Məhkəmə qərarları › İş №3(036)-832/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-832/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-832/2025 09.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Mən, İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızı, X2 X8 qərardan verdiyi şikayətin baxmağa hazırlanması məsələsinə baxaraq, müəyyənetdim: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi X5 tərəfindən tərtib edilmiş 01 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və X8 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(036)-832/2025 nömrəli qərarı ilə, X2 şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və X8 iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarından narazı qalan 3 X7 və Təbii Sərvətlər İdarəsi şikayət verərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(036)-832/2025 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(106)-437/2025 nömrəli qərarı ilə şikayətin qismən təmin edilməsi, İmişli Rayon Məhkəməsinin X8 işin baxılmağa hazırlanması haqqında 17 iyun 2025-ci il tarixli, 3(036)-832/2025 saylı qərardadı və X8 icraata xitam verilməsi haqqında 20 iyun 2025-ci il tarixli, 3(036)-832/2025 saylı qərarının ləğv olunması, şikayətə baxılması X8 işin baxılmağa hazırlanması və ya baxış mərhələsində yenidən baxılması üçün materialların İmişli Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşdən görünür ki, X4 şikayət ilə yanaşı şikayət verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında qərar üzrə şikayət verilməsi üçün buraxılmış prossesual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 01 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, həmin qərardan şikayət vermək üçün müddət buraxılmışdır. Belə ki, qərar 01 aprel 2025-ci il tarixdə tərtib edilmiş və təsdiq edilmişdir. Həmçinin iş materiallarında olan zərfin üzərində olan ştempildən və SX043106644AZ saylı göndərişin izlənilməsi barədə "xxxx" MMCnin internet səhifəsindən əldə olunmuş məlumata əsasən, qərar 22 may 2025-ci il tarixdə X3 göndərilmiş, 31 may 2025-ci il tarixdə qərar ünvan sahibinə çatdırılmışdır. İXM-in 130.1-ci maddəsinə görə, bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X8 iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, Səlahət Qafarov qərardan şikayət vermə müddətini 2 gün müddətində ötürmüş, işə baxılarkən qərarın surətini 03 iyun 2025-ci il tarixdə əldə etməsi barədə ərizə təqdim etsə də, bu barədə digər sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə şikayətə əlavə olunmuşdur. Məhkəmə qeyd edir ki, inzibati orqanın qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxmaq səlahiyyəti inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin 01 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 800 (səkkiz yüz) manat cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X8 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2 və 128.2.3-cü maddələrinə əsasən X8 iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındanyuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X8 iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmə müddətinin bərpa edilməsi üçün həmin qərarı qəbul etmiş orqana müraciət edilməlidir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə belə hesab edir ki, X4 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmə müddəti buraxılaraq məhkəməyə müraciət edilmişdir. X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən X8 iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: X8 iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), X8 iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Beləliklə, hazırlıq mərhələsində vəsatətə baxılması məhkəmənin səlahiyyətində olmadığından vəsatət geri qaytarılmalı və aidiyyəti üzrə qərarı qəbul etmiş səlahiyyətli orqana təqdim edilməsi, şikayətdəki nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X11 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar