Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-862/2024 21.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, Təhlükəsizlik Bölməsinin xidmət üzrə baş inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli şəhəri, Xiyabani küçəsi, ev 53-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 21 noyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-ci il tarixdə İmişli şəhəri, H.Əliyev parkında və İmişli Rayon İcra Hakimyətinin qarşısında polis əməkdaşlarının ünvanın uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Təhlükəsizlik Bölməsinin xidmət üzrə baş inspektoru, polis leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-ci il tarixdə saat təxminən 14:50 radələrində İmişli RPŞ-nin PPXB-nin polis nəfərləri Ərəsdun Quliyev və Şamil Həbibli H.Əliyev parkında xidmət apararkən bir nəfər şəxsin İmişli Rayon İcra Hakimyətinin qarşısında uca səslə ünvansız söyüşlərlə söyüş söyməyə başladığını onlar həmin vətəndaşa yaxınlaşaraq özlərini təqdim edərək vətəndaşı nizam intizama dəvət etmişlər və bu zaman vətəndaş yenidən ictimai yerdə İmişli Rayon İcra Başçısını və polisin ünvanına söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs İmişli rayon polis şöbəsinin inzibati binasına dəvət olunsa da o, gəlməkdən imtina etmişdir. Şəxs İmişli rayon polis şöbəsinin əməkdaşlarının vasitəsi ilə polis şöbəsinin inzibati binasına gətirilmişdir. O sərxoş olmuşdur. Ona görə bu cür davranmışdır. Odur ki, göstərilənlərə əsasən o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, sərxoş vəziyyətdə 20 noyabr 2024-cü il tarixdə İmişli Rayon İcra Hakimiyyətinin qarşısından keçən zaman Vüsal adlı şəxsi görmüş və Vüsala yaxınlaşıb ona demişdir ki, onun övladına yəni oğluna yaxın durmasın və ondan aralı gəzsin. Onun ünvanına nalayiq ifadələr işlətmiş və həmin vaxt polis əməkdaşları ona yaxınlaşmışdır. Polis əməkdaşlarını söyməmiş və onlara heç bir müqavimət göstərməmişdir. Əməlindən peşmandır və bir daha belə səhvlərə yol verməyəcəkdir. Barəsində qərar qəbul edilərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, xx.xx.2024-ci il tarixdə saat təxminən 14:50 radələrində İmişli RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X3 ilə H.Əliyev parkında xidmət apararkən bir nəfər şəxsin İmişli Rayon İcra Hakimyətinin qarşısında uca səslə ünvansız söyüşlərlə söyüş söyməyə başlamış və onlar həmin vətəndaşa yaxınlaşaraq özlərini təqdim edərək vətəndaşı nizam intizama dəvət etmiş bu zaman vətəndaş yenidən ictimai yerdə İmişli Rayon İcra Başçısını və polisin ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vətəndaşı İmişli RPŞ-nə gətirərək N/H-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid X3 şahid qismində dindirilmiş X4 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 21 noyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-ci il tarixdə İmişli şəhəri, H.Əliyev parkında və İmişli Rayon İcra Hakimyətinin qarşısında polis əməkdaşlarının ünvanına ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 20 noyabr 2024-cü il tarixli 247 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs müayinədən keçməkdən imtina etmişdir; İnzibati tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saaat 19:00-da tutulmuşdur; İş materiallarına əlavə edilmiş Ərəsdun Quliyev tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-ci il tarixdə saat təxminən 14:50 radələrində İmişli RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X3 ilə H.Əliyev parkında xidmət apararkən bir nəfər şəxsin İmişli Rayon İcra Hakimyətinin qarşısında uca səslə ünvansız söyüşlərlə söyüş söyməyə başladı onlar həmin vətəndaşa yaxınlaşaraq özlərini təqdim edərək vətəndaşı nizam intizama dəvət etmiş bu zaman vətəndaş yenidən ictimai yerdə İmişli Rayon İcra Başçısını və polisin ünvanına nalayiq söyüşlər söyməyə başladı onlar da həmin vətəndaşı İmişli RPŞ-nə gətirərək N/H-yə təhvil vermişlər. Sonradan adı onlara məlum oldu ki, vətəndaş İmişli şəhəri, Xiyabani küçəsi ev 53-də yaşayan xx.xx.1982-ci il təvəllüdlü Şəxsdur. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir: ....... 33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi. ....... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-ci il tarixdə İmişli şəhəri, H.Əliyev parkında və İmişli Rayon İcra Hakimyətinin qarşısında polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, ağırlaşdıran hal kimi şərxoş olmasını, inzibati məsuliyyəti yüngülləşdirən halın müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 20 noyabr 2024-cü il tarixdən saat 19:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 20 noyabr 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-862/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-862/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver