Məhkəmə qərarları › İş №3(036)-856/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-856/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-856/2024 03.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, İmişli rayonu, Qızılkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» İmişli Rayon Polis X2 müstəntiqi, polis baş leytenantı X7 xx.xx.2024-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 23 dekabr 2023-cü il tarixdə saat 22 radələrində sürücü Şəxs idarə etdiyi “VAZ-2106” markalı, 30-BL-13 dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, A.Ələsgər küçəsindən keçən avtomobil yolu ilə H.Aslanov küçəsi istiqamətdə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmə qaydasını pozub əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü X4 idarə etdiyi “Kia Optima” markalı **-RS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşdurmuş, nəticədə “VAZ-2106” markalı avtombildə sərnişin qismində olan X8 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərar vurmaya aid edilən bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında bildirmişdir ki, İmişli rayonu, Qızılkənd kəndində yaşayır. 23 dekabr 2023-çü il tarixdə saat 22 adələrində özünə məxsus “VAZ-2106” markal, 30- BL-813 dövlət qeydiyyat nişanlı avtomobili ilə 90 km/saat sürtələ İmişli şəhəri, A.Ələsgər küçəsində H.Aslanov küçəsi istiqamətidə hərəkətdə olarkən həmin vaxtı avtomobildə qabaq sağ tərəfdə X8 əyləşmişdir. Həmin küçədə yerləşən 2 nömrəli məktəbin yaxınlığında qarşıda “Kia Optima” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil 50 km/saat sürətlə ona tərəf gəlmişdir. O, həmin avtomobilin yanına çatanda qəflətən çaşmış və sükanı sola tərəf döndərmişdir. Bu zaman həmin “Kia Optima” markalı avtomobillə toqquşmuşdur. Toqquşma İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən 2 nömrəli məktəbin qarşısında baş vermişdir. Hadisə nəticəsində onun sağ ayağı sınmışdır. Heydər isə baş, boğaz nahiyəsindən xəsarət almışdır. Hadisədən əvvəl spirtli icki qəbul etməmişdir. İdarə etdiyi avtomobildə hər hansı bir nasazlıq olmamışdır. Toqquşmadan əvvəl hər iki avtomobil arasında təxminən 2 metr məsafə olmuşdur. Hadisə zamanı avtomobildə bir nəfər sərnişin olmuş, avtomobilin yük yerində hər hansı yük olmamışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 16 aprel 2024-cü il tarixli 218 saylı ekspert rəyindən görünür ki, X6 alın nahiyəsində sağda, boynun sağ yan səthində, sifətin sağ yarısında çənə sümüyü proyeksiyasında yaralar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza zamanı əmələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İmişli Rayon Polis X2 müstəntiqi, polis baş leytenantı X7 xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məlum olur ki, “VAZ- 2106” markalı, 30-BL-13 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar İmişli RPİ-nin DYPB-nə göndərilmişdir. İmişli rayon Yol Patrul Xidməti inspektoru polis baş leytenantı X1 xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar