Məhkəmə qərarları › İş №3(036)-855/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-855/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-855/2025 17.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, İmişli rayonu, Telişli kəndində qeydiyyatda olan və yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, tələbkar X2 xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 40 (qırx) misli həddində sabit pul məbləğində aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-418/2024 saylı və tələbkar X2 xeyrinə 1 (bir) baş yanı balalı inəyə görə 2000 (iki min) manat və ümumilikdə ekiz quzuları olan 2 (iki) baş ana qoyuna görə (bir min) 1000 manat cəmi 3000 (üç min) manat və ödənilmiş 55 manat mediasiya xərci və ödənilmiş 196 manat dövlət rüsumu tutulması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-418/2024 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və hazırda aliment və borc məbləği qalmaqdadır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X7 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-418/2024 saylı və xx.xx.2024-cü il 2(036)-418/2024 saylı icra sənədlərini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, aliment borcunun ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Aliment borcundan ödəniş etmiş lakin son vaxtlar ödəniş etməmişdir. Məhkəmə qərarlarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Nəticədə borclu Şəxs 6968 manat aliment borcu və 3251 manat borcu qalmaqdadır. Tələbkar borcun dərhal və bütöv şəkildə ödənilməsini tələb edir. Pula ehtiyacı var. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, tələbkar X2 xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 40 (qırx) misli həddində sabit pul məbləğində aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-418/2024 saylı və tələbkar X2 xeyrinə 1 (bir) baş yanı balalı inəyə görə 2000 (iki min) manat və ümumilikdə ekiz quzuları olan 2 (iki) baş ana qoyuna görə 1000 (bir min) manat, cəmi 3000 (üç min) manat və ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci və ödənilmiş 196 (bir yüz doxsan altı) manat dövlət rüsumu tutulması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-418/2024 saylı icra sənədləri üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Hazırda işləmədiyi üçün ödəniş edə bilmir. O, işləmir və maddi imkanı yoxdur. Gələcəkdə həmin pulu hissə-hissə ödəyəcəyini bildirdi. İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)- 418/2024 saylı icra sənədindən görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2024-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Şəxs X2 xeyrinə hər ay hər bir uşaq üçün 40 (qırx) misli həddində sabit pul məbləğində aliment ödəməsi qət edilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-418/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır; İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-418/2024 saylı icra sənədinin könüllü icrası dərhal icra edilməlidir; İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)- 1365/2024 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 1 (bir) baş yanı balalı inəyə görə 2000 (iki min) manat və ümumilikdə ekiz quzuları olan 2 (iki) baş ana qoyuna görə 1000 (bir min) manat, cəmi 3000 (üç min) manat və ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci və ödənilmiş 196 (bir yüz doxsan altı) manat dövlət rüsumunun tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-1365/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır; İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il 2(036)-1365/2024 saylı icra sənədinin könüllü icrası dərhal icra edilməlidir; İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli borculunun axtarışı haqqında qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli borculunun axtarılmasından imtina olunması barədə qərarın surətindən görünür ki, borclu Şəxs axtarılmasından imtina edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə cəzanın əsl məqsədinə nail olmağın mümkün olmayacağı qənaitinə gəldiyi üçün həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 17 iyun 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar