Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-838/2024 15.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə İmişli rayonu, Yalavac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, tələbkar X1 xeyrinə 10800 (on min səkkiz yüz) manat və 120 (bir yüz iyirmi) manat dövlət rüsumunu ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-2747/2022 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və hazırda 7320 (yeddi min üç yüz iyirmi) manat və 120 (bir yüz iyirmi) manat dövlət rüsumu qalmaqdadır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X5 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-2747/2022 saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Nəticədə borclu Şəxs hazırda 7320 (yeddi min üç yüz iyirmi) manat və 120 (bir yüz iyirmi) manat dövlət rüsum borcu qalmaqdadır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, tələbkar X1 xeyrinə 10800 (on min səkkiz yüz) manat və 120 (bir yüz iyirmi) manat dövlət rüsumu ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-2747/2022 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, işləmədiyi, qazancının olmaması və atasının xəstə olması səbəbindən borcundan ödəniş edə bilməmişdir. Yeni işə düzəldiyini və hazırda borcundan 200-300 manat civarında ödəniş edə biləcəyini bildirmişdir. Ona görə də borcundan ödəniş edilməsi üçün 10 gün möhlət verilməsini məhkəmədən xahiş etdi. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-2747/2022 saylı icra sənədindən görünür ki, borclu Şəxs 10800 (on min səkkiz yüz) manat və 120 (bir yüz iyirmi) manat dövlət rüsumu alınıb tələbkar X2 verilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-2747/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-2747/2022 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir. İş materiallarına əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-2747/2022 saylı icra sənədi üzrə müəyyən olunmuş borc məbləğini tələbkar X2 hər ay 500 (beş yüz) manat məbləğində ödəməyi üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 15 noyabr 2024-cü il tarixdən saat 16:50-dən hesablansın hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-838/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-838/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver