni zamanda Tərlanın maşınını təpiklə əzmiş, sonra isə daş və velosiped ilə maşına vurmuşlar. Mübahisənin dərinləşdiyini gördükdən sonra isə əri Tərlan Əliyev ilə maşına əyləşərək getmişdir. Gülçin Əliyeva, mübahisə zamanı xəsarət aldığını əlavə etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə mübahisə zəminində X6 və onun əri X7 döymüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarda MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli, 232 saylı ekspert rəyinə istinad olunur. Həmin rəydə qeyd olunur ki, 1993-cü il təvəllüdlü X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ saidin aşağı 1/3-nin arxa səthində qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2025-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Həmin qərarda istinad olunmuş MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli, 233 saylı ekspert rəyində qeyd olunur ki, 1996-cı il təvəllüdlü X5 bədəni üzərində aşkar edilmiş xəsarətlər- burunun yumşaq toxumalarının şişkinliyi bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2025ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli, 234 saylı ekspert rəyində isə qeyd olunur ki, 1987-ci il təvəllüdlü Şəxs bədəni üzərində heç bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsləri döyməsi, özünün etirafı, zərərçəkmiş şəxslərin izahatı, ekspert rəyləri və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 13 iyun 2025-ci il tarixdən saat 13:30-dan hesablanmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 13 iyun 2025-ci il tarixdən saat 13:30dan hesablansın. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva
Məhkəmə qərarları › İş №3(036)-831/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-831/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver