Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-890/2024 28.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, xx.xx.1965-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, Məzrəli kəndi qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İmişli Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(036)-890/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilməsinə dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)-890/2024 nömrəli qərarına əsasən Tağıyev X1 Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs məhkəməyə vəsatətlə müraciət edərək barəsində olan cəriməni tam ödədiyini, ona görə də nəqliyyat vasitələrini idarəetmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına dair İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)- 890/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)-890/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilməlidir. Belə ki, “AsanPay” ödəniş sistemindən çıxarışdan görünür ki, Şəxs cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu tam şəkildə dövlət nəfinə ödəmişdir. Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarəetmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəsatəti təmin edilməli və İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)-890/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 48-52, 118, 155 və 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına dair İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)- 890/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-890/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-890/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver